Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-219/2023 26.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı Naxçıvanbank ASC-nin Cavabdeh Nəsrulla oğluna qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdim İddiaçı Naxçıvanbank ASC-nin nümayəndəsi Nümayəndə borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 16 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 1537.39 manat əsas borc, 36.27 manat faiz borcunun və 35.73 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq, Naxçıvanbank ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Culfa Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e-2(089)-219/2023 nömrəli qərardadı ilə Naxçıvanbank ASC-nin Cavabdeh Nəsrulla oğluna qarşı kiçik iddialara dair işlər uzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı Naxçıvanbank ASC-nin nümayəndəsi Nümayəndə 26 iyul 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını barədə qərardad çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçının numayəndəsı iddia ərizəsinin və sənədlərin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə, cavabdeh işin mahiyyəti uzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlirəm ki, 21 iyun 2023-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzi ilə 35.73 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, qərara aldım: İddiaçı Naxçıvanbank ASC-nin Cavabdeh Nəsrulla oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə Naxçıvanbank ASC-yə qaytarılsın. 21 iyun 2023-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzi ilə 35.73 manat məbləğində ödənilmiş dövlət rüsumu Naxçıvanbank ASC-yə qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-219/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-219/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver