Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-1/2025 11.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı vəkil-nümayəndəsi Vəkil iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan “X13 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq zərər (qüsur) aktı üzrə 12400 (on ik min dörd yüz) manat, mülkiyyətində olan “X13 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcüd bazar qiymətinin 10 % aşağı düşdüyü nəzərə alaraq maddi zərər əvəzi olaraq 15300 (on beş min üç yüz) manat, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat pul məbləğinin, cəmi 30700 (otuz min yeddi yüz) manat məbləğində pul vəsaitinin, o cümlədən tərəfindən ödənilmiş 182.10 (bir yüz səksən iki manat, on qəpik) manat məbləğində məhkəmə rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkil-nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq zərər aktı (real zərər) üzrə 12400 (on iki min dörd yüz) manat, qəza nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin minimal 10% aşağı düşdüyünü nəzərə alaraq maddi zərərin əvəzi olaraq 15300 (on beş min üç yüz) manat, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat pul məbləğinin cəmi 30700 (otuz min yeddi yüz) manat məbləğində pul vəsaitinin, o cümlədən tərəflərindən ödənilmiş 182,10 (yüz səksən iki manat on qəpik) manat məbləğində məhkəmə rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş etdiklərini, AR MPM-nin 53-cü maddəsinin tələbini rəhbər tutaraq, iddia tələbimizi "vəkilə ödənilmiş xidmət haqqı hissəsində” dəqiqləşdirir və məhkəmədən avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq zərər aktı (real zərər) üzrə 12400 (on iki min dörd yüz) manat, qəza nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin minimal 10% aşağı düşdüyünü nəzərə alaraq maddi zərərin əvəzi olaraq 15300 (on beş min üç yüz) manat, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat pul məbləğinin, cəmi 30700 (otuz min yeddi yüz) manat məbləğində pul vəsaitinin, o cümlədən vəkilə ödənilmiş 2000 manat (iki min məbləğində xidmət haqqının və 182,10 (yüz səksən iki manat on qəpik) manat məbləğində məhkəmə rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 2(090)- 01/2025 saylı, 19 mart 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək müliki İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq zərər aktı (real zərər) üzrə 12400 (on iki min dörd yüz) manat, qəza nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin minimal 10% aşağı düşdüyünü nəzərə alaraq maddi zərərin əvəzi olaraq 15300 (on beş min üç yüz) manat, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat pul məbləğinin, cəmi 30700 (otuz min yeddi yüz) manat məbləğində pul vəsaitinin, o cümlədən vəkilə ödənilmiş 2000 manat (iki min məbləğində xidmət haqqının və 182,10 (yüz səksən iki manat on qəpik) manat məbləğində məhkəmə rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi tələbi çərçivəsində baxılmışdır. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 12:10 radələrində, Bakı şəh., Xəzər ray., Albalılıq (Vişnyovka) qəsəbəsinin əsas yolunda Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz C230” minik markalı, **-NX- *** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə mənə məxsus olan və həmin anda idarə etdiyim istehsal ili 2022-ci il olan, JTMAAABJ6N4031220 ban nömrəli “X13 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhəri DYPİ-nin inspektoru, polis mayoru X4 tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan da aydın olur ki, yol nəqliyyat hadisəsi Cavabdeh təqsirindən baş vermiş, buna görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. (Protokol və qərar qoşmaya əlavə olunur.) Paşa Sığorta ASC ilə aramızda bağlanmış xx.xx.2024-cü il tarixli, PPA********** saylı icbari sığorta müqaviləsi üzrə sığorta şirkəti tərəfindən təşkil edilən Toyota Bakı mərkəzinin rəsmi servisi “Toyota Əhmədli” filialının xx.xx.2024-cü il tarixli qüsur aktından göründüyü kimi “X13 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin məbləği 17 400 (on yeddi min dörd yüz) manat məbləğində qiymətləndirilmişdir. Lakin, cavabdehin təqsirli, hüquqa zidd əməli nəticəsində mənə və avtomobilimə dəyən ziyan nəticəsində cavabdeh tərəfindən mənə heç bir kompensasiya ödənilməmişdir. Onu da qeyd edim ki, istehsal ili 2022-ci il olan, JTMAAABJ6N4031220 ban nömrəli, “X13 LC300” markalı, **- XM-*** dövlət qeydiyyat nişanlı avtomobilimi mən 0 km-dən (tam yeni model) 2023-cü il fevral ayında rəsmi Toyota Gəncə filialından almışam, hal-hazırda Rəsmi Toyota Bakı mərkəzində qeydiyyatdadır və rəsmi servisin qarantiyası altındadır. Odur ki, hazırda cavabdeh heç bir halda avtomobilin rəsmi servis xidmətində təmir olunmaması ilə bağlı etirazla çıxış edə bilməz. Bundan əlavə, avtomobilə vurulan ziyanla bağlı tərəfimdən avtomobilimin icbari sığorta olunduğu "xxxx" ASC-yə müraciət olunmuş və Paşa Sığorta ASC ilə aramızda bağlanmış xx.xx.2024-cü il tarixli, PPA********** saylı icbari sığorta müqaviləsi üzrə həmin şirkət tərəfindən 5000 manat sığorta ödənişinin maksimum həddi maddi ziyanın əvəzi olaraq qismən mənə ödənilmişdir. Göründüyü kimi, icbari sığorta müqaviləsi üzrə Paşa Sığorta ASC tərəfindən də maddi ziyanın vurulması təsdiqlənmiş və həmin şirkət icbari sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəlik üzrə icbari sığorta ödənişinin maksimum həddini (5000 manat) maddi ziyanın əvəzi olaraq pul şəklində qismən mənə ödəmişdir. (Ödəniş tapşırığı əlavə olunur). Buna görə də, sığorta şirkətinin ödədiyi məbləği (5000 manatı) qüsur aktı ilə təsdiq edilmiş maddi zərərin ümumi məbləğindən (17400 manatdan) çıxmaq şərtilə hazırda cavabdehdən maddi ziyanın əvəzi olaraq 12 400 (on iki min dörd yüz) manat məbləğində pulun tutularaq kompensasiya şəklində mənə ödənilməsi zərurəti vardır. Bundan əlavə tərəfimdən Cavabdeh avtomobilimə vurduğu zərər nəticəsində kompensasiyanın ödənilməsi tələbinə dair xx.xx.2024-cü il tarixli pretenziya (bildiriş) məktubu göndərilmiş, lakin bu istiqamətdə heç bir müsbət nəticə əldə olunmamışdır. Bundan əlavə xüsusilə vurğulayım ki, mülkiyyətimdə olan “X13 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil turbo motorlu (3.5 turbo mühərrik həcmi) tam komplektasiyalı yeni model olduğu üçün və 0 km-dən aldığım üçün üçün əmlaka dəymiş zərər nəticəsində avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə mövcud bazar qiymətinin 10% həddində aşınmaya məruz qalmışdır. Avtomobilin indiki zədəsiz bazar qiymətinin təxmini 90 OOP AB$ dolları (153000 manat) olduğunu nəzərə alsaq, minimum 10% əmtəəlik görünüşünün itirilməsi və mövcud bazar qiymətinin düşdüyünü əsas götürərək, əlavə olaraq mən mülkiyyətçi kimi təxmini 9000 AB$ dolları (15300 manat) civarında əlavə zərərə uğramışam, (bu əsaslandırma ilə bağlı 1-ci instansiya və Ali məhkəmənin presedent qərarı iş materiallarına əlavə olunur). Qeyd edim ki, həmin ziyanın vurulması nəticəsində mən həm də dərin mənəvi iztirab keçirmisəm və mənəvi sarsıntıya məruz qalmışam. Buna görə də, hesab edirəm ki, Cavabdeh maddi ziyandan əlavə mənəvi zərərin əvəzi olaraq da 3000 manatın tutularaq mənə ödənilməsi barədə qətnamənin qəbul olunması zəruridir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı və vəkili Vəkil qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək baxıç iclasını onların iştirakı olmadan keçirilməsi və iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsində xx.xx.2025-ci il tarixli mülahizəsini çıxışı kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil mülahizəsində göstərmişdir ki, İddiaçı Ağazəki oğlunun Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair e-2(090)-1/2025 saylı, 07.01,2025-ci il tarixli qərardadla mülki iş üzrə “təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası” təyin edilmiş və ekspertiza tapşırığı NMR ƏN Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. NMR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 93 saylı ekspert rəyinə əsasən qərardad üzrə 1 və 2-ci suallar üzrə (təmir-bərpa xərcləri üzrə) rəy verilmiş, lakin 3-cü suala isə heç bir mötəbər əsas olmadan rəy verilməyin qeyri-mümkünlüyü qeyd edilmişdir. Möhtərəm Hakim, hazırki iş üzrə ekspertin qərardad üzrə 3-cü suala rəy verməməklə gətirdiyi dəlillərə etiraz edirik və hesab edirik ki, bu tam olaraq əsassızdır, qeyri-obyektivdir və qərəzlidir. Belə ki: Ekspert rəyin nəticə hissəsində qərardad üzrə 3-cü suala rəy verilməsinin qeyri-mümkünlüyünü onunla əsaslandırmışdır ki, guya “yerli internet saytlarında qeyd olunan məlumatlarda (elanlarda) tədqiqat obyektinə uyğun analoji nəqliyyat vasitələri zədəsiz və rənglənməmiş (istehsal olduğu boya ilə) formada satış üçün təklif olunur. Odur ki, qəza nəticəsində avtomobilin dəyərini nə qədər itirməsi ilə bağlı suala cavab vermək mümkün olmadı” Ekspertin qərardad üzrə 3-cü suala cavab verilməsinin qeyri-mümkünlüyü ilə bağlı bu cür absurd, məntiqsiz, əsassız, qeyri-obyektiv və qərəzli olaraq gətirdiyi dəlilə münasibətdə bildirmək istərdik ki: 1. Əvvəla, qəza nəticəsində avtomobilin mövcud bazar qiymətinin aşağı düşməsi ilə nəticələnən maddi zərərlə bağlı rəy verilərkən yerli internet saytlarına müraciət etməyi kifayət qədər absurd və səbəbli-əlaqəsiz yanaşmadır. Belə ki, Məhkəmə qərardad üzrə 3-cü sualı qeyd edərkən, eyni zamanda istinad edilən mənbənin iş materiallarında olan “LEXİ FOR!” Hüquq və Qiymətləndirmə şirkəti tərəfindən daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi nəzərə alınmaqla” qeydini qoymuşdur. Nədənsə, ekspert 3-cü suala cavab verərkən, sual üzrə qeyd olunan mötəbər sübutu qərəzli və qeyri-obyektiv olaraq nəzərə almadan 3-cü suala cavab verilməsinin qeyri-mümkünlüyünü vurğulamışdır.
2. Necə olur ki, ekspert qərardad üzrə 1 və 2-ci suala cavab verərkən iş materiallarında olan yalnız Toyota Bakı Mərkəzinin xx.xx.2024-cü il tarixli Qiymətləndirmə aktına müraciət edib, lakin suallar üzrə qeyd olunmuş “mütəxəssis rəyi və digər sənədlər nəzərə alınmaqla” qeydini qərəzli olaraq nəzərə almamış, hələ bu da azmış kimi rəyin tədqiqi hissəsində həmin sübutlara istinad edilməməsi ilə baqlı mötəbər bir əsaslandırma verməmişdir.
3. Bundan əlavə necə olur ki, təmir-bərpa xərcləri ilə bağlı ekspert qarşısına qoyulmuş 1 və 2-ci suallarda istinad kimi qeyd olunan Toyota Bakı Mərkəzinin xx.xx.2024cü il tarixli Qiymətləndirmə aktına istinad edir, lakin 3-cü sual üzrə “qəza nəticəsində avtomobilin bazar qiymətinin aşağı düşməsi ilə nəticələnən maddi zərərin müəyyən edilməsi” ilə bağlı 3-cü sualda istinad kimi qeyd olunan “LEXİ FORİ” Hüquq və Qiymətləndirmə şirkəti tərəfindən daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə istinad etmir və istinad etməməklə bağlı da heç bir mötəbər bir əsaslandırma gətirmir.
4. Ümumiyyətlə götürsək, qərardad üzrə 3-cü sualla, yəni “qəza nəticəsində avtomobilin mövcud bazar qiymətinin aşağı düşməsi ilə nəticələnən maddi zərərlə” ekspertin 3-cü suala verdiyi qeyri-mümkünlük cavabı arasında birmənalı olaraq heç bir səbəbli, məntiqi və hüquqi əlaqə yoxdur. Belə ki, ekspert 3-cü suala cavab verərkən ilk öncə avtomobilin qəzaya qədərki (2024-cü il, mart ayına) orta bazar qiymətinə meyar kimi istinad etməli idi ki, hansı ki bu əvvəlki, yəni ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyinin nəticə hissəsində qeyd olunmaqla avtomobilin qəzaya qədərki (2024, marta ayına) orta bazar qiyməti 140000 manat müəyyən edilmişdir. Möhtərəm Hakim, beləliklə ekspert 3-cü suala cavab verərkən, yəni “qəza nəticəsində avtomobilin əmtəəlik görünüşünün itirilməsi ilə bağlı bazar qiymətinin aşağı düşməsi ilə nəticələnən maddi zərəri (%-lə)” müəyyən edərkən iş materiallarında mövcud olan 3 mötəbər mənbəyə: - ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə; (qəzaya qədərki. 2024, mart ayı üçün orta bazar qiymətinə, yəni 140000 manata) - 3-cü sual üzrə istinad kimi qeyd olunmuş, “LEXİ FORİ” Hüquq və Qiymətləndirmə şirkəti tərəfindən daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə; - AR Ali Məhkəməsinin analoji mübahisə ilə bağlı “qəza nəticəsində avtomobilin əmtəəlik görünüşünün itirilməsi ilə bağlı mövcud bazar - qiymətinin düşməsi ilə nəticələnən maddi zərərin müəyyən edilməsi (minimal 10%)” barədə xx.xx.2022-ci il tarixli, 2(102)-3794/2022-ci il tarixli Qərarına (vahid məhkəmə təcrübəsinə) istinad etməli oldudu halda, 3-cü sualla heç bir səbəbli, məntiqi və hüquqi əlaqəsi olmayan bir cavab vermişdir. - Görünür ki, ekspert Şahmar Vəlibəyli qərardad üzrə 3-cü sualla bağlı bütün bu vacib xüsusatları bir kənara qoyub, absurd, qeyri-obyektiv və qərəzli yanaşma ilə ona həvalə edilmiş ekspertiza tapşırığının 3-cü sualına əsassız, səbəbli-əlaqəsi olmayan, məntiqsiz və hüquqi əsası olmayan bəhanələrlə cavab verməmiş və ədalət mühakiməsinin obyektiv və hər-tərəfli həyata keçirilməsinə qərəzli olaraq mane olmuşdur. - AR “Məhkəmələr və hakimlər haqqında” Qanunun 98-ci maddəsinə əsasə “qanunla üzərilərinə qoyulmuş vəzifələrin həyata keçirilməsi ilə əlaqədar öz sərəncamlarının verinə yetirilməsini vəzifəli şəxslərdən, fiziki və hüquqi şəxslərdən tələb etmək, eyni zamanda qanun pozuntularının törədilməsinə kömək göstərən səbəb və şəraitin aradan qaldırılması haqqında dövlət orqanlarına, digər təşkilatlara və vəzifəli şəxslərə təqdimatlar vermək’’ hakimin qanunla müəyyən edilmiş hüququdur. Eyni zamanda, AR “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsinə əsasən “Məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. Bundan əlavə, Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında AR Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən “Məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi” Ali Məhkəmənin üzərinə vəzifə kimi qoyulmuşdur. Eyni zamanda, həmin Fərmanın 6.1 -ci bəndinə əsasən,“məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görülməsi” Ali Məhkəmənin üzərinə vəzifə kimi qoyulmuşdur. Xüsusən onu da vurğulayaq ki, AR Konstitusiyasının 60.2-ci maddəsinə əsasən “Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. ” (“ağlabatan müddət” prinsipi). Beləliklə, yuxarıda qeyd etdiyimiz bütün bu xüsusatları və hüquqi əsasları, hazırkı iş üzrə ayrı-ayrı vaxtlarda 3 dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirildiyini və mülki iş üzrə ədalət mühakiməsi icraatının lüsumsuz yerə uzandığını (“ağlabatan müddət” prinsipi) nəzərə alaraq, e-2(090)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli “təkrar məhkəməəmtəəşünaslıq ekspertizası” təyin edilməsi haqqında qərardadda qeyd olunmuş və açıq qalmış (cavab verilməmiş) 3-cü sual üzrə “qəza nəticəsində avtomobilin əmtəəlik görünüşünün itirilməsi ilə bağlı bazar qiymətinin aşağı düşməsi ilə nəticələnən maddi zərəri (%-lə)” müəyyən edərkən, iş materiallarında olan “LEXİ FORİ” Hüquq və Qiymətləndirmə şirkəti tərəfindən daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyini; AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyini; (qəzaya pədərki, 2024-cü il, mart avına olan 140000 manat orta bazar Qiyməti), AR Ali instansiya məhkəməsi tərəfindən (xx.xx.2022-ci il tarixli, 2(102)- 3794/2022-ci il tarixli Qərarı) formalaşdırılmış məhkəmə təcrübəsini (məhkəmə presedentini) əsas götürməyinizi və iddiamızın təmin olunması barədə qətnamə qəbul etməyinizi Sizdən xahiş edirik. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, о məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə ünvanladığı etirazında göstərmişdir ki, İddiaçı - Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Şahbuz rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan “X13 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq zərər (qüsur) aktı üzrə 12400 (on iki min dörd yüz) manat, avtomobilə dəymiş maddi zərər nəticəsində əmtəəlik görünüşünün itirilməsi və avtomobilin mövcud bazar qiymətinin 10% aşağı düşdüyünü nəzərə alaraq maddi zərərin əvəzi olaraq 15300 (on beş min üç yüz) manat; mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat pul məbləğinin, cəmi 30700 (otuz min yeddi yüz) manat məbləğində pul vəsaitinin, o cümlədən ödənilmiş 182,10 (yüz səksən iki manat on qəpik) manat məbləğində məhkəmə rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki: "Paşa Sığorta ASC ilə aramızda bağlanmış xx.xx.2024-cü il tarixli, PPA********** saylı icbari sığorta müqaviləsi üzrə sığorta şirkəti tərəfindən təşkil edilən "xxxx" MMC-nin rəsmi servisi “Toyota Əhmədli” filialının xx.xx.2024cü il tarixli qüsur aktından göründüyü kimi, “X13 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin məbləği 17400 (on yeddi min dörd yüz) manat məbləğində qiymətləndirilmişdir. Lakin, cavabdehin təqsirli, hüquqa zidd əməli nəticəsində mənə və avtomobilimə dəyən ziyan nəticəsində cavabdeh tərəfindən mənə heç bir kompensasiya ödənilməmişdir. Onu da qeyd edim ki, istehsal ili 2022-ci il olan, JTMAAABJ6N4031220 ban nömrəli, “X13 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilimi mən 0 km-dən (tam yeni model) 2023-cü il fevral ayında rəsmi Toyota Gəncə filialından almışam, hal-hazırda Rəsmi Toyota Bakı mərkəzində qeydiyyatdadır və rəsmi servisin qarantiyası altındadır. Odur ki, hazırda cavabdeh heç bir halda avtomobilin rəsmi servis xidmətində təmir olunmaması ilə bağlı etirazla çıxış edə bilməz”. Əvvəla onu qeyd edim ki, "xxxx" MMC-nin “Toyota Əhmədli” adlı hər hansı filialı yoxdur, tamamilə bir-birinə aidiyyəti olmayan fərqli şirkətlərdir. İddiaçı sadəcə “Toyota Əhmədli” adlı şirkətin “Toyota” sözündən istifadə edərək, məhkəməyə təqdim etdiyi qüsur aktının sanki "xxxx" MMC-dən verilmiş kimi təqdim edərək, iddia tələbini “əsaslandırmağa” çalışıb. İkincisi, cavabdehin iddiaçıya məxsus avtomobilin "xxxx" MMC-də təmir olunmasına heç bir etirazı yoxdur və bunu mübahisələndirmir. Lakin iddiaçı özü, avtomobilinin "xxxx" MMC-də deyil, “Toyota Əhmədli” adlı Şirkətdə təmir etdirəcəyi ilə bağlı Qüsur aktı təqdim edərək, guya avtomobilini həmin Şirkətdə təmir edəcəyi görüntüsü yaratmağa çalışmışdır. Halbuki, iddiaçı avtomobilini xx.xx.2024-cü ildə "xxxx" MMC- də təmir etdirmiş (lakin bunu gizlətmişdir) və təmir, ehtiyat hissələrinin dəyişdirilməsinə görə cəmi 2900 manat ödəniş etmişdir. Buna baxmayaraq, həqiqəti gizlətmiş, xx.xx.2024-cü ildə Toyota Bakı Mərkəzi ilə əlaqəsi olmayan “Toyota Əhmədli” adlı şirkətdən qüsur aktı əldə edərək, avtomobilinə dəyən zərəri 17400 manat qiymətləndirmişdir. İcbari Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, mənim icbari avtomobil sığortamı həyata keçirən “Atəşgah” Sığorta tərəfindən 5000 manat məbləğində pul vəsaiti iddiaçının avtomobilinin icbari sığortasını həyata keçirən "xxxx" ASC-yə köçürmüş, sonuncu həmin məbləği iddiaçının hesabına ödəmişdir. Göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobili xx.xx.2024-cü ildə "xxxx" MMC-də təmir edilmiş, təmir xərci 2900 manat təşkil etmiş, Sığorta Şirkəti tərəfindən isə iddiaçıya 5000 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, iş materiallarında olan sənədlərlə təkzib edilir.
1. İddiaçı iddia ərizəsində iddia edir ki, onun avtomobili "xxxx" MMC-nin zəmanətindədir, buna görə də həmin mərkəzdə təmir edilməlidir. İddiaçı avtomobilini xx.xx.2024-cü ildə həmin MMC-də təmir etdirməsinə baxmayaraq, "xxxx" MMC ilə əlaqəsi olmayan “Toyota Əhmədli” adlı Şirkət tərəfindən tərtib edilmiş qüsur aktı ilə iddiasını əsaslandırmış, avtomobilinin "xxxx" MMC-də təmir etdirdiyini məhkəmədən gizlətmişdir (iddiaçı həmin şirkətin adında olan “Toyota” sözündən istifadə edərək, məhkəməni çaşdırmağa çalışıb).
2. İddiaçı avtomobilini xx.xx.2024-cü ildə “Toyota Bakı Mərkəzində təmir etdirməsinə, təmirə görə cəmi 2900 manat pul ödəməsinə, üstəlik Sığorta Şirkəti tərəfindən ona 5000 manat məbləğində sığorta ödənişi edilməsinə baxmayaraq, xx.xx.2024- cü il tarixdə tərtib edilmiş Qüsur aktına istinad edərək, məndən 12400 manat pul tələb edir. Halbuki, işdə olan Toyota Bakı Mərkəzi MMC-dən verilmiş xx.xx.2024-cü il tarixli Qiymətləndirmə aktından görünür ki, X13-300 markalı 99XM 400 dövlət nömrə nişanlı avtomobilin Arxa xizək RH (1 ədəd, qiyməti 207,63 manat), düymə (10 ədəd, 25,42 manat), germetik (4 ədəd, 50,85 manat) kimi ehtiyat hissələri (cəmi ehtiyat hissələri 283,90 manat) dəyişdirilmiş, dəmirçi, rəngsaz, sökülüb-yığılma xidmətləri, elektrik xidmətləri və digər xidmətlər kimi - plastmas işi: arxa bufer+şarlotta tunning+spoyler Tunning, qanad spoyleri, razval+kolibrovka rulya, montaj balans xidmətləri görülmüş, ümumi xidmət haqqı 3455 manat təşkil etmiş, 555 manat endirim edilmiş, cəmi 2900 manat ödəniş edilmişdir.
3. İddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdeh tərəfindən ona hər hansı kompensasiya ödənilməmişdir. Hesab edirəm ki, iddiaçının istinad etdiyi bu hal da iş materialları ilə təkzib olunur. Yuxarıda da qeyd etdiyim kimi, iddiaçının avtomobili "xxxx" MMC-də təmir edilmiş, buna görə iddiaçı Toyota Bakı Mərkəzi MMC-yə 2900 manat ödəniş etmiş, mənim sığorta Şirkətim olan Atəşgah Sığorta tərəfindən iddiaçıya vurulmuş zərərin ödənilməsi üçün 5000 manat pul Paşa Sığortaya köçürülmüşdür.
4. İddiaçı iddia tələbinin əsası kimi dərin mənəvi sarsıntı keçirdiyini və mənəvi iztiraba məruz qaldığına istinad edərək, maddi ziyandan əlavə mənəvi zərərin əvəzi olaraq da 3000 manatın tutularaq ona ödənilməsini tələb etsə də, keçirdiyi mənəvi sarsıntının nədən ibarət olması və nədə ifadə olunması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə də hesab edirəm ki, həmin hissədə də iddiatələbi təmin edilə bilməz.
5. Bundan başqa, iddiaçı əmlaka dəymiş zərər nəticəsində avtomobilin əmtəəlik görünüşünün itirilməsi və bazar qiymətinin düşməsinə görə mövcud bazar qiymətinin 10% həddində aşınmaya məruz qalmasına istinad edərək, minimum 10% əmtəəlik görünüşünün itirilməsi və mövcud bazar qiymətinin düşdüyünü əsas götürərək, əlavə olaraq 9000 ABŞ dolları (15300 manat) civarında əlavə zərərə uğradığına istinad etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi bu hala dair də məhkməəyə hər hansı sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə iddia tələbini əsaslandırmağa çalışmışdır. İş materiallarında olan İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə, saat 12:10-da Mercedes Benz C230 minik markalı, 99NX862 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1975-ci ildə Naxçıvanda anadan olmuş, FİN xxxxxxx olan, hazırda ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən 342.1.1 halına yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.1975-ci ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP6088751 nömrəli protokola və inzibati xəta haqqında iş materiallarına baxılaraq Cavabdeh xx.xx.2024-cü il tarixində, saat 12:10da Xəzər rayonu, Vişnovka yolu ərazisində Mercedes Benz C230 minik markalı, 99NX862 nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin hərəkəti zamanı qapıları açmaqla, nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Bakı şəhəri DYPİ-nin inspektoru, polis mayoru X4 tərəfindən tərtib edilmiş arayışa əsasən xx.xx.2024-cü il tarixdə, saat 12:10-da Bakı şəhəri, Xəzər rayonu, Vişnovka yolu Mercedes Benz C230 minik markalı, 99NX862 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması zamanı maddi ziyanla nəticələnən yolnəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi faktı üzrə hadisə yerinə yaxınlaşaraq hadisəni qeydə alıb hadisə yerinin sxemi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişə əsasən JTMAAABJ6N4031220 ban nömrəli, 2022-ci il istehsalı olan X13 LC300 markalı avtomobil “X11” MMC-dən əldə edilib və rəsmi zəmanətdədir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən istehsal ili 2022-ci il olan, JTMAAABJ6N4031220 ban nömrəli “X13 LC300” markalı, **- XM-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2023-cü il qeydiyyat tarixli, qara rəngli avtomobilin İddiaçı Ağazəki oğluna məxsus olması müəyyən edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli çıxarışa əsasən 5000 (beş min) manat məbləğində pulun “Paşa Bank” tərəfindən İddiaçı Ağazəki oğluna ödənildiyi müəyyən olunur. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı Ağazəki oğlu arasında PPA********** nömrəli, bağlanma tarixi xx.xx.2024-cü il olan, bir il siğorta təminat müddətli icbari siğorta müqaviləsinə əsasən istehsal ili 2022-ci il olan, JTMAAABJ6N4031220 ban nömrəli “X13 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin siğortalanması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən istehsal ili 2022-ci il olan, JTMAAABJ6N4031220 ban nömrəli “X13 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin sağ arxa qapısının spoyleri 1 dəst 15960 manat olmaqla, dəmirçi işi (arxa sağ qanad təmir, arxa sağ qapı dəmir) 650 manat, armatur işi (arxa bamper, arxa sağ fara, qanad moldingi, qapı moldingi, sağ ayaqaltı) 90 manat, rəngsaz (arxa sağ qanad, arxa bamper, arxa sağ qapı spoyleri, arxa sağ qapı) 520 manat, digər (disk təmiri və xromlanması) 150 manat, razval 20 manat, balans, montaj 10 manat olmaqla, 1440 manat, ümumilikdə 17400 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan LEX FOR Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli Daşınar Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis hesabatı ilə buraxılış ili 2022-ci il olan, “X13 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə nəticəsində avtonəqliyyat vasitəsinin ümumi dəyərinin 10%-dək (13600 AZN) həcmində azalma müəyyən edilir. İş materiallarında olan Bakı Toyota Mərkəzi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən “X13 LC300” avtomobili üçün arxa xizək RH 1 ədəd olmaqla, 207.63 manat, düymə 10 ədəd olmaqla, 25.42 manat, germetik 4 ədəd olmaqla, 50.85 manat, cəmi ehtiyyat hissələri 283.90 manat; görülmüş işlər: dəmirçi xidmətləri qanadın təmiri (iç və çöl) + podqon 783.90 manat, rəngsaz xidmətləri 995.76 manat, sökülüb-yığılma xidmətləri 466.10 manat, elektrik xidmətləri 144.07 manat, digər xidmətlər (arxa bufer+şarlotta tunning+spoyler tunnig, qanad spoyleri) 254.24 manat cəmi 2927.97 manat olmaqla ümumilikdə 2900 (iki min doqquz yüz) manat avtomobilə çəkilmiş xərc müəyyən edilir (iş İ-cild, v. 149). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 9/6535 8/2265 nömrəli, 06 sentyabr 2024-cü il tarixli ekspert rəyi ilə buraxılış ili 2022-ci il olan, “X13 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2024-cü il mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 140000,0 manat olması müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 93 nömrəli, 03 mart 2025-ci il tarixli ekspert rəyi ilə buraxılış ili 2022-ci il olan, “X13 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış detalları (arxa xizək, 10 ədəd düymə) və 04 ədəd germetik olan hissələrin, avtomobilin təmir-bərpa xərclərinin isə dəyəri nəzəri hesablama yolu ilə təxminən 2925 (iki min doqquz yüz iyirmi beş) manat olması müəyyən edilir (iş İİ-cild, v. 51). Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə tərəfindən işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, buraxılış ili 2022-ci il olan, “X13 LC300” markalı, **-XM-*** İddiaçı mülkiyyətindədir. Həmin avtomobil ilə Cavabdeh məxsus olan və hadisə zamanı onun tərəfindən idarə olunan Mercedes Benz C230 minik markalı, 99NX862 dövlət qeydiyyat nişanlı avtomobil arasında xx.xx.2024-cü il tarixdə, saat 12:10-da Bakı şəhəri, Xəzər rayonu, Vişnovka yolunda maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş vermiş hadisə nəticəsində Cavabdeh məxsus olan və hadisə zamanı onun tərəfindən idarə olunan Mercedes Benz C230 minik markalı, 99NX862 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən buraxılış ili 2022-ci il olan, “X13 LC300” markalı, **-XM-*** İddiaçı məxsus avtomobilə maddi zərər vurulmuşdur. Bu səbəbdən də Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək cərimə olunmuş, İddiaçı mülkiyyətində olan buraxılış ili 2022-ci il olan, “X13 LC300” markalı, **-XM-*** minik avtomobilə 2925 (iki min doqquz yüz iyirmi beş) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə tərəfindən dəymiş ziyanın müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 93 nömrəli, 03 mart 2025-ci il tarixli ekspert rəyinə əsasən buraxılış ili 2022-ci il olan, “X13 LC300” markalı, **-XM-*** minik avtomobilinə təmir bərpa xərcinin məbləği 2925 (iki min doqquz yüz iyirmi beş) manat məbləğində müəyyən edilmişdir (iş İİ-cild, v. 51). İş materialları ilə müəyyən olunur ki, iddiaçıya məxsus avtomobilin normal vəziyyətdə bazar dəyəri (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 9/6535-8/2265 nömrəli, 06 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən) 140.00, manatdır, onun təmirə məruz qalmış vəziyyətdə qiyməti həminn məbləğdə 10%-dək, yəni 13600 manat, daha azdır (ən azı), iddiaçıya sığorta şirkəti tərəfindən 5000 manat sığorta ödənişi edilmişdir. Bununla belə cavabdehin mülki hüquq məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə ilk olaraq iddiaçı tərəfindən tələb edilən zərər (qüsur) aktı üzrə 12400 (on iki min dörd yüz) manat dəymiş maddi ziyan ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində maddi ziyan ilə bağlı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatına istinad edilərək maddi ziyanın müəyyən edilməli olduğunu göstərsə də, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatda qiymətləndirilən avtomobilin məxsus olduğu şirkət “Toyota Əhmədli” göstərilmiş, məhkəmə araşdırılması zamanı isə iddiaçıya məxsus buraxılış ili 2022-ci il, “X13 LC300” markalı, **-XM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin “Toyota Gəncə” filialından alınıb, hal-hazırda rəsmi "xxxx" mərkəzində qeydiyyatda və rəsmi servisin qarantiyası altında olduğundan və iddiaçıya məxsus avtomobilin təmir-bərpa işləri məhz həmin servisdə aparıldığından Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 93 nömrəli, 03 mart 2025-ci il tarixli ekspert rəyində "xxxx" MMC mərkəzinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən buraxılış ili 2022-ci il olan, “X13 LC300” markalı, **-XM-*** minik avtomobilinə təmir bərpa xərcinin məbləği 2925 (iki min doqquz yüz iyirmi beş) manat olması göstərilmişdir. Bu səbəbdən də məhkəmə dəymiş maddi zaiyanın həddini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin ekspert rəyi sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq avtomobilin təmir-bərpa xərci üzrə 2925 (iki min doqquz yüz iyirmi beş) manat həddində, avtomobilin bazar qiymətinin aşağı düşməsi ilə əlaqədar vurulmuş zərər üzrə isə onun normal vəziyyətdə 2024-cü il üçün olan bazar qiymətinin 13600 manat həddində müəyyən edilməli, dəymiş ziyan hesablanarkən sığorta ödənişi 5000 manat nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Məhkəmə iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: - ziyanın vurulması; - ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; - əvvəlki iki elementlər arasında səbəbli əlaqə; - ziyanvuranın təqsiri. Bakı şəhər X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə tərəfindən həmin qərarın Cavabdeh tərəfindən mübahisələndilməsi müəyyən olunmamışdır. Beləliklə cavabdehin hüquqa zidd əməli nəticəsində İddiaçı məxsus avtomobilə vurulmuş ziyanın aradan qaldırılmasına və iddiaçının öz hüquqlarının bərpası üçün çədiyi olduğu xərclərin yaranmasına, həmçinin mənəvi sarsıntı və şüura təsir göstərən mənfi reaksiya səbəb olan hallara gətirib çıxarmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-cimaddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvizərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Beləliklə məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə 500 (beş yüz) manat məbləğində pul iddiaçılara dəymiş mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçıların tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Beləliklə, Bakı şəhər X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarında, Toyota Bakı Mərkəzi MMC-dən verilmiş xx.xx.2024-cü il tarixli Qiymətləndirmə aktında, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli, 93 nömrəli rəyində və LEX FOR Hüquq və Qiymətləndirmə Şirkətinin qiymətləndirmə hesabtında qeyd olunanları, eyni zamanda İddiaçı 5000 manat məbləğində sığorta ödənişinin edilməsinin işin mübahisəsiz halı olmasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, (2925+13600-5000) 11525 manat avtomobilə dəymiş ziyanın əvəzi və 500 manat dəymiş mənəvi ziyanın əvəzi olmaqla, Cavabdeh dəymiş maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 14100 (on dörd min yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə tələbkarın iddiası birbaşa sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdrımalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. §68 Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərəkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. §93 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiçının hüqununun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1.-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində tərəfindən vəkilə ödənilmiş 2000 manat məbləğində xidmət haqqının cavabdehdən alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kolegiyası “LCG” Vəkil bürosunun xx.xx.2025-ci il tarixli arayışı ilə həmin büronun vəkili Vəkil ilə İddiaçı Ağazəki oğlu arasında bağlanmış hüquqi xidmət göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, 5245/2024 saylı müqavilə üzrə 2000 (iki min) manat məbləğində xidmət haqqı LCG vəkil bürosunun bank hesabına köçürülməsi müəyyən olunur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının vəkilə çəkdiyi 2000 manat xidmətlərə görə 1000 (bir min) manatı cavabdeh alınaraq iddiaçıya verilməlidir. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən nümayəndəsi və vəkilinin göstərdiyi xidmətlərə dair məlumatları (xərclər və s.) məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən prosessual hərəkətlər Elktron Məhkəmə Sistemində yaradılan elektron kabinet vasitəsi ilə aparılmışdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən ödənilmiş 182.10 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 84 (səksən dörd) manatı cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə ekspertiza xərci olan 93 saylı ekspert rəyi görə 50 manat məbləğində pulun 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh turularaq X6 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına, məhkəmə ekspertiza xərci olan 9/6535-8/2265 saylı ekspert rəyinə görə 100 manat məbləğində pulun 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh turularaq X1 AZ41NABZ******************** nömrəli hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 14100 (on dörd min yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 182.10 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 84 (səksən dörd) manatı və vəkilin göstərdiyi yardıma görə 1000 (bir min) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Məhkəmə ekspertiza xərci olan 93 saylı ekspert rəyi görə 50 manat məbləğində pulun 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh turularaq X6 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına, məhkəmə ekspertiza xərci olan 9/6535-8/2265 saylı ekspert rəyinə görə 100 manat məbləğində pulun 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh turularaq X1 AZ41NABZ******************** nömrəli hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Daşqın Səfərov.