Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-282/2023 23.11.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Elburus oğluna qarşı kredit müqaviləsi əsasında borcun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh1 və Cavabdeh2 Elburus oğlundan 41131 manat borcun, vurulmuş ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə iddiaçı arasında 23 iyul 2020-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmləşdirilməklə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1 və 2-ci bəndlərinə əsasən borc verən borc alana 35000 manat məbləğində borc pul verir, borcalan isə krediti 23 noyabr 2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür. Həmçinin 23 iyul 2020-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənini 1.1-ci bəndinə əsasən İddiaçı və Cavabdeh1 arasında bağlanmış 23 iyul 2020-ci il tarixli, 3m/1303 reyestr nömrəsi ilə qeydiyyata alınmış kredit müqaviləsi ilə əlaqədar olaraq borcalan borcvern qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2 borcalan ilə birlikdə borcverən qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 İddiaçı qarşısında 23 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Cavabdeh1 öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində İddiaçı dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və ya yarana biləcək hər cür zərər üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh1 tərəfindən borc məbləği İddiaçı qaytarılmamışdır. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditov digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 35000 manat əsas borcun, 4435 manat faiz borcunun, 1500 manat hüquqi yardım üçün ödənilən məbləğin və 196 manat dövlət rüsumunun cavabdehlərədən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə rəsmi qaydada məlumat verilmiş, iddiaçı, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi teleqramla məhkəməyə müraciət etmiş, mülki işə iştirakları olmadan baxılmasını, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının, iddiaçının nümayəndəsi-vəkilinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 və Cavabdeh2 Elburus oğluna məlumat verilmiş, Cavabdeh1 cəzaçəkmə müəssisəsində cəzaçıkdiyindən məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh2 teleqramla məhkəməyə müraciət etmiş, səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 23 iyul 2020-ci il tarixdə İddiaçı və Cavabdeh1 arasında bağlanmış, 3M-1303 reyestr nömrəsi ilə qeydiyyata alınmış kredit müqaviləsindən görünür ki, tətəflər arasında kredot müqaviləsi bağlanmış, kredit müqaviləsinin 1-ci bəndinə əsasən İddiaçı Cavabdeh1 35000 manat borc pul vermiş, Cavabdeh1 isə həmin məbləği 23 noyabr 2020-ci il tarxədək qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi faizsuz verilmişdir. 23 iyul 2020-ci il tarixdə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış, 3M-1304 reyestr nömrəsi ilə qeydiyyata alınmış zaminlik müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh1 arasında bağlanmış 23 iyul 2020-ci il tarixli, 3m/1303 reyestr nömrəsi ilə qeydiyyata alınmış kredit müqaviləsi ilə əlaqədar olaraq borcalan borcvern qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2 brcrcalan ilə birlikdə borcverən qarşısında birgə mıəsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 arasında 23 iyul 2020-ci il tarixdə 3M-1303 reyestr nömrəsi ilə qeydiyyata alınmış kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin 1-ci bəndinə əsasən İddiaçı Cavabdeh1 35000 manat borc pul vermiş, Cavabdeh1 isə həmin məbləği 23 noyabr 2020ci il tarxədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin tərəflər arasında 23 iyul 2020-ci il tarixdə 3M-1304 reyestr nömrəsi ilə qeydiyyata alınmış zaminlik müqaviləsi bağlanmış, İddiaçı və Cavabdeh1 arasında bağlanmış 23 iyul 2020-ci il tarixli, 3m/1303 reyestr nömrəsi ilə qeydiyyata alınmış kredit müqaviləsi ilə əlaqədar olaraq borcalan borcverən qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2 borcalan ilə birlikdə borcverən qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin Kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, 35000 manat borc məbləğini iddiaçıya qaytarmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları baxımından qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh1 iddiaçıdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı müqaviləyə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş, əsas borcun hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etməkdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsulliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 və iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borcun hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Mülk Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehdən hesablanmış illik beş faiz olmaqla, 4435 manat pul tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə də iddia əsaslıdır, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülk Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il qərarında da qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir”. İddiaçı hüquqi yarıma görə xərc kimi cavabdehlərdən 1500 manat məbləğində pulun tutulmasını tələb etsə də, məhkəməyə hüquqi yardımın göstərilməsinə görə vəkilə 1500 manat məbləğində pul ödəməsini təsdiq edən sənədi təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Elburus oğlundan cəmi 39435 manat borc alınaraq İddiaçı verilməlidir. Məhkəmə məhkəmə məhkəmə xərcləri ilə bağlı aşağıda qeyd edilən nticəyə gəlir Belə ki, iddiaçı 196 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsini tələb edir. Müəyyən edilmişdir ki, iddiaçı 40.935 manat pul tələbinə dair iddia ərizəsi ilə müraciət edən zaman 212.80 manat dövlət rüsumu ödəməli olduğu halda 196 manat, yəni 16.80 manat az dövlət rüsumu ödəmişdir. Odur ki, 16.80 manat iddiaçıdan alınıb dövlət büdcəsinə keçirilməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 188.82 manat hissəsi cavabdehlərdən alınıb iddiaçıya verilməli, 7.18 manat hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin Azərbaycan Respublikası MPM-in 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Elburus oğlundan 39435 manat borc, 188.82 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin Ödənilmiş dövlət rüsumunun 7.18 manat hissəsi iddiaçıya aid edilsin. 16.80 manat İddiaçı alınıb dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-282/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-282/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver