Məhkəmə qərarları › İş №e-2(090)-113/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-113/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-113/2024 13.05.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cəfərova (İsmayılova) Nubar Adəm qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək onunla cavabdeh X3 arasında bağlanmış 19 fevral 2021-ci il tarixli, 178779-1-37295 nömrəli nağd pul krediti müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 1.406,47 (bir min dörd yüz altı manat, qırx yeddi qəpik) manat əsas, 1.78 (bir manat, yetmiş səkkiz qəpik) manat faiz və 18,15 (on səkkiz manat, on beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.426,40 (bir min dörd yüz iyirmi altı manat, qırx qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34,26 (otuz dörd manat, iyirmi altı qəpik) manat dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış 19 fevral 2021-ci il tarixli, 178779-1- 37295 nömrəli nağd pul krediti müqaviləsinə əsasən cavabdehə istehlak məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 3.000 (üç min) manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 1.406,47 (bir min dörd yüz altı manat, qırx yeddi qəpik) manat əsas, 1,78 (bir manat, yetmiş səkkiz qəpik) manat məbləğində faiz, 18,15 (on səkkiz manat, on beş qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.426,40 (bir dörd yüz iyirmi altı manat, qırx qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdeh X2 xx.xx.2023-cü il tarixinə yaranmış borcu barədə xx.xx.2023cü il tarixli, 6179 P saylı pretenziya məktubu göndərilmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəfin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də cavabdeh Cəfərova (İsmayılova) Nubar Adəm qızı ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 19 fevral 2021-ci il tarixli, 178779-1-37295 nömrəli nağd pul krediti müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 2-ci fəslinə əsasən bu müqavilə üzrə bank tərəfindən müştəriyə verilən kredit məbləği 3.000 (üç min) manat təşkil edir. Kredit 48 (qırx səkkiz) ay müddətinə, illik 22 (iyirmi iki) faiz ödəmək şərtilə verilir. Müqavilənin 6.1-ci və 6.1.3-cü bəndlərinin tələbinə görə ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank bu müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə və ya birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edə bilər. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu andan qüvvədən düşür. Müqavilənin 9.2-ci bəndinə görə bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 manat üçün 0.05 manat məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. İş materiallarına əlavə edilmiş 178779-1-37295 nömrəli nağd pul krediti müqaviləsinə 1 nömrəli Əlavə olan ödəniş cədvəlinin surətindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Cavabdeh Cəfərova (İsmayılova) Nubar Adəm qızına 01 noyabr 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 16 aprel 2024-cü il tarixli maliyyə arayışından cavabdeh Cəfərova (İsmayılova) Nubar Adəm qızının 178779-1-37295 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1.406,47 (bir min dörd yüz altı manat, qırx yeddi qəpik) manat əsas, 1.78 (bir manat, yetmiş səkkiz qəpik) manat faiz və 18,15 (on səkkiz manat, on beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 1.426,40 (bir min dörd yüz iyirmi altı manat, qırx qəpik) manat kredit borcunun olması aydın olur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cəfərova (İsmayılova) Nubar Adəm qızı arasında 19 fevral 2021-ci il tarixli, 178779-1-37295 nömrəli nağd pul krediti müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh (İsmayılova) 1.406,47 (bir min dörd yüz altı manat, qırx yeddi qəpik) manat məbləğində kredit verilmiş və müqavilənin şərtlərinə Cavabdeh (İsmayılova) tərəfindən əməl edilməmiş, o, yaranmış pul borcu, həmin borca hesablanmış əsas, faiz və cərimə borcunun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1.406,47 (bir min dörd yüz altı manat, qırx yeddi qəpik) manat əsas, 1.78 (bir manat, yetmiş səkkiz qəpik) manat faiz və 18,15 (on səkkiz manat, on beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 1.426,40 (bir min dörd yüz iyirmi altı manat, qırx qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh (İsmayılova) İddiaçı ASC-dən aldığı kredit üzrə əsas, faiz və cərimə borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh (İsmayılova) müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan məlum olur ki, cavabdeh Cəfərova (İsmayılova) X4 rayonu, Türkeş kəndində qeydiyyatdadır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, cavabdeh Cəfərova (İsmayılova) Nubar Adəm qızından 1.406,47 (bir min dörd yüz altı manat, qırx yeddi qəpik) manat əsas, 1.78 (bir manat, yetmiş səkkiz qəpik) manat faiz və 18,15 (on səkkiz manat, on beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.426,40 (bir min dörd yüz iyirmi altı manat, qırx qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 34,26 (otuz dörd manat, iyirmi altı qəpik) manat dövlət rüsumu cavabdeh Cəfərova (İsmayılova) Nubar Adəm qızından alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Cəfərova (İsmayılova) Nubar Adəm qızından 1.406,47 (bir min dörd yüz altı manat, qırx yeddi qəpik) manat əsas, 1.78 (bir manat, yetmiş səkkiz qəpik) manat faiz və 18,15 (on səkkiz manat, on beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.426,40 (bir min dörd yüz iyirmi altı manat, qırx qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 34,26 (otuz dörd manat, iyirmi altı qəpik) manat miqdarında dövlət rüsumu cavabdeh Cəfərova (İsmayılova) Nubar Adəm qızından alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar