Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-290/2024 17.09.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı Nümayəndə Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdim İddiaçı Nümayəndə Cavabdeh qarşı borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 550 manat borcu, 60 manat penya pulunun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Culfa Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, e-2(089)-290/2024 nömrəli qərardadı ilə iddiaçı Nümayəndə Cavabdeh qarşı kiçik iddialara dair işlər uzrə sadələşdirilmiş icraat qaydasında borcun qaytarılması tələbinə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı Nümayəndə 17 sentyabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdeh borcunu tam şəkildə ödədiyini bildirmiş, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçı iddia ərizəsinin və sənədlərin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə, cavabdeh işin mahiyyəti uzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia qaldırılarkən 14 avqust 2024-cü il tarixdə, 63854050 nömrəli qəbzlə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, qərara aldım: İddiaçı Nümayəndə Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə Nümayəndə qaytarılsın. 14 avqust 2024-cü il tarixdə, 63854050 nömrəli qəbzlə ödənilmiş 30 manat Nümayəndə qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-290/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-290/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver