Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-424/2025 23.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1825.45 manat əsas, 5.59 manat faiz borcu olmaqla, cəmi 1831.04 manat kredit borcunun və ödənilmiş 38.32 manat dövlət rüsumunun, 0.4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı "xxxx" ASC iddianı onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2023-cü il tarixli BPM**********28 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 20 %-lə, 36 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X4 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X4 xx.xx.2025-ci ilədək Banka ödənilməmiş 1825.45 manat əsas, 5.59 manat faiz borcu olmaqla, cəmi 1831.04 manat borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2-50804/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 38.32 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı "xxxx" ASC-yə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə ərizə ilə məhkəməyə müraciət etmiş, mülki işə iştirakları olmadan baxılmasını, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmiş, izahatında bildirmişdir ki, mərhum həyat yoldaşı X7 14 sentyabr 2023-cü il tarixdə "xxxx" ASC-dən 2500 manat məbləğində kredit götürmüşdür. Kreditin 1800 manat ödənilməmiş hissəsi qalanda, 24 sentyabr 2024-cü il tarixdə yoldaşı vəfat etmişdir. X1 adına heç bir əmlak yoxdur. Yeganə miras 1067.10 manat pul əmanətindən ibarət olmuş, vərəsəsi olaraq onu qəbul etmişdir. Kredit borcunu ödəməli olduğunu bilməmiş, həyat yoldaşı vəfat etdikdən sonra yas mərasiminə başı qarışmışdır. Oğlu ilə birlikdə kirayədə yaşayır, pensiya alır. Vəziyyətləri pisdir, borcları çoxdur. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********28 nömrəli kredit müqaviləsinə əsasən borc alana illik 20 %-lə, 36 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. X6 ödəniş cədvəlindən görünür ki, tərəflər kreditin hər ay 92.91 manat, sonuncu ay isə 92.7 manat olmaqla, xx.xx.2026-cı il tarixədək ödənilməsi barədə razılığa gəlmişlər. Maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə 25 noyabr 2025-ci il tarixə ödənilməmiş əsas borc 1825.45 manat, faiz borcu 5.59 manat təşkil edir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X4 vərəsəsi Cavabdeh yaranmış borc barədə məlumat verilmiş, borcu 3 gün müddətində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 26 noyabr 2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, mərhumun vərəsəsi Cavabdeh Culfa rayon notariat ofisinə müraciət etmiş, notariat ofisində V-83/2024 saylı vərəsəlik işi açılmış, vərəsəyə xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında 2V-94 reyestr saylı şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak: Culfa rayon Kommunal Müəssisələri Kombinatının işçisi olmuş, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 adına hesablanmış 1067.10 manat məbləğində olan pul əmanətindən ibarətdir. 673997 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 24 sentyabr 2024-cü il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 oktyabr 2024-cü il tarixdə 119 nömrə ilə qeyd edilmişdir. 26 noyabr 2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 38.32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 4 iyun 2018-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İş materiallarından müəyyən edilir ki, "xxxx" ASC ilə X7 arasında 14 sentyabr 2023-cü il tarixli, BPM**********28 nömrəli kredit müqaviləsi bağlanılmış, müqaviləyə əsasən Cavabdehaya illik 20 %-lə, 36 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Bank müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, X7 müqavilənin şərtlərinə əməl etməmişdir. Həmçinin müəyyən edilmişdir ki, X7 24 sentyabr 2024-cü il tarixdə vəfat etmiş və onun vərəsəsi hazırki iş üzrə cavabdeh olan Cavabdehdur. Yuxarıda göstərilən maddi hüquq normalarından göründüyü kimi, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14 sentyabr 2023-cü il tarixli, BPM**********28 nömrəli kredit müqaviləsi üzrə 1067.10 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəhadətnamə verilən miras əmlak Culfa rayon Kommunal Müəssisələri Kombinatının işçisi olmuş, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 adına hesablanmış 1067.10 manat məbləğində olan pul əmanətindən ibarətdir. İddianın həmin məbləğdən yuxarı həddə təmin edilməsi yuxarıda göstərilmiş maddi hüquq normalarına ziddir. Vərəsə miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 38.32 manat dövlət rüsumunun 22.33 manat hissəsi və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı bank xidmət haqqı cavabdehdən alınıb iddiaçıya verilməli, 15.19 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənləri ümumiləşdirərək, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, BPM**********28 nömrəli kredit müqaviləsi üzrə 1067.10 manat məbləğində pul və iş üzrə ödənilmiş 38.32 manat dövlət rüsumunun 22.33 manat hissəsi və 0,40 manat bank xidməti haqqının əvəzi cavabdehdən alınıb iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun 15.19 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 1067.10 manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş 38.32 manat dövlət rüsumunun 22.33 manat hissəsi və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı bank xidmət haqqının əvəzi Cavabdeh alınıb "xxxx" ASCyə ödənilsin, 15.19 manat hissəsi "xxxx" ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-424/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-424/2025
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver