Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-44/2023 03.02.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-i məhkəməyə ərizə ilə müraciət etmiş, Cavabdeh 20 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 239.10 manat əsas borc, 69.00 manat faiz borcu, 29 oktyabr 2021-ci il tarixli Kredi Kartı müqaviləsinə əsasən isə 2651.00 manat əsas borc, 527.72 manat faiz borcunun və 54.87 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ASC-in xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçının nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, İddiaçı ASC-i ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, kredit müqaviləsinə əsasən ona illik 25 % dərəcəsi ilə 300 manat kredit xətti ayrılmış, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən isə ona 36 ay müddətinə illik 27 % dərəcəsi ilə 3000 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi qaydada bilidirş göndərilməsiunə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə xx.xx.2021-ci il tarixli kredit kartı müqaviləsinə əsasən 239.10 manat əsas, 69 manat faiz borcu, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 2651.10 manat əsas, 527.72 manat faiz borcu yaranmışdır. İş materiallarına əlavə olunmuşxx.xx.2021-ci il tarixli, BRED4554011A500 nömrəki kredit müqaviləsindən müəyyən olunur ki, Kapital Bank ASC-i və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, cavabdehə illik 25 faiz dərəcəsi ilə, 300 manat kredit xətti ayrılmış, xx.xx.2021-ci il tarixli, GTKR4337374A500 nömrəli Kredit müqavilədən müəyyən olunur ki, Kapital Bank ASC-i və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, cavabdehə illik 27 faiz dərəcəsi ilə 36 ay müddətinə 3000 manat kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, BRED4554011A500 nömrəki kredit müqaviləsinin 2-ci maddəsinə əsasən bank müştəriyə birkart ödəniş kartı verir, həmin karta bağlı müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır və xəttun istifadəsilə bağlı müvafiq hesablar açır. Müştəri isə həmin kredit xəttindən istifadə edir və yaranmış borclarını (əsas, faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri qaytarır. xx.xx.2021-ci il tarixli, GTKR4337374A500 nömrəli Kredit müqavinin 1.1-ci bəndinə əsasən bank illik 27 faiz dərəcəsi ilə 36 ay müddətinə 3000 manat məbləğində krediti müştəriyə verir, kreditin istifadəsi ilə bağlı müvafiq hesab açır, müştəri isə kreditdən istifadə edir və yaranmış borcları (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. 23 dekabr 2022-ci il tarixli,135000/4855 saylı maliyyə arayışından da aydın olur ki, həqiqətən Cavabdeh İddiaçı ASC-i ilə bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 239.10 manat əsas borcu, 69 manat faiz borcu və xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 2651.10 manat əsas borcu, 527.72 manat faiz borcu vardır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən iddiaçının tələbinin sübuta yetdiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər yekun məhkəmə qərarının çıxarılması üçün kifayətdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanunidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh bankdan tələb olunan məbləğləri borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqavilələrinə əsasən həmin məbləğləri qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi cavabdehin icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borcalan onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1, 284-5.2 və 284-5.3- cü maddələrinə əsasən kiçik iddiaya dair ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İddiaçının tələbi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 54.87 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 284-5- 284- 6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-in xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 239.10 manat əsas borc, 69 manat faiz borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2651.00 əsas borc, 527.72 manat faiz borcu və 54.87 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 3541.69 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-44/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-44/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver