Məhkəmə qərarları › İş №e-2(089)-249/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-249/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-249/2021 08.12.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı (MMC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi İsmayıl İsmayılbəyli Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 26 avqust 2020-ci il tarixli, 01642394 nömrəli müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 17 sentyabr 2021-ci il tarixinə yaranmış 112.5 manat əsas borc, 16.8 manat cərimə borcu, cəmi 129.3 manat, 26 avqust 2020-ci il tarixli, ********* nömrəli müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 168 manat əsas borc, 25.2 manat cərimə borcu, cəmi 193.2 manat, ümumilikdə 322.5 manatın borc və 30.40 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi İsmayıl İsmayılbəyli iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2020-ci il tarixli 01642394 nömrəli müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “Xiaomi” markalı qol saatı almış, 12 ay, hər ay 17 manat olmaqla cəmi 198 manat ödəməyi, 26 fevral 2020-ci il tarixli 01642372 nömrəli müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “Xiaomi Redmi 9A” markalı mobil telefon almış, 12 ay, hər ay 25 manat olmaqla cəmi 289 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş, sonuncu dəfə 26 avqust 2020-ci il tarixli müqavilə üzrə 06 may 2021-ci il tarixdə 5 manat, 26 avqust 2020-ci il tarixli müqavilə üzrə 06 may 2021-ci il tarixdə 5 manat ödəniş etmiş və nəticədə 26 avqust 2020-ci il tarixli, ********* nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə 112.5 manat əsas, 16.8 manat cərimə, cəmi 129.3 manat borc, 26 avqust 2020-ci il tarixli, ********* nömrəli müddətli alqısatqı müqaviləsi üzrə 168 manat əsas, 25.2 manat cərimə, cəmi 193.2 manat borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin müqavilələr üzrə cərimə borcu 420 manat təşkil etdiyi halda, cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi, 42 manat cərimə tələb edilir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 26 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilədən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh “Xiaomi” markalı qol saatı satılmış, 26 avqust 2020-ci il tarixli, ********* nömrəli müqavilədən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında nisiyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh “Xiaomi Redmi 9A” markalı mobil telefon satılmışdır. 17 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 198 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 17 manat, müqavilə üzrə alqı-satqı qiyməti 289 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 25 manat müəyyən edilmişdir. Cavabdeh İddiaçı MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə əməl etməməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 29 oktyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 26 avqust 2020-ci il tarixli, ********* nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə cavabdehin İddiaçı MMC-nə ümumilikdə 129.3 manat borcu, 26 avqust 2020-ci il tarixli, ********* nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə cavabdehin İddiaçı MMC-nə ümumilikdə 193.2 borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin- 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, cavabdeh tərəfindən etiraz daxil olmadığından, məhkəmə hesab edir ki, iddia təmin edilməli, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi İddia təmin edilsin. Cavabdeh 26 avqust 2020-ci il tarixli, ********* nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə 112.5 manat əsas borc, 16.8 manat cərimə, 26 avqust 2020-ci il tarixli, ********* nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə 168 manat əsas borc, 25.2 manat cərimə, 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 352.9 (üç yüz əlli iki manat doxsan qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar