Məhkəmə qərarları › İş №e-2(090)-113/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-113/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-113/2025 21.05.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, iddiaçı “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı “Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti “10” aprel 2025-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC ilə X1 arasında bağlanmış 05 iyul 2022-ci il tarixli, RK 0507/01 saylı Kredit borcunun resturukzasiyasına dair müqaviləsinə əsasən cavabdehin faktiki vərəsəsi Cavabdeh119 fevral 2025-ci il tarixə 3878.99 (üç min səkkiz yüz yetmiş səkkiz manat doxsan doqquz qəpik) manat əsas, 211.71 (iki yüz on bir manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə borcu 4 090.7 (dörd min doxsan manat yetmiş qəpik) manat kredit borcu, məhkəməyə müraciət üçün ödənilmiş 60.91 (altmış manat doxsan bir qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç manat) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması, 2. Borc tələbi qeyd olunan kreditin təminatı kimi Naxçıvan MR, ünvan 1 kəndi ünvanında yerləşən, 0.26 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 138.03 kv.m, yaşayış sahəsi 56.82 kv.m, yardımçı sahəsi 81.21 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlak açıq hərracdan satılsın, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməsi, 3. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehin faktiki vərəsəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi Şahbuz Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, məhkəmə hazırlıq iclası 06 may 2025-ci il tarixə saat 1100-a təyin olunub, məhkəmə iclasının vaxtı və yeri barəsində (poçt vasitəsilə) rəsmi qaydada məlumat verilmiş, növbəti məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmçinin iddiaçı təşkilata Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Yazılı sübutları (kredit müqaviləsi, kredit müqaviləsinə əlavə, kredit portferinin ötürülməsi tələbin güzəşti barədə müqavilə, ipoteka müqaviləsi, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə, ödəniş tapşırığı, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar) məhkəməyə xx.xx.2025-ci il tarixədək təqdim edilməsi iddiaçı təşkilata bildirilmişdir. Lakin məhkəmə tərəfindən iddiaçıya sənədlərin əslinin və ya təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməli olduğu bildirilməsinə baxmayaraq buna riayət olunmamışdır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və iddiaçı “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə görə tərəflər məhkəməyə gəlmədikdə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı “Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi X5 Portalı vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 36 (otuz altı) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı “Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi X5 Portalı vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 36 (otuz altı) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar