Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-380/2024 25.12.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 002A********** saylı müqavilə üzrə 2416.77 manat məbləğində kredit borcu, 145.67 manat məbləğində faiz borcu və 31.3 manat məbləğində cərimə olmaqla, cəmi 2593.74 manat, xx.xx.2023-cü il tarixli 002KK**********01 saylı kart kredit müqaviləsi üzrə 300 manat məbləğində kredit borcu, 155.34 manat məbləğidə cərimə borcu olmaqla, cəmi 454.61 manat, ümumilikdə 3048.35 manat məbləğində borcun və ödənilmiş 50.49 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 002A********** saylı müqaviləyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.4583% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 3000 manat məbləğində kredit verilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 583.23 manat ödəniş etmiş və onun 2416.77 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 134 gün üçün hesablanmış faiz borcu 145.67 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 134 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 31.3 manat təşkil edir. Bundan başqa Cavabdeh ilə bağlanan xx.xx.2023-cü il tarixli 002KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 ay müddətinə, 300 manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh əsas borcu üzrə 300 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə müvafiq olaraq, xx.xx.2024-cü il tarixə 250 gün üçün hesablanmış cərimə borcu 155.34 manat təşkil edir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdehə 35 ay müddətinə aylıq 1.4583% ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək olan 35 ay müddətə İddiaçı QSC-yə hər ay 111 manat, sonuncu ay 88.58 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş OUT-2024/09/12-69 nömrəli, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 2416.77 manat əsas, 145.67 manat faiz, 31.3 manat cərimə, cəmi 2593.74 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 002KK**********01 saylı müqavilədən görünür ki, cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 ay müddətinə, 300 manat məbləğində kredit limiti açılmışdır. İş materiallarına əlavə olunmuş OUT-2024/09/12-72 nömrəli, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 002KK**********01 saylı “Visa OK Credit Cards” kart kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 299.27 manat əsas, 155.34 manat cərimə, cəmi 454.61 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmədə müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 002A********** saylı müqavilə əsasında cavabdeh 35 ay müddətinə aylıq 1.4583% ödəmək şərtilə 3000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu kredit öhdəliklərini tam yerinə yetirmədiyinə görə 2416.77 manat əsas, 145.67 manat faiz borcu yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 2416.77 manat əsas, 145.67 manat faiz borcunun cavabdehdən tutulması hissəsində təmin olunmalıdır. Həmçinin, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 002KK**********01 saylı “Visa OK Credit Cards” kart kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-yə 299.27 manat əsas borcu yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia 299.27 manat əsas borcun cavabdehdən tutulması hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmədə müəyyən olundu ki, cavabdeh kredit öhdəliklərini vaxtında yerinə yetirmədikdə, gecikdirilən hər gün üçün 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2023cü il tarixli, 002A********** saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə 134 gün üçün hesablanmış borc məbləği 31.3 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, 31.3 manat məbləğində cərimə (dəbbə pulu) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. xx.xx.2023-cü il tarixli, 002KK**********01 saylı kart kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 250 gün üçün hesablanmış cərimə borcu 155.34 manat təşkil edir. Məhkəmə hesab edir ki, cəmi 299.27 manat əsas borca görə 155.34 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də, məhkəmə 155.34 manat məbləğində hesablanmış cərimə məbləğinin 20 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Cərimə pulunun 20 manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, cərimə pulunun 20 manatdan yuxarı məbləğdə müəyyən edilməsi öhdəliyin həcmi nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30+1000 manatdan yuxarı olan iddia məbləğinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş 68272061 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 50.49 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 50.49 manat məbləğində ödənilmiş dövlət rüsumunun 49.13 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 002A********** saylı müqavilə üzrə 2416.77 manat əsas borc, 145.67 manat faiz borcu, 31.3 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 002KK**********01 saylı kart kredit müqaviləsi üzrə 299.27 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 2913.01 manat məbləğində borc və 50.49 manat ödənilmiş dövlət rüsumunun 49.13 manat hissəsi alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 002A********** saylı müqavilə üzrə 2416.77 manat əsas borc, 145.67 manat faiz borcu, 31.3 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 002KK**********01 saylı kart kredit müqaviləsi üzrə 299.27 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 2913.01 manat məbləğində borc və 50.49 manat ödənilmiş dövlət rüsumunun 49.13 manat hissəsi alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 50.49 manat dövlət rüsumunun 1.36 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-380/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-380/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver