Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-107/2023 15.08.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6.300 (altı min üç yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(101)-1433/2022 nömrəli cinayət işi üzrə çıxardığı hökmə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 29, 178.2.2-ci, 29,178.2.4-cü, 310-cu, 32.4,312.2-ci və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmü ilə Azərbaycan Respublikasının vətəndaşı, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və məhkəmə cinayət əməli nəticəsində zərərçəkmişə vurulmuş ziyanla bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir. Cinayət işinin materiallarına görə məhkum Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Füzuli rayonu ərazisində yerləşən yeni inşa edilmiş hava limanı bölməsinə sıravi işçi kimi işə qəbul olunmasında köməklik göstərilməsi barədə 2021-ci ilin sentyabr ayının sonlarında sonuncunun atası İddiaçı cinayətdən xəbərsiz tanışı X11 vasitəsilə özünə müraciəti ilə əlaqədar, İddiaçı özbaşına özünü həm Bariz Quliyev vasitəsi ilə, həm də şəxsən vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək məsul vəzifədə çalışan, polkovnik-leytenant rütbəli əməkdaşı kimi təqdim edib, eyni zamanda özünün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən qurumda müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu ona yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Füzuli rayonu ərazisində yerləşən yeni inşa edilmiş hava limanı bölməsində İftixar Fərəcovun aylıq 741 manat əmək haqqı olmaqla, sıravi işçi kimi işə götürüləcəyinə və bir ay ərzində işə çıxma ilə bağlı əmrinin veriləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar İftixar Fərəcovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 6 000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin sentyabr ayının sonlarında İddiaçı yalandan bildirməklə, görəcəyi işlə bağlı özünə inam yaradaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 5 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində özünün idarə etdiyi “Chevrolet” markalı avtomobilində İddiaçıla görüşərək sonuncudan inandırmaq üçün İftixar Fərəcovun şəxsiyyət vəsiqəsinin surətini, habelə 6 000 manat məbləğində pul vəsaitini, bundan bir neçə gün sonra isə Fövqəladə Hallar Nazirliyinin xidməti geyim formasının veriləcəyi adı ilə 300 manat pul vəsaitini, eyni zamanda, inandırmaq üçün İftixar Fərəcov barəsində olan sağlamlıq haqqında arayış, yaşayış yerindən arayış, ailə tərkibi haqqında arayış və 6 ədəd fotoşəkili Bakı şəhəri, metronun 20 yanvar stansiyasının yaxınlığında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşısında özünün idarə etdiyi həmin avtomobilində İddiaçı oğlu İftixar Fərəcovdan alıb, ümumilikdə İddiaçı məxsus cəmi 6300 manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar həmin hərəkətləri ilə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar İftixar Fərəcovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunun atası İddiaçı təkrarən təhrik etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs İddiaçı ifadə verərək göstərmişdir ki, oğlu İftixar Fərəcov 2018-ci il tarixdən Xocavənd rayonu, Mədəniyyət mərkəzində texniki işçi kimi çalışmış, amma oğlunun aldığı əmək haqqı qane etmədiyi üçün övladının daha yaxşi işdə çalışmasını istəmişdir. 2021-ci ilin təxminən sentyabr ayının sonlarında iş yoldaşı X6 ilə danışarkən Bariz ona oğlu X8 Nazirliyində polkovnik-leytenant rütbəli, yüksək məsul vəzifədə işləyən Cavabdeh vasitəsilə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Füzuli rayonu ərazisində yeni inşa edilmiş hava liman bölməsinə sıravi işçi kimi işə düzəltdiyini, hətta bu barədə artıq əmr də olduğunu demişdir. Ramin Barizin oğlu ilə yanaşı, bir nəfər şəxsi də Yanğından Mühafizə Xidmətinin X12 bölməsinə siravi əməkdaş kimi işə götürmək imkanının olduğunu və tanışı olduğu halda bildirməyini Barizdən xahiş etmişdir. O da Barizin dediklərindən sonra oğlu İftixar Fərəcovun da eyni işə düzəlməsi üçün Raminlə danışmasını xahiş etmişdir. Bir müddət sonra Bariz onunla görüşərək Raminin razılıq verdiyini bildirib, sonuncunun mobil nömrəsini ona vermişdir. Bundan sonra o, özü Raminlə danışmış və oğlunun işə götürülməsinə köməklik etməyini xahiş etmişdir. Ramin həmin işin həll edilməsi üçün 6000 manat pul lazım olduğunu, həmin pulun Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanış əməkdaşlarına çatacağını, həmin pul müqabilində oğlu X3 Xidmətinin X12 bölməsində siravi əməkdaş kimi işə başlayacağını və 741 manat əmək haqqı alacağını bildirmişdir. O da Raminlə razılaşmış və 05 oktyabr 2021-ci il tarixdə Bakı şəhərinə gedərək metronun "Qara Qarayev" stansiyasının yaxınlığında Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısında Raminlə təklikdə görüşmüşdür. Ramin "Chevrolet" markalı avtomobillə gəlmiş, o da avtomobilə yaxınlaşaraq əyləşmiş, Raminlə oğlu İftixarı iş məsələsi ilə bağlı danışmışdır. Ramin bir daha telefonda dediklərini ona təkrarlamış və nazirlikdə polkovnik-leytenant rütbəsində məsul yüksək vəzifədə işlədiyini, hətta arvadının nazirlə qohumluq əlaqələrinin olduğunu vurğulamışdır. O, Raminə daha da inanaraq 6000 manat pulu və oğlu İftixarın şəxsiyyət vəsiqəsinin sürətini Raminə vermiş, Ramin də bir ay ərzində oğlunun əmrinin veriləcəyini demişdir. 2021-ci il oktyabr ayının əvvəllərində Ramin onunla əlaqə saxlayaraq İftixar üçün sağlamlıq haqqında arayış, yaşayış yerindən arayış, ailə tərkibi haqqında arayış, 6 ədəd fotoşəkil və Fövqəladə Hallar Nazirliyinin xidməti geyim formasının verilməsi üçün 300 manat da pul lazım olduğunu bildirmişdir. Onlar da həmin günü qeyd olunan sənədlərı toplamışlar və oğlu İftixar səhəri günü Bakı şəhərinə gedərək həmin sənədləri, 300 manat pulu Raminə vermişdir. Bundan sonra Raminin onlara vəd etdiyi müddətin keçməsinə baxmayaraq oğlu işə düzəlməmişdir. Sonralar vaxt keçdikcə Ramin telefonları gec-gec açmışdır. O da artıq aldadıldığını başa düşmüş və 2022-ci ilin yanvar ayından etibarən Ramindən 6300 manat pulunu geri tələb etməyə başlamışdır. Ramin də hər dəfə müxtəlif bəhanələr gətirərək tezliklə pulunu verəcəyinə söz vermiş, amma buna əməl etməmişdir. Ona dəymiş ziyanın ödənilməsini, pulunun geri qaytarılmasını tələb edir. Məhkəmədə məhkum Cavabdeh özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək bildirmişdir ki, 2021-ci ilin sentyabr ayında Bariz Quliyevə bir nəfər şəxsin Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin X12 bölməsinə sıravi əməkdaş kimi işə düzəltmək imkanının olduğunu, tanışı olarsa ona deməsini demişdir. O da ona iş yoldaşı Xocavənd rayon sakini İddiaçı da öz oğlunu işə düzəltmək istədiyini bildirmişdir. O da heç bir problem olmadığını, özünün telefonunu Təvəkgülə verməsini bildirmişdir. Bundan sonra Təvəkgül onunla əlaqə saxlamış, oğlu X5 Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin X12 bölməsinə sıravi əməkdaş kimi işə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. O da həmin işin həll edilməsi üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. O, həmin pulların idarənin yüksək vəzifədə işləyən əməkdaşlarına çatacağını, həmin pul müqabilində onun oğlunun Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin X12 bölməsinə sıravi əməkdaş kimi işə başlayacağını və 741 manat əmək haqqı alacağını bildirmişdir. 05 oktyabr 2021-ci il tarixdə metronun “Qara Qarayev” m/s yaxınlığında “YAP”ın inzibati binasının qarşısında İddiaçıla təklikdə görüşmüş və pulu ondan almışdır. O, Təvəkgüldən aldığı 6000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, yenidən pula ehtiyac duyduğu üçün bir neçə gün sonra Təvəkgüllə əlaqə saxlayıb yalandan sağlamlıq haqqında arayış, yaşayış yerindən arayış, 6 ədəd fotoşəkil və Fövqəladə Hallar Nazirliyinin xidməti geyim formasının verilməsi üçün 300 manat pul lazım olduğunu bildirmişdir. Oğlu İftixar “20 yanvar” m/s yaxınlığında yerləşən "xxxx" ASC-nin qarşısında onunla görüşərək sənədlərlə birlikdə 300 manat pulu ona vermişdir. Sonradan həmin şəxs aldadıldığını başa düşüb verdiyi pulu geri tələb etmişdir. Lakin o, pulu geri qaytarmamışdır. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli Hökmü ilə məhkum Cavabdeh cinayət işi üzrə zərərçəkmiş İddiaçı 6.300 manat məbləğində pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki məhkəmə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Sonda İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə istinad etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə tərəflərə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının vəkili və nümayəndəsi Qanuni nümayəndə elektron ərizə ilə məhkəməyə müraciət edərək xəstəliyi ilə əlaqədar mülki işə onun və iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahbuz Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(090)-107/2023 nömrəli qərardadı ilə hazırki mülki iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinə Cavabdeh şahid qismində ifadəsinin alınması barədə məhkəmə tapşırığı verilmiş, Cavabdeh Bakı şəhər Xəzər Rayon Məhkəməsi tərəfindən məhkmə iclasında ifadəsində- “onunla İddiaçı arasında əvvəllər hər hansı qarşılıq münasibət olmayıbdır. Təvəkkül Tapdıq adlı şəxs vasitəsilə tanıyıbdır. O, tapdıqla “Akkord” şirkətində bir yerdə işləyibdir. Tapdıq vasitəsilə aldığı 6.500 manat məbləğində pulun 6.300 manatını “Amor” restoranında görüşərək öz cibindən geri qaytarsa da, həmin məbləği Təvəkgülə çatdırmayıblar. Onun İddiaçı verəcək heç bir pulu yoxdur. Verdiyi pulları birbaşa Təvəkgülə yox, Tapdığa veribdir” göstərmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh Şahbuz rayonu, Güney Qışlaq kəndində qeydiyyatdadır. Məhkəmə iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yuxarıda qeyd olunan ifadələr təhlil edildikdə Cavabdeh Xəzər Rayon Məhkəməsində verdiyi ifadəsi, həmçinin iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(101)-1433/2022 saylı qanuni qüvvəyə minmiş hökmündə Cavabdeh verdiyi izahatı ilə Cavabdeh İddiaçı 6300 manat pul alması öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh izahatında onunla İddiaçı arasında əvvəllər hər hansı qarşılıq münasibətinin olmaması, Təvəkkülü Tapdıq adlı şəxs vasitəsilə tanıdığını, Onun, Tapdıqla “Akkord” şirkətində bir yerdə işlədiklərini, Tapdıq vasitəsilə aldığı 6.500 manat məbləğində pulun 6.300 manatını “Amor” restoranında görüşərək öz cibindən geri qaytarsa da, həmin məbləği Təvəkgülə çatdırmadıqlarını, onun İddiaçı verəcək heç bir pulunun olmaması, verdiyi pulları birbaşa Təvəkgülə yox, Tapdığa verməsini bildirsə də həmin halları sübut edəcək hər-hansı bir mötəbər sübut təqdim etməmiş, İddiaçı isə iddia tələbində Cavabdeh 6300 manat pulu almasını təsdiq edəcək Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(101)-1433/2022 saylı qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunmuş hallara istinad etmişdir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(101)-1433/2022 saylı qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.2-ci, 29,178.2.4-cü, 310-cu, 32.4, 312.2-ci və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Həmin hökmlə Cavabdeh, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakı ələ keçirmək məqsədilə X1 6000 manat məbləğində, bir neçə gün sonra isə 300 manat pul vəsaitini alması, özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Təvəkkül Fərəcovu təkrarən təhrik etməsi müəyyən olunur. Eyni zamanda həmin hökm ilə Cavabdeh izahatında- “O, 05 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında “YAP”ın inzibati binasının qarşısında İddiaçıla təklikdə görüşmüşdür. O, bir daha yalandan Fövqalədə Hallar Nazirliyində polkovnik-leytenant rütbəsində, məsul yüksən vəzifədə işlədiyini, hətta guya arvadının nazirlə qohumluq əlaqələrinin olduğunu demişdir. Təvəkkül də ona inanaraq 6000 manat pulu və oğlunun şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. O da pulu və sənədi qəbul etdikdən sonra bir ay ərzində oğlunun əmrinin veriləcəyini demişdir. O, Təvəkgüldən aldığı 6000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra pula ehtiyac duyduğu üçün bir neçə gün sonra Təvəkgüllə telefon əlaqə saxlamış, yalandan sağlamlıq haqqında arayış, yaşayış yerindən arayış, 6 ədəd fotoşəkil və Fövqəladə Hallar Nazirliyinin xidməti geyim formasının verilməsi üçün 300 manat pul lazım olduğunu bildirmişdir. Təvəkküllə razılaşdıqdan sonra oğlu İftixar Bakı şəhərinə gələrək onunla metronun “20 yanvar” stansiyası yaxınnlığında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşısında özünün “chevrolet” markalı avtomobilində görüşmüş və sənədlərlə sənədlərlə birlikdə 300 manat pulu İftixardan aldığını” bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçı aldığı 6.300 manat pulu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Buna görə də iddiaçının tələbi əsaslıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 6.300 (altı min üç yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 83 (səksən üç) manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbzdə məhkəmənin növü kimi Şahbuz Rayon Məhkəməsi deyil, Bakı Şəhər Xəzər Rayon Məhkəməsi göstərilibdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.1.-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu İddiaçı qaytarılmalı, həmin məbləğdə dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 6.300 (altı min üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Cavabdeh 83 (səksən üç) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-107/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-107/2023
15.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver