Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-257/2023 01.09.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin sədri əvəzi X1- iddiaçı "xxxx" ASC-nin -nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” barəsində iddiasına dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" ASC-nin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 24 iyul 2020-ci il tarixli, İK2407/08 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 1 749.80 (bir min yeddi yüz qırx doqquz manat 80 qəpik) manat əsas borcu, 650.23 (altı yüz əlli manat 23 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 2 400.03 (iki min dörd yüz manat 03 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 44 (qırx dörd manat) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə Cavabdeh2 münasibətdə icraata xitam verilməlidir. 29 avqust 2023-cü il tarixdə Culfa rayon Məhkəməsinə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə ölməsi barədə X2 təstiqli surəti daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxışedəbilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, Mülki-Prosessual Məcəlləsində "cavabdeh" prosesin tərəfi kimi müəyyən edilmiş və "cavabdehin" ümumi qaydada anlayışı verilmiş, bu kateqoriyaya aid şəxslərin hüquq və vəzifələri təsbit edilmişdir. Məhkəmə göstərilən maddələrin tələblərini nəzərə alaraq qeyd edir ki, Cavabdeh2 iddiaçı tərəfindən məhkəmədə xx.xx.2023-cü il tarixdə iddia qaldırıldıqdan əvvəl öldüyündən o, işdə iştirak edən şəxs kateqoriyasına aid edilə bilməz və ona qarşı iddia qaldırıla bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı "xxxx" ASC-nin -nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(089)-257/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-257/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver