Məhkəmə qərarları › İş №e-2(089)-59/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-59/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-59/2024 17.01.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı Soliton LTD MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdim İddiaçı Soliton LTD MMC-nin nümayəndəsi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 530 manat əsas borc, 100 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Soliton LTD MMCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Culfa Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(089)-59/2024 nömrəli qərardadı ilə iddiaçı Soliton LTD MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər uzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı Soliton LTD MMC-nin nümayəndəsi Nümayəndə 16 yanvar 2024-cü il tarixdə ərizə ilə müraciət etmiş, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə, cavabdeh işin mahiyyəti uzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlirəm ki, 12 yanvar 2024-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, qərara aldım: İddiaçı Soliton LTD MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə Soliton LTD MMC-yə qaytarılsın. 12 yanvar 2024-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Soliton LTD MMC-yə qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar