Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-52/2022 28.01.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı Exspressbank ASC -nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı Exspressbank ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən 2326.28 manat borc və 43.67 manat dövlət rüsumunun alınıb cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə riayət edilib edilməməsini yoxlayır. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsinin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin forma və məzmunu öz əksini tapıb. Həmin normanın tələbindən görünür ki, ərizədə cavabdehin faktiki yaşadığı ünvan, tələbin əsaslığını təsdiq edən sənədlər, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (284-3.2.2, 284-3.2.3, 284-3.2.4 və 284- 3.2.5-ci maddələr). Ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur (284-3.4 maddə). İddiaçı isə qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş, ərizədə öz tələbinin əsaslığını təsdiq edən sənədləri, cavabdehin faktiki yaşadığın ünvanı, tələbin əsaslığını təsdiq edən sənədləri, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısını göstərməmiş, iddia ərizəsinə mübahisənin qarşılıqlı razılıq yolu ilə həll edilməsi ilə bağlı bildiriş əlavə edilməmişdir. Həmçinin iddia ərizəsinin iddiaçının nümayəndəsi qismində kim tərəfindən imzalanması məlum deyildir. Qeyd edilənlər isə Exspressbank ASC tərəfindən ərizənin forma və məzmununa əməl etməməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur Göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsində cavabdehin faktiki yaşadığın ünvan, tələbin əsaslığını təsdiq edən sənədlər, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısı göstərilmədiyindən, iddia ərizəsinə mübahisənin qarşılıqlı razılıq yolu ilə həll edilməsi ilə bağlı bildiriş əlavə edilmədiyindən, iddia ərizəsinin iddiaçının nümayəndəsi qismində kim tərəfindən imzalanması məlum olmadığından iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir, geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi geri qaytarıldığından, hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 43.67 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 284-3.5-ci maddələrini rəhbər tutaraq qərara aldım: Exspressbank ASC -nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Exspressbank ASC tərəfindən 17 yanvar 2022-ci il tarixdı ********* nömrəli mədaxil qəbzi ilə (Naxçıvan MR maliyyə Nazirliyinin hesabına) ödənilmiş 43.27 manat məbləğində dövlət rüsumu Exspressbank ASC -yə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-52/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-52/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver