Məhkəmə qərarları › İş №e-2(089)-207/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-207/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-207/2022 01.11.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı Kapital Bank ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı ASC-i məhkəməyə ərizə ilə müraciət etmiş, Cavabdeh 4435.64 manat əsas borc, 128.65 manat faiz borcu olmaqla, cəmi 4564.29 manat məbləğində borcun və 65.64 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ASC-in xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Culfa Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(089)-207/022 nömrəli qərardadı ilə Kapital Bank ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiasına dair mulki işə kiçik iddialara dair işlər uzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı Kapital Bank ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə 11 oktyabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən borc ödənilmişdir. Hesab edirəm ki, iddiaçının numayəndəsı iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, cavabdeh məhkəməyə etiraz təqdim etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə, cavabdeh işin mahiyyəti uzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş uzrə iddiaçının nümayəndəsi sənədlərin geri qaytarılması, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalı, iddia ərizəsi baxımamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlirəm ki, 26 sentyabr 2022-ci il tarixdə, ********* nömrəli mədaxil qəbzi ilə 65.64 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, qərara aldım: Kapital Bank ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə Kapital Bank ASC-yə qaytarılsın. 26 sentyabr 2022-ci il tarixdə, ********* nömrəli mədaxil qəbzi ilə 65.64 manat məbləğində ödənilmiş dövlət rüsumu Kapital Bank ASC-yə qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar