Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-31/2025 24.01.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 32950 manat borcun, 189 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə etmiş izahatında bildirmişdir ki, Cavabdeh 2023-cü ilin may ayında Naxçıvan şəhərində yerləşən “Neftbaza”da işləyən X5 vasitəsilə tanımışdır. Özü təqüdçüdür, işləmir. X2 Rövşənin etibarlı insan olduğunu, reysə getmək üçün ona pul lazım olduğunu, ona pul verməsini, işləyib daha sonra qaytaracağını bildirmiş, həmçinin hər reysdə ona da pul veriləcəyini demişdir. Cavabdeh “Neftbazada” sürücü işləyir. X4, Cavabdeh və o öz aralarında razılığa gəlmişlər və kirvəsi Həsənə görə, həmçinin Rövşənlə də aralarında yaranan səmimiyyətə görə ona 2023-cü ilin may ayında 8000 manat borc vermiş, aralarında hər hansı yazılı müqavilə bağlanmamışdır. “Neftbaza”nın sürücüləri hər reysdə 3000-3200 manat pul qazanır. Həmin qazanclarından 1500 manat maşına görə kirayə verirlər, 1500 manat da özlərinə qalır. Sürücülər maaşlarını aylıq olaraq alırlar, bu səbəbə görə də reysdən qayıtdıqdan sonra növbəti reysə getməyə əllərində pul olmur, çünki maaş vaxtı çatmamış olur. Cavabdehla hər ay 8000 manatdan əlavə olaraq, 600 manat ona verilməsi barədə razılığa gəlmişlər. Rövşən 2 ay razılaşdıqları şəkildə, hər ay 600 manat olmaqla, ona 1200 manat pul vermişdir. Borc olaraq verdiyi 8000 manatı isə dekabr ayında qaytarması barədə razılaşmışlar. 2023-cü ilin iyul ayında Rövşən ona imkan varsa kredit götürməsini, kredit borcunu özünün ödəyəcəyini bildirmiş, bundan sonra o, 2023-cü ilin iyul ayında "xxxx" ASC-dən (hazırda "xxxx" ASC) 12000 manat kredit götürmüş və həmin pulun da hamısını Cavabdeh vermişdir. Bundan sonra borcun xeyli artdığını görmüş, 18 iyul 2023-cü il tarixdə özü müqavilə tərtib etmiş, Rövşənə təqdim etmiş və o da həmin müqaviləni imzalayaraq, 20000 manat borcu olduğunu təsdiqləmişdir. 2023-cü ilin avqust ayından 2024-cü ilin yanvar ayına kimi Rövşən hər ay ona 1370 manat ödəniş etmiş, pulun da hamısı Banka ödənilmişdir. Həmçinin 2023-cü ilin sentyabr ayında Cavabdeh maşınlarından birini ona satmasını xahiş etmiş, bununla da 20500 manat müqabilində maşınını ona satmaq barədə razılaşmışlar. Həmin məbləğin 10000 manatını ilkin ödəniş kimi vermiş, 10500 manat borcu qalmışdır. Həmin borcdan da 2500 manat və 1500 manat olmaqla, ümumilikdə 4000 manat ödəmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində Rövşən ona uşağını maşınla başqa ölkəyə, xəstəxanaya aparacağını bildirmiş, bunun üçün ona ümumi etibarnamə verməsini xahiş etmişdir. O da Rövşənə ümumi etibarnamə vermişdir. 2023-cü ilin dekabr ayının əvvəlləri Rövşən maşını ona gətirmiş, maşının problemləri olduğunu bildirmiş, “düzəldib sataq, xərcləri də özüm çəkəcəyəm” demişdir. “Krediti ödəyə bilmirəm” deyib, maşını ona vermişdir. O da maşını təmir etdirmiş, təmirə çəkilən xərcin 700 manat hissəsini Rövşən, 300 manat hissəsini isə özü ödəmişdir. Bundan sonra, 2024-cü ilin yanvar ayının sonuna kimi maşın özündə qalmış, həmin vaxt da maşını satmaq üçün elan vermişdir. 2024-cü ilin yanvar ayında Rövşən ondan təkrar borc istəmiş, pulunun hesabda qaldığını, pula ehtiyacı olduğunu bildirmişdir. İlk öncə, çox borcu olduğu üçün pulu verməyəcəyini bildirmiş, lakin daha sonra kirvəsi Həsən ondan xahiş etmiş və 30 yanvar 2024-cü il tarixində 6 ay müddətinə Cavabdeh Naxçıvan “Asan” Xidmət Mərkəzində notariat ofisində bağlanmış müqavilə əsasında 6000 manat borc pul vermişdir. Pulu verdikdən sonra, Rövşən reysə getmiş, elə həmin günü Rövşən ona Mahir adlı sürücü yoldaşının yolda qaldığını, pula ehtiyacı olduğunu, ona 4000 manat pul verməsini, 2 günə qaytaracağını bildirmiş, o da 3950 manat pulu olduğunu bildirmişdir. Ona “Rabitə bank” kartı atmış və həmin kart hesabının Əliyev Emin adlı şəxsə məxsus olduğunu görmüş, Rövşəndən Eminin kim olduğunu soruşmuş, o da Eminin Mahirin qardaşı olduğunu, pulu həmin kart hesabına göndərməsini bildirmişdir. Bundan sonra, Eminlə danışmış, Emin ona Mahirin qardaşı olduğunu, pulu ona göndərəcəyini bildirmişdir. Həmin 4000 manat borc pulu Rövşən Mahirdən alıb ona qaytarmalı idi. 08 fevral 2024-cü il tarixdə “Mercedes Benz E 200” markalı avtomobilə müştəri çıxmış, sənəd işləri üçün “Asan” Xidmət Mərkəzinə getmiş və orada maşının onun adına olmadığını öyrənmişdir. Müəyyən olunmuşdur ki, Rövşənə ümumi etibarnamə verən zaman o, maşını “lombarda” 11000 manata satmış, maşın isə Mollayev Ayxan adlı şəxsin adına sənədləşdirilmişdir. Daha sonra artıq Rövşənin onu aldatdığını anlamışdır. Onun xahişi ilə lombard tərəfindən ona 3000 manat ödənilmişdir. Hazırda Cavabdeh borcu səbəbindən çətin bir vəziyyətə düşmüş, özünün borcları yaranmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, vəkili Vəkil iddia tələbini müdafiə etdiklərini, tələblə bağlı bütün zəruri sübutları məhkəməyə təqdim etdiklərini bildirmiş, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqramla müraciət etmiş, maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməcəyini bildirmiş, onun iştirakı olmadani işə baxılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş- 18 iyul 2023-cü il tarixli İddiaçı və Cavabdeh arasında bağlanmış borc müqaviləsindən görünür ki, borc verən (İddiaçı) 20000 manat məbləğində pulu borc alana (Cavabdeh) vermiş, Cavabdeh borc müqaviləsini imzalamaqla 20000 manat borcu olduğunu qəbul etmişdir. 30 yanvar 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş, İddiaçı və Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən borc verən (İddiaçı) borc alana (Cavabdeh) 6000 manat məbləğində pulu borc verməyi, borc alan borcu 30 iyul 2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 30 yanvar 2024-cü il tarixli Milliön elektron ödəmə sistemi, terminal No 53351 qəbzdən görünür ki, “Rabitə Bank”-a məxsus kart hesabına 3950 manat məbləğində pul köçürülmüşdür. 16 iyul 2023-cü il tarixli “nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” etibarnaməyə əsasən, İddiaçı “Mercedes Benz E200 minik” markalı nəqliyyat vasitəsini idarə etmək hüququnu Cavabdeh Ələkbər oğluna vermişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2023-cü ilin may ayında Cavabdeh 8000 manat məbləğində borc pul vermiş və aralarında hər hansı yazılı müqavilə bağlanmamışdır, şifahi şəkildə razılaşmışlar. 2023-cü ilin iyul ayında isə 12000 manat məbləğində borc pul vermiş və iddiaçı özü 18 iyul 2023-cü il tarixdə müqavilə tərtib etmiş, müqavilənin 1-ci bəndinə görə borc verən borc alana 20000 manat məbləğində pulu borc verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə əsasən isə verilmiş borc heç bir ticari işdə qazanc gətirmədiyi müddətdə borc alan tərəfindən alınmış 20000 manat pul tamamilə və ya hissə-hissə geri qaytarılmalı idi. Cavabdeh müqaviləni imzalamaqla 20000 manat borcu olduğunu qəbul etmişdir. Lakin, bu müqavilə notarial qaydada təsdiqlənməmişdir. 30 yanvar 2024-cü il tarixdə tərəflər arasında notarial qaydada borc müqaviləsi bağlanmış, müqavilənin 1-ci və 2-ci bəndlərinə əsasən borc verən borc alana 6000 manat məbləğində pulu borc verməyi, borc alan borcu 30 iyul 2024-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, hər iki müqavilə üzrə Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı borc məbləğini İddiaçı qaytarmamışdır. Bundan başqa cavabdeh 30 yanvar 2024-cü il tarixdə İddiaçı aldatmaqla ondan başqa şəxs üçün borc almaq adı ilə 3950 manat pul almış, daha doğrusu İddiaçı həmin məbləği cavabdehin dediyi kart hesabına göndərmiş, həmin borc məbləğini də cavabdeh iddiaçıya qaytarmamışdır. Əlavə olaraq, Cavabdeh İddiaçı xəbəri olmadan iddiaçının ona verdiyi ümumi etibarnamə əsasında maşını “lombarda” satmış, satışdan ona olan 10500 manat borcundan yalnız 4000 manat ödəmiş, 3000 manatını “lombard” iddiaçıya ödəmiş, 500 manatını iddiaçı cavabdehə güzəşt etmiş, qalan 3000 manat borcu da Cavabdeh iddaçı İddiaçı qaytarmamışdır. Beləliklə, Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş, iddiaçıya olan ümumilikdə 32950 manat borcunu qaytarmamışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən İddiaçı tələbinin sübuta yetdiyi müəyyən olunur. Həmçinin məhkəmə baxışı zamanı iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Xarici yaddaş qurğusundakı səs yazıları dinlənilmiş, səs yazılarında Cavabdeh borcu olduğunu qəbul etdiyi, borcunu danmadığı, imkanı pulu olmadığı üçün ödəyə bilmədiyi məlum olmuşdur. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər yekun məhkəmə qərarının çıxarılması üçün kifayətdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları baxımından qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 742.1-ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu İddiaçıdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı müqaviləyə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh və iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borcun hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh isə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmiş, borcun qaytarılması barədə məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh cəmi 32950 manat borc alınaraq İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 189 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh 32950 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 189 manat alınıb İddiaçı verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-31/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-31/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver