Məhkəmə qərarları › İş №e-2(090)-117/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-117/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-117/2023 04.04.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 6.998,45 manat əsas, 889,34 manat faiz və 223,21 manat cərimə borcu olmaqla, cəmi 8.111 (səkkiz min bir yüz on bir) manat və ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələblərinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddiaçı təşkilat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsində Cavabdeh yaşayış yerini Naxçıvan MR, Şahbuz rayonu, Külüs kəndi göstərsə də, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumata (verilmə tarixi xx.xx.2022) əsasən Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvanı ünvan 1 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdehin qeydiyyatda olmadığı yer üzrə verildiyi üçün ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 101 (bir yüz bir) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından qeyd edilən sənədlərin iddiaçı təşkilata geri qaytarılmasına zərurət yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə iddia vermək hüququ izah edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 101 (bir yüz bir) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar