Məhkəmə qərarları › İş №e-2(089)-233/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-233/2024

28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-233/2024 28.08.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-135/2019 nömrəli, 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh 07 iyul 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdehla 2009-cu ildə ailə qurmuşlar. Birgə nikahlarından 07 iyul 2011-ci il tarixdə Məleykə adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah Culfa Rayon Məhkəməsinin 2(089)-02/2013 nömrəli, 05 fevral 2013-cü il tarixli qətnaməsi ilə pozulmuş, Məleykə onun yanında saxlanılmışdır. Müraciəti əsasında Culfa Rayon Məhkəməsinin 2(089)-135/2019 nömrəli, 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə X1 üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimenti alınıb ona verilməsi qət edilmişdir. Ödənilən aliment məbləği bu günün bazar qiymətlərinə nisbətdə uşağın bir aylıq zəruri təlabatlarının ödənilməsinə yetmir. Cavabdeh ödədiyi 120 manat aliment məbləğindən başqa uşağın təhsil və sağlamlıq riskləri ilə bağlı yaranan xərclərdə iştirak etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkili Vəkil iştirak etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, vəkili Vəkil izahatında bildirmişdir ki, İddiaçı və Cavabdeh 2009-cu ildə ailə qurmuşlar. Birgə nikahlarından 07 iyul 2011-ci il tarixdə Məleykə adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah Culfa Rayon Məhkəməsinin 2(089)-02/2013 nömrəli, 05 fevral 2013-cü il tarixli qətnaməsi ilə pozulmuş, Məleykə iddiaçının yanında saxlanılmışdır. Culfa Rayon Məhkəməsinin 2(089)-135/2019 nömrəli, 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə X1 üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimenti alınıb iddiaçıya verilməsi qət edilmişdir. Ödənilən aliment məbləği bu günün bazar qiymətlərinə nisbətdə uşağın bir aylıq zəruri təlabatlarının ödənilməsinə yetmir. Cavabdeh 120 manat aliment məbləğini ödəməklə kifayətlənir, uşağın təhsil və sağlamlıq riskləri ilə bağlı yaranan xərclərdə iştirak etmir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanuni ilə uşaqlar üçün yaşayış minimumunun məbləği ölkə üzrə 235 manat müəyyən edilmişdir. Cavabdehdən uşağın saxlanılması üçün qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğinin aliment kimi tutulmasını qanuni və əsaslı hesab edir, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş- 151268 nömrəli nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X9 arasında olan nikah ləğv edilmiş, bu barədə 07 mart 2013-cü il tarixdə akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmiş, kişiyə Hüseynov, qadına Rəcəbova soyadı verilmişdir. 662666 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 07 iyul 2011-ci il il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Culfa Rayon Məhkəməsinin 2(089)-135/2019 nömrəli, 30 avqust 2019-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, 07 iyul 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 manat məbləğində alimentin alınaraq X7 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının nümayəndəsi, vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, cavabdehdən 07 iyul 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 120 manat məbləğində alimentin tutulması 2019-cu ildə qət edilmişdir. Alimentin miqdarının müəyyən edilməsindən 5 il müddət keçmişdir. Uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Həmçinin hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşağın həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2019-cu ildəki xərclərin miqdarından fərqlənir, iddiaçı artıq pul xərcləməli olur və belə olan halda iddiaçının maddi vəziyyəti pisləşir. İddiaçı alimentin miqdarının artırılaraq 235 manat məbləğində müəyyən edilməsini tələb etsə də, cavabdehin qazancı və ya başqa gəlirləri barədə Məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Cavabdehin aylıq qazancı barədə məlumat olmadığından, məhkəmə hesab edir ki, aliment ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- yəni 180 manatını cavabdeh iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməyə borcludur. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 07 iyul 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(089)-135/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay 180 (bir yüz səksən) manat məbləğində aliment alınaraq 07 iyul 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilsin İddia qalan hissədə təmin edilməsin. Alimentin ödənilməsi qətnamə qanuni qüvvəyə mindiyi andan hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar