Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-101/2025 15.05.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BUMM2809353B299 saylı kredit müqaviləsinə əsasən 2043.08 AZN əsas; 144.04 AZN faiz; cəmi 2187.12 AZN məbləğində borcun, xx.xx.2022-ci il tarixli, BRCB8110772A299 saylı kredit kartına dair müqaviləyə əsasən 2498.48 AZN əsas; 473.36 AZN faiz; cəmi 2971.84 AZN borcun və ödənilmiş 71.59 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM2809353B299 saylı Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2500 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli, BRCB8110772A299 saylı “Birbank Cashbank Kredit Xətti” müqaviləsinə əsasən ona debet kart verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli, BRCB8110772A299 saylı Kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2023-cü il tarixli Əlavə Razılaşmaya əsasən kredit xəttinin yeni məbləği 2500 AZN müəyyən olunmuşdur. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, BUMM2809353B299 saylı kredit müqaviləsinə əsasən 2043.08 AZN əsas; 144.04 AZN faiz;cəmi 2187.12 AZN borcu, xx.xx.2022-ci il tarixli, BRCB8110772A299 saylı kredit kartına dair müqaviləyə əsasən 2498.48 AZN əsas; 473.36 AZN faiz; cəmi 2971.84 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə “05” may 2025-ci il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-i cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, mülki işin məhkəmə iclasının xx.xx.2025-ci il tarixə təyin edildiyini, iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, iddia ərizələrinin tam əsaslı və qanuni olduğunu, iddia ərizəsində qeyd olunanları nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, BRCB8110772A299 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - 2-ci bəndinə əsasən Bu Müqaviləyə görə Bank Müştəriyə “Birbank Cashback” ödəniş kartı (bundan sonra - “Birbank Cashback” və ya “Kart) verir, həmin Karta bağlı bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. - 4.1-ci bəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 500 manat müəyyən olunur. - 4.3-cü bəndinə görə son kredit xəttindən son istifadə tarixi xx.xx.2025-ci ildir. - 4.5 və 4.5.1-ci bəndlərə görə kredit xəttinin illik faiz dərəcəsi qeyri-taksit əməliyyatları üzrə 27 % (maksimal FİFD 29.26 %), taksit əməliyyatları üzrə 0% təşkil edir. - 4.6-cı bəndinə görə kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə gündəlik olaraq əsas borcun qalıq məbləğinə hesablanır. - 4.7-ci bəndinə görə ödəniş intervalı hər ayın 1-10 arasıdır. - müqavilənin 7.1-ci bəndinə görə bankın hüquq və vəzifələri aşağıdakılardır: - 7.1.1 Bu Müqavilə üzrə hüquqlarını üçüncü şəxslərə ötürə bilər; - 7.1.2. Gələcəkdə birtərəfli qaydada Kart üzrə verilmiş kredit xətti üzrə nağdlaşdırma əməliyyatı, həmçinin Kartla həyata keçirilən hər bir əməliyyat üçün limitlər müəyyən edə bilər; - 7.1.3. Müştərinin şəxsiyyətini təsdiq edən sənədlərin vaxtı bitdikdə və Müştəri şəxsiyyətini təsdiq edən yeni sənədləri Banka təqdim etmədikdə, hesabı bloklaşdırıla bilər; - 7.1.4. Kredit xətti üzrə kreditlərin verilməsini dayandıra, habelə kredit xətti üzrə ayrılmış məbləği bu Müqavilədə nəzərdə tutulmuş qaydada azalda və yaxud çoxalda, habelə birtərəfli qaydada hesab, kart və kredit xətti üzrə tarif və şərtləri dəyişdirə bilər; - 7.2. Müştərinin hüquq və vəzifələri aşağıdakılardır: - 7.2.1. Kredit öhdəliyini vaxtından əvvəl icra edə bilər; - 7.2.2. Bank bu Müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 5 (beş) iş günü müddətində qaytarmalıdır; - 7.2.3. Kart hesabına bağlı əsas və əlavə Kartlara görə bu Müqavilə çərçivəsində eyni dərəcədə məsuliyyət daşıyır; - 7.2.4. Kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etmir və onları dərhal Banka geri qaytarır; - 7.2.6. Kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti Müştəri daşıyır); - 7.2.7. Kartdan onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu Müqavilənin şərtlərinə, Bankın müəyyən etdiyi və gələcəkdə müəyyən edəcəyi qaydalarına əsasən istifadə edir; - 7.2.9. Bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri Banka ödəməlidir. Müştəri bu Müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir); - 9.1 və 9.1.1-ci bəndinə görə müştəri tərəfindən bu müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda və s hallarda bank kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. - 10.1-ci bəndinə görə bank müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İş materiallarına əlavə edilmiş “Birbank Kartı” Yaddaş Vərəqinə əsasən kredit limitinin məbləği: 500 manat; kartdan son istifadə tarixi: xx.xx.2025-ci il; gecikməyə görə cərimə: gecikən məbləğə gündəlik 1% olaraq müəyyən edilmiş BRCB8110772A299 saylı kredit müqaviləsinin bağlandığı müəyyən olunur. İş materiallarına əlavə olunmuş kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsinə əsasən 27 faiz dərəcəsi ilə, 59 ay müddətinə, 500 Azn məbləğində kreditin Cavabdeh aid 410100E**********299 cari hesaba köçürmə yolu ilə verildiyi müəyyən edilir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh İddiaçı ASC-ə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsində gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 500 manat məbləğində, BRCB8110772A299 nömrəli müqavilə ilə Birbank kartı verilməsini, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini, kreditə dair müqavilə bağlanarsa, İddiaçı ASC-yə ödəməli olduğu borcların (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) özünün İddiaçı ASC, habelə "xxxx" ASC və digər banklarda olan istənilən hesabına, o cümlədən kart hesabına köçürülən əmək haqqı və digər pul vəsaitlərindən istənilən məbləğdə akseptsiz qaydada (heç bir əlavə sənəd və razılıq olmadan) silinərək ödənilməsinə etiraz etmədiyini, bununla bağlı olaraq, özünün İddiaçı ASC-yə olan borcları barədə, habelə kreditlə bağlı imzaladığı müqavilə və digər sənədlər üzrə məlumatların "xxxx" ASC-yə, o cümlədən hesabları olan digər banklara ötürülməsinə dair razılığını bildirməsi, bundan əlavə, bu Ərizəni imzalamaqla özünün "xxxx" ASC və digər banklar tərəfindən onlarda olan hesablarını, o cümlədən hesablarında olan pul vəsaitləri barədə məlumatın İddiaçı ASC-yə ötürülməsinə dair razılığını təsdiq etməsi, ərizəsinə nağdsız hesablaşmaların aparılması üçün hesablarını və pul vəsaitləri üzrə sərəncam (ödəniş tapşırığı) hesab edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, BUMM2809353B299 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin predmeti adlanan 1.1-ci bəndinə əsasən bu Müqaviləyə görə Bank aşağıdakı şərtlərlə Müştəriyə bu Müqavilədə qeyd edilmiş istehlak məqsədləri üçün bərpa olunan kredit xətti (bundan sonra “kredit xətti” və ya “kredit”) ayırır, kreditin istifadəsilə bağlı müvafiq hesab(lar) açır, Müştəri isə həmin kreditdən yalnız “Umico MarketPlace” platforması (“Platforma”) üzərindən satıcı-partnyor şirkətlərin (bundan sonra birlikdə və ya ayrı-ayrılıqda “Partnyor” və ya “Partnyorlar”) mal (əşya) və xidmətlərinin alınması üçün istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada Banka geri ödəyir - 2-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən kreditin növü // təyinatı: əşya krediti // platformada təqdim edilən malların və xidmətlərin alışı; kredit xətti məbləği (limiti) və valyutası: 2500 manat (iki min beş yüz); kreditdən istifadə müddəti: müqavilənin imzalandığı tarixdən 27 (iyirmi yeddi) ay; Kredit müqaviləsinin müddəti: müqavilənin imzalandığı tarixdən 59 (əlli doqquz) ay; illik faiz dərəcəsi: 27 (iyirmi yeddi) % (faktiki illik faiz dərəcəsi - FİFD: 29,26 (29 tam yüzdə 26) %). - 2.6-cı bəndinə əsasən Xidmət (kredit rəsmiləşdirmə) haqqı (komissiya):Hər bir kredit tranşının maksimum 23.5 %-i miqdarında müəyyən olunur (Komissiya məbləği də ödəniş əməliyyatının dəyərinin üzərinə əlavə olunaraq müvafiq aylara (opsiyalara) bölünür). Hər bir tranş üzrə bu bənddə müəyyən edilmiş maksimal miqdardan çox olmayan məbləğdə komissiya haqqı Müştəri tərəfindən hər dəfə müvafiq tranş əldə edildikdə Platformadakı şəxsi kabineti üzərindən klikləməklə təsdiq (müəyyən) edilir. - 2.8-ci bəndinə əsasən Kredit xətti üzrə ödəniş cədvəli (annuitet ödəniş qrafiki): Bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan, kredit xəttini təşkil edən kredit tranşları (kredit xətti hissələri) üzrə aylıq qaytarılmalı məbləğlərini müəyyən edən cədvəllərdir. Platformada aparılan əməliyyatların dəyəri aylara uyğun opsiyalara (hissələrə) bölünərək ödənilir (bir aylıq opsiya üzrə borc əməliyyat aparılan aydan sonrakı ayın 20-dək ödənilməlidir. Bu müddət birtərəfli qaydada Bank tərəfindən artırıla bilər). Bu cədvəl barədə Müştəriyə Müqavilənin 3.2-ci bəndində qeyd edilən üsullardan biri və ya bir neçəsi vasitəsilə (Bankın mülahizəsinə əsasən) məlumat verilir. Kredit xəttinin istifadə müddətinin sonuncu ayında Platformada aparılan əməliyyatların dəyəri aylara uyğun opsiyalara bölünərkən kredit xəttinin istifadə müddəti ilə aylıq kredit ödənişləri üzrə opsiyanın ümumi müddətinin cəmi 59 aydan çox olmamalıdır. - 5.7-ci bəndinə əsasən hər bir kredit tranşı üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə, Müştəriyə müvafiq malın/ təhvil verildiyinə dair Banka Platforma sahibindən müvafiq bildirişin daxil olduğu gündən bu Müqavilə üzrə müəyyən edilmiş kredit müddətində kredit xəttinin istifadə edilmiş əsas borcunun qalıq məbləğinə hesablanır. Kredit müddəti bitdikdə qaytarılmamış faizlər əldən çıxmış fayda şəklində müştəri tərəfindən Banka tam ödənildiyi günədək hesablanır. - 7.1-ci bəndinə əsasən Bank Müştəri tərəfindən bu Müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda kreditin tranşlarının əsas məbləğlərini, onlara hesablanmış faizlər və bu Müqavilə üzrə digər borclar ilə birlikdə Müştəridən vaxtından əvvəl geri tələb etmək, (və ya onun digər bank hesablarından akseptsiz qaydada silmək) hüququna malikdir. - 8.2.4-cü bəndinə əsasən bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri Banka ödəməlidir. Müştəri əsas borc məbləğinə illik faiz məbləğindən əlavə, bu Müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1 %-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh İddiaçı ASC-ə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsində gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 2500 manat məbləğində, BUMM2809353B299 nömrəli müqavilə ilə Birbank kartı verilməsini, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini, kreditə dair müqavilə bağlanarsa, İddiaçı ASC-yə ödəməli olduğu borcların (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) özünün İddiaçı ASC, habelə "xxxx" ASC və digər banklarda olan istənilən hesabına, o cümlədən kart hesabına köçürülən əmək haqqı və digər pul vəsaitlərindən istənilən məbləğdə akseptsiz qaydada (heç bir əlavə sənəd və razılıq olmadan) silinərək ödənilməsinə etiraz etmədiyini, bununla bağlı olaraq, özünün İddiaçı ASC-yə olan borcları barədə, habelə kreditlə bağlı imzaladığı müqavilə və digər sənədlər üzrə məlumatların "xxxx" ASC-yə, o cümlədən hesabları olan digər banklara ötürülməsinə dair razılığını bildirməsi, bundan əlavə, bu Ərizəni imzalamaqla özünün "xxxx" ASC və digər banklar tərəfindən onlarda olan hesablarını, o cümlədən hesablarında olan pul vəsaitləri barədə məlumatın İddiaçı ASC-yə ötürülməsinə dair razılığını təsdiq etməsi, ərizəsinə nağdsız hesablaşmaların aparılması üçün hesablarını və pul vəsaitləri üzrə sərəncam (ödəniş tapşırığı) hesab edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BUMM2809353B299 saylı “Kredit (Kredit xətti) və Hesab” müqaviləsinə (X4 üzrə) 1 saylı Qoşmaya əsasən müqavilə əsasında ayrılmış kredit (və ya kredit xətti) məbləğini Banka vaxtında və lazımınca (Müqavilə şərtlərinə uyğun olaraq) ödəmədiyi təqdirdə, müvafiq kredit (kredit xətti) məbləğindən istifadə etməklə əldə etdiyi (edəcəyi) hər hansı mal(lar)ın (telefon, smart saat, iPad, televizor, noutbuk və s. kimi) istifadəsinin məhdudlaşdırılmasına (məsələn, İMEİ nömrəsinin deaktiv edilməsinə və ya bağlanmasına), Bank tərəfindən bununla bağlı aidiyyəti rəsmi qurumlara müraciət edilməsinə və digər əlaqədar tədbirlər görülməsinə, müqavilə üzrə öhdəliklərinə tam xitam verilən tarixədək, kredit (kredit xətti) əsasında Platforma üzərindən əldə etdiyi (edəcəyi) hər hansı malların (telefon, smart saat, iPad, televizor, noutbuk və s. kimi) hər dəfə aktiv-deaktiv edilməsi zamanı malın üzərində (ekranında və ya istifadəçiyə açıq digər interfeysində) istifadəçiyə görünə biləcək şəkildə “bu mal İddiaçı ASC-dən əldə edilmiş kredit məbləği əsasında satın alınmışdır və bu məbləğ tam geri qaytarılanadək qeyd edilən Bank tərəfindən istifadəsi bloklaşdırıla (İMEİ kodu deaktiv edilə) bilər” məzmunlu elektron bildirişin əks etdirilməsinə, yalnız Müqavilə üzrə öhdəliklərinə tam xitam verilmək şərtilə Banka müvafiq bu bildirişin ləğv edilməsinə dair müraciəti əsasında ləğv edilməsinə etiraz etmədiyini bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 15/01657 nömrəli Maliyyə Arayışına əsasən iddiaçı ilə Cavabdeh xx.xx.2025-ci il tarixə xx.xx.2022-ci il tarixli BRCB8110772A299 saylı Kredit kartına dair müqaviləyə əsasən 2498.48 AZN əsas; 473.36 AZN faiz; cəmi 2971.84 AZN borcu, xx.xx.2023-cü il tarixli BUMM2809353B299 saylı kredit müqaviləsinə əsasən 2043.08 AZN əsas; 144.04 AZN faiz; cəmi 2187.12 AZN borcunun olması aydın olur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021 - xx.xx.2025-ci il hesabat tarixləri aralığının əks etdirən hesabdan çıxarışa əsasən bank tərəfindən Cavabdeh üçün AZ41AİİB410100E**********299 nömrəli hesabın xx.xx.2022-ci il tarixdə açıldığı kreditin cavabdehin kartına köçürüldüyü müəyyən olunur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021 – xx.xx.2025-ci il hesabat tarixləri aralığının əks etdirən hesabdan çıxarışa əsasən bank tərəfindən Cavabdeh üçün AZ04AİİB410100F**********299 nömrəli hesabın xx.xx.2023-cü il tarixdə açıldığı kreditin cavabdehin kartına köçürüldüyü müəyyən olunur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilə üzrə çıxarışdan Cavabdeh 2498.48 manat əsas borc, 473.36 manat faiz borcunun qaldığı müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli müqavilə üzrə çıxarışdan Cavabdeh 2043.08 manat əsas borc, 144.04 manat faiz borcunun qaldığı müəyyən edilir. Bank tərəfindən borcalana 27 fevral 2025-ci il tarixdə xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, sizə 59 ay müddətinə, 2500 manat məbləğində Birkart müqaviləsi üzrə kredit xətti açılmış və bu kredit xətti müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə əsas borc məbləği 2498.48 manat, faiz borc məbləği 473.36 manat olmaqla, 2971.84 manat məbləğində ümumi borcunuz, gecikmə günü 139 gün olmaqla 841.77 manat məbləğində gecikmə yarandığı; xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, sizə 59 ay müddətinə, illik 27 faiz hesablanmaqla, 2500 manat məbləğində Market Place krediti verilmiş kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə əsas borc məbləği 2043.08 manat, faiz borc məbləği 144.04 manat olmaqla, 2187.12 manat məbləğində ümumi borcun, gecikmə günü 68 gün olmaqla 339.05 manat məbləğində gecikmə yarandığı qrafikə uyğun ödəniş aparılmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsinin tələb oluduğu, qrafikə uyğun tam borc məbləğinin ödənilməsinin təmin edilməsi, borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 449.1-ci maddəsinin məzmununa əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli BRCB8110772A299 saylı Kredit kartına dair müqaviləyə əsasən 2498.48 (iki min dörd yüz doxsan səkkiz manat, qırx səkkiz qəpik) AZN əsas; 473.36 (dörd yüz yetmiş üç manat, otuz altı qəpik) AZN faiz; cəmi 2971.84 (iki min doqquz yüz yetmiş bir manat, səksən dörd qəpik) AZN borcu, xx.xx.2023-cü il tarixli BUMM2809353B299 saylı kredit müqaviləsinə əsasən 2043.08 (iki min qırx üç manat, səkkiz qəpik) AZN əsas; 144.04 (bir yüz qırx dörd manat, dörd qəpik) AZN faiz; cəmi 2187.12 (iki min bir yüz səksən yeddi manat, on iki qəpik) AZN, ümumilikdə 5158.96 (beş min bir yüz əlli səkkiz manat, doxsan altı qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 71.59 (yetmiş bir manat, əlli doqquz qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli BRCB8110772A299 saylı Kredit kartına dair müqaviləyə əsasən 2498.48 (iki min dörd yüz doxsan səkkiz manat, qırx səkkiz qəpik) manat əsas; 473.36 (dörd yüz yetmiş üç manat, otuz altı qəpik) manat faiz; cəmi 2971.84 (iki min doqquz yüz yetmiş bir manat, səksən dörd qəpik) manat borcu, xx.xx.2023-cü il tarixli BUMM2809353B299 saylı kredit müqaviləsinə əsasən 2043.08 (iki min qırx üç manat, səkkiz qəpik) manat əsas; 144.04 (bir yüz qırx dörd manat, dörd qəpik) manat faiz; cəmi 2187.12 (iki min bir yüz səksən yeddi manat, on iki qəpik) manat, ümumilikdə 5158.96 (beş min bir yüz əlli səkkiz manat, doxsan altı qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 71.59 (yetmiş bir manat, əlli doqquz qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-101/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-101/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver