Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-1/2023 11.07.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsini və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASCnin xeyrinə 7.559,75 (yeddi min beş yüz əlli doqquz manat, yetmiş beş qəpik) manat əsas, 4.538,14 (dörd min beş yüz otuz səkkiz manat, on dörd qəpik) manat faiz və 132,44 (bir yüz otuz iki manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 12.230,33 (on iki min iki yüz otuz manat, otuz üç qəpik) manat borcun və 127 (bir yüz iyirmi yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 06 fevral 2019-cu il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 51 ay müddətinə, illik 29% olmaqla 10.300 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh3 bütün öhdəliklərini icra etməlidir. Cavabdeh1 iddia ərizəsinə etiraz ilə müraciət edərək İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etdiyini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında onun cavabdeh İddiaçı ASCqarşı “Cavabdeh3 ilə İddiaçı ASC-nin Mərdəkan filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK-32103-67-03 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavə edilmiş 15 iyul 2020-ci il tarixli “Razılaşma” üzrə onun zaminliyinə xitam verilməsi” tələbinə dair mülki iş hazırda icraatda olduğunu və həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilmədiyini, xx.xx.2019-cu ildə Cavabdeh3 ilə İddiaçı ASC Mərdəkan filialı ilə MK-32103-67-3 saylı kredit müqaviləsi bağlandığını, həmin kredit müqaviləsində zamin qismində Cavabdeh2 və o, Cavabdeh1 göstərildiyini, hal-hazırda səhhəti ilə bağlı öhdəlikləri icra edə bilmədiyini, müayinələr nəticəsində mədəaltı vəzin və qaraciyərin ölçüsünün böyümüş, habelə ürəyində qüsurların aşkarlanması müəyyən olunduğunu, öhdəliklərin icrası zamanı baş verə biləcək situasiyalardan biri də sağlamlıqla bağlı olduğunu, sağlamlığının məhdudlaşması, iş qabiliyyətinin aşağı düşməsi vəziyyətində hal-hazırda yaranmış borcu ödəmə qabiliyyətinə malik olmadığını, bununla bağlı İddiaçı ASC-yə ərizə ilə müraciət etdiyini, bundan başqa göstərilən kredit müqaviləsi üzrə zamin durmaq istəyən X1 da zamin kimi əvəzlənməsi barədə banka ərizə yazdığını, həmin ərizədə X1 tam əmək qabiliyyətlinə malik olduğunu göstərdiyini və ödənişi vaxtlı-vaxtında icra edib qalıq borcu ödəyəcəyini bildirdiyini, kredit müqaviləsindən irəli gələn öhdəliklərdən birinin də borclu tərəfin zamin kimi X1 əvəzlənməsini xahiş etdiyini, X4 zəruri sənədlər sayılan iş yerindən əmək haqqı barədə arayışı da təqdim etdiyini, bütün zaminin əvəz olunmasına dair sənədlərin tam qaydasında olduğunu, Cavabdeh1 qeyd olunan müqavilə və razılaşma üzrə zaminliyə xitam verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müsbət nəticə olunmadığını, İddiaçı ASC tərəfindən verilmiş cavab məktubunda “müvafiq kredit öhdəliyi lazımınca icra edilmədiyindən (gecikdirildiyindən), aidiyyəti struktur bölmə tərəfindən onun zaminliyinə xitam verilməsi (dəyişdirilməsi) məqsədəuyğun hesab edilməmişdir” qeyd edildiyini, cavabdeh tərəfindən verilmiş cavab əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını göstərmiş, iddia ərizəsinə etirazının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələrinə istinad edərək, məhkəmədən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcun tutulması iddia tələbinə ona, Cavabdeh1 aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(090)-173/2022 saylı qərardadı il Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı ASC, Cavabdeh3 və X2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair 2(005)-2244/2022 nömrəli mülki işə baxılıb nəticə verilənədək İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair e-2(090)-173/2022 nömrəli mülki işin icraatı dayandırılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(090)- 107/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı ASC-nə (Cavabdeh3 və X4 maraqlı şəxs olaraq) qarşı “kredit müqaviləsi üzrə müəyyən edilmiş zaminliyə xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Vüsalə Həsənova “10” iyul 2023-cü il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini, məhkəmə proseslərinin çox olması ilə əlaqədar məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddialarının təmin olunmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın ərizəsini, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 06 fevral 2019-cu il tarixdə MK/32103/67/3 nömrəli kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Kredit müqaviləsinə əsasən bank müştərilərinə 36 ay müddətinə illik 29% olmaqla, 10.300 (on min üç yüz) manat məbləğində kredit verir. Kredit Müqaviləsinin 1-ci bəndinə əsasən tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflərin arasında müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə müəyyən olunur. Şərtlər bu sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur. Kredit Müqaviləsinin 3-cü bəndinə görə tərəflər bu sazişi imzalamaqla təsdiq edirlər ki, bütövlükdə müqavilə, xüsusəndə şərtlərlə tanışdırlar, onların şərtləri ilə və bu şərtlər kağız daşıyıcıda onlara təqdim edilmişdir. İş materiallarında olan 06 fevral 2019-cu il tarixdə MK/32103/67/3 nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh3 06 fevral 2019-cu il tarixdən başlamaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 06 yanvar 2022-ci il tarixədək hər ay 431,63 (dörd yüz otuz bir manat, altmış üç qəpik) manat və sonuncu ay isə, yəni 2022-ci ilin fevral ayının 04-dək 437,1 (dörd yüz otuz yeddi manat, on qəpik) manat ödəməyi öhdəsinə götürüb. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında koronovirus (COVİD-19) pandemiyasının iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlərin aradan qaldırılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsinə dəstək məqsədilə 15 iyul 2020-ci il tarixli (“06” fevral 2019-cu il tarixli, MK/32103/67/3 saylı “Kredit müqaviləsi” üzrə kredit borcunun restrukturizasiyasına dair) razılaşma bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Razılaşmanın 1-3-cü bəndlərinə görə kredit müddəti 04 fevral 2022-ci il tarixdən etibarən 6 (altı) ay müddətinə uzadılır və bu müddət ərzində kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilir. Kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilir. Kredit borcunun restrukturizasiya edildiyi tarixdə kredit alanın həmin tarixə olan cari əsas borcunun ödəniş cədvəli üzrə qeyd edilmiş qalıq əsas borcundan az olduğu aydan sonrakı aydan başlayaraq restrukturizasiya edilən tarixədək olan aylar üzrə kredit alandan əsas borc məbləği tələb olunmur. Həmin tarixədək hesablanmış və ödənilməmiş faiz borcu isə xüsusi hesabda dondurularaq saxlanılır və güzəşt müddətinin bu hissəsində kredit alandan tələb edilmir. Kredit borcunun restrukturizasiya edildiyi tarixdən sonrakı aylar üzrə güzəşt müddətinin sonuncu ayına qədər (həmin ayda daxil olmaqla) kredit alandan əsas borc məbləği tələb edilmir və yalnız faiz borcunun ödənilməsi tələb edilir. Güzəşt müddətindən sonrakı aylarda annuitet qaydasında ödəniş üsulu tətbiq edilir. Bu Razılaşma tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir. İş materiallarında olan 06 fevral 2019-cu il tarixli, MK/32103/67/3 nömrəli kredit müqaviləsinə Əlavə № 1-dən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e-2(005)-107/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı ASC-nə (X4 və Cavabdeh3 maraqlı şəxs olaraq) qarşı kredit müqaviləsi üzrə müəyyən edilmiş zaminliyə xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilməmiş və həmin mülki iş üzrə bağlı apelyasiya şikayət verilmədiyindən, həmin qətnamə qanuni qüvvəyə minmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İş materiallarında olan 06 fevral 2019-cu il tarixli kassa məxaric orderinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh3 10.300 (on min üç yüz) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarında olan 11 avqust 2022-ci il tarixli arayışın surətindən məlum olur ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 06 fevral 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehin İddiaçı ASC-yə 7.559,75 (yeddi min beş yüz əlli doqquz manat, yetmiş beş qəpik) manat əsas, 4.538,14 (dörd min beş yüz otuz səkkiz manat, on dörd qəpik) manat faiz və 132,44 (bir yüz otuz iki manat, qırx dörd qəpik) manat məbləğində cərimə borcu mövcuddur. Cavabdehlərə banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 24 iyul 2022-ci il tarixli bildiriş məktubları göndərilməsinə baxmayaraq borclular kredit müqaviləsinin şərtlərini yerinə yetirməmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan məlum olur ki, Cavabdeh3 Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməsinə və müəyyən edilmiş məbləği Cavabdeh3 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmişlər, buna görə də müvafiq məsuliyyətləri yaranmışdır. İddiaçı cavabdehə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq 7.559,75 (yeddi min beş yüz əlli doqquz manat, yetmiş beş qəpik) manat əsas, 4.538,14 (dörd min beş yüz otuz səkkiz manat, on dörd qəpik) manat faiz və 132,44 (bir yüz otuz iki manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 12.230,33 (on iki min iki yüz otuz manat, otuz üç qəpik) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 06 fevral 2019-cu il tarixli, MK/32103/67/3 nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7.559,75 (yeddi min beş yüz əlli doqquz manat, yetmiş beş qəpik) manat əsas, 4.538,14 (dörd min beş yüz otuz səkkiz manat, on dörd qəpik) manat faiz və 132,44 (bir yüz otuz iki manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 12.230,33 (on iki min iki yüz otuz manat, otuz üç qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 06 fevral 2019-cu il tarixli, MK/32103/67/3 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7.559,75 (yeddi min beş yüz əlli doqquz manat, yetmiş beş qəpik) manat əsas, 4.538,14 (dörd min beş yüz otuz səkkiz manat, on dörd qəpik) manat faiz və 132,44 (bir yüz otuz iki manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 12.230,33 (on iki min iki yüz otuz manat, otuz üç qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-1/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-1/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver