Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-7/2024 02.02.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MM QBKT-nin nümayəndəsi Nümayəndə1 Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı MM QBKT-nin xeyrinə əsas borc 1564.87 manat, faiz borcu 127 manat, cərimə borcu 46.12 manat, cəmi 1737.99 manat borcun, həmçinin ödənilmiş 37.38 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MM QBKT-nin nümayəndəsi Nümayəndə1 iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə illik 28 % dərəcəsi olmaqla 24 ay müddətinə, 3800 manat məbləğində kredit verilmiş, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında 05 mart 2022-ci il tarixli, **********0356 saylı kredit müqaviləsi bağlanmış, ödəniş cədvəlinə əsasən borclunun hər ay 210 manat olmaqla ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği üzərində “Fincart” adı qeyd edilmiş kredit kartında borcalana təqdim edilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və **********0356-740903 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 zamin durmuşlar. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Onun xx.xx.2023-cü il tarixə əsas borcu 1564.87 manat, faiz borcu 127 manat, cərimə borcu 46.12 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsinə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, mülki işə iştirakı olmadan baxılmasını, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, FİNCA Azerbaijan” MM QBKT-nin və onun arasında 05 mart 2022-ci il tarixli, **********0356 saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən ona illik 28 % dərəcəsi olmaqla 24 ay müddətinə, 3800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirə bilmədiyindən, iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmənin icraatında mülki iş olduğu müddətdə kredit müqaviləsi üzrə ödəniş etmişdir. Məhkəmə mühasibat ekspertizası təyin edilmiş, İddiaçı MM QBKT-yə 195.05 manat əsas borcu, 3.03 manat faiz borcu, 99.27 manat cərimə borcunun olması müəyyən edilmişdir. FİNCA Azerbaijan” MM QBKT-yə 195.05 manat əsas borcu, 3.03 manat faiz borcu, 99.27 manat cərimə borcunun olmasını qəbul edir. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olanxx.xx.2022-ci il tarixli, **********0356 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT və Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh1 3800 manat məbləğində kredit verilmiş, kreditin müddəti 24 ay, illik faiz isə 28 % müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, **********0***-******* və **********0356-740903 saylı zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyi zaminliklə təmin olunmuş, zaminlər Cavabdeh3 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, **********0356 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 25 avqust 2023-cü il tarixə əsas borcu 1564.87 manat, faiz borcu 127 manat, cərimə borcu 46.12 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 26 dekabr 2023-cü il tarixli, 1207 nömrəli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, **********0356 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı MM QBKT-na kredit üzrə 23 noyabr 2023-cü il tarixə əsas borcu 195.05 manat, faiz borcu 3.03 manat, cərimə borcu 99.27 manat təşkil edir. Məhkəmə toplanmış sübutlara qiymət verərək, belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Kredit müqaviləsinin 1.1-ci bəndində əsasən İddiaçı MM QBKT Cavabdeh1 24 ay müddətinə, 28 %-lə 3800 manat məbləğində kredit vermiş, Cavabdeh1 krediti müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüş, lakin öhdəliklərini icra etməmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini olaraq Cavabdeh3 və Cavabdeh2 ilə kredit təşkilatı arasında zaminlik müqavilələri bağlanmış, Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin kreditora tam ödənilməsi ilə bağlı borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.1-ci bəndində qeyd edilmişdir ki, gecikdirilmiş öhdəliklərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş əsas məbləğin 1%-i məbləğində dəbbə pulu hesablanır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh3 və Cavabdeh2 borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin kreditora tam ödənilməsi ilə bağlı borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən Zamin bank qarşısında borcalanın bütün öhdəlikləri ilə bağlı məsuliyyət daşıyır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh1 kredit təşkilatından tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borc, əsas borca hesablanacaq faizlərin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etməkdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsulliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinə əsasən Cavabdeh1 hər ay əsas və faiz borc kimi 210 manat ödəniş etməlidir. Göründüyü kimi, cavabdeh ona verilmiş krediti və faizini ödəniş qrafiki üzrə ödəməmiş, ödənişləri ardıcıl olaraq gecikdirmişdir. Qeyd edilən hal cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olduğundan cavabdehlərdən 195.05 manat əsas borcu, 3.03 manat faiz borcu, 99.27 manat cərimə borcu alınmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə bu nəticəyə gələrkən Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2023-cü il tarixli, 1207 nömrəli ekspert rəyində qeyd edilənləri nəzərə almışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 37.38 manat dövlət rüsumunun 6.39 manat hissəsi Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınıb Finca Azerbaijan MM QBKT-nin hesabına ödənilməli, 31.04 manat hissəsi Finca Azerbaijan MM QBKT-yə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 195.05 manat əsas borc, 3.03 manat faiz borcu və 99.27 manat cərimə borcu, ümumilikdə 297.35 manat alınıb Finca Azerbaijan MM QBKT-nin hesabına ödənilsin. Ödənilmiş 37.38 manat dövlət rüsumunun 6.39 manat hissəsi Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınıb Finca Azerbaijan MM QBKT-nin hesabına ödənilsin, 31.04 manat hissəsi Finca Azerbaijan MM QBKT-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-7/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-7/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver