Məhkəmə qərarları › İş №e-2(089)-226/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-226/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-226/2023 25.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı Azərbaycan Beynəlxalq Bank ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdim İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət etmiş, Cavabdeh 735.45 manat əsas borc, 9.97 manat faiz borcu olmaqla, cəmi 745.42 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının "xxxx" ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(089)-226/2023 nömrəli qərardadı ilə Azərbaycan Beynəlxalq Bank ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər uzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 25 iyun 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçının numayəndəsı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə, cavabdeh işin mahiyyəti uzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlirəm ki, 06 iyun 2023-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, qərara aldım: İddiaçı Azərbaycan Beynəlxalq Bank ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Beynəlxalq Bank ASC -yə qaytarılsın. 06 iyun 2023-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Azərbaycan Beynəlxalq Bank ASC-yə qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar