Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-51/2023 04.05.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə əlavə qətnamə qəbul edilməsi barədə məsələyə Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi il məhkəməyə müraciət etmiş, xx.xx.2022-ci il tarixli müqavilənin (ərizənin) ləğv edilməsi, Cavabdeh AccessBank” QSC-nin xeyrinə 14698.33 manat kredit borcu, 1455.30 manat faiz borcu və 461.53 manat cərimə məbləğinin, 139.84 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Culfa rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, e-2(089)-51/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 14698.33 manat məbləğində kredit borcu, 1455.30 manat faiz borcu və 461.53 manat cərimə məbləği, 139.84 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 16.755 manatın alınaraq İddiaçı QSC-in hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən xx.xx.2022-ci il tarixli müqavilənin (ərizənin) ləğv edilməsi ilə bağlı məsələni həll etməmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 28 aprel 2023cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, e-2(089)-51/2023 saylı mülki iş üzrə iddiaçı tərəfindən Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin (ərizənin) ləğv edilməsi barədə tələb irəli sürüldüyünü, sübutlar təqdim edildiyini, qətnamənin “əsaslandırıcı hissəsində” tələbin təmin edilməsinin qeyd edildiyini, lakin qətnaməsinin “qət etdi” hissəsində müqavilənin ləğv edilməsinin öz əksini tapmadığını bildirmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 229-cu maddəsinə əsasən Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin (ərizənin) ləğv edilməsi barədə əlavə qətnamə qəbul etməyinizi xahiş etmişdir. Əlavə qətnamə çıxarılması barədə məhkəmə iclası təyin edilmiş, iddiaçının nümayəndəsinə, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmuiş, lakin iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan əlavə qətnamə çıxarılması barədə məsələyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. Həmin Məcəllənin 229.3-cü maddəsinə əsasən əlavə qətnamə və qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Culfa rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli e-2(089)-51/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, lakin qətnamənin qət etdi hissəsində İddiaçı QSC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin (ərizənin) ləğv edilməsinə münasibət bildirilməmişdir. Odur ki, İddiaçı QSC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,229, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı QSC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə (ərizə) ləğv edilsin. Əlavə qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-51/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(089)-51/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver