Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-127/2023 23.05.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı İNTERNET-2007” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İNTERNET-2007” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 400 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 40 manat, 13 manat notarius xərcinin ümumilikdə 453 (dörd yüz əlli üç) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İNTERNET-2007” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmənin ünvanına 15 may 2023-cü il tarixdə daxil olmuş ərizəsində Cavabdeh ilə məhkəmədən kənar barışıq əldə etdiklərindən, iddia tələbindən imtina etdiyini, 2(090)-127/2023 nömrəli mülki işin məhkəmə baxışı iclaslarını onun iştirakı olmadan keçirilməsini, hazırki iş üzrə barışıq sazişini təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin Cavabdeh 15 may 2023-cü il tarixdə daxil olmuş ərizələrində, iddiaçı İNTERNET-2007” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə ilə məhkəmədən kənar barışıq əldə etdiklərini, e-2(090)-127/2023 nömrəli mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsinə etiraz etmədiyini, mülki iş üzrə məhkəmə baxışı iclasının 23 may 2023-cü il tarixə saat 15:00-a təyin olunduğunu, işi ilə əlaqədar həmin mülki iş üzrə məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, məhkəmədən mülki işə onun iştirakı olmadan baxıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və cavabdehin ərizələrini, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilən və tədqiq edilərək iş materiallarına əlavə edilən iki bənddən ibarət barışıq sazişindən görünür ki, tərəflər öz aralarında aşağıdakı şərtlərlə 15 may 2023-cü il tarixli barışıq sazişi bağlamışdır:
1. İddiaçı İNTERNET-2007" Məhdud Məsulıyyətli Cəmıyyətinin nümayəndəsi Nümayəndə Cavabdeh ümumilikdə 453 (dörd yüz əlli üç) manat pulu iki ay ərzində, borcun bir qismini yəni 200 (iki yüz) manat pulu 25 iyun 2023-cü il tarixdə, qalmış borcu isə yəni 253 (iki yüz əlli üç) manat pulu 25 iyul 2023-cü il tarixdə ödəməyi öhdəsinə götürdüyündən hazırki barışıq mövqeyini qəbul edir və bu barədə ərizə verməklə tələb üzrə iddiaya xitam verilməsinə öz razılığını bildirir.
2. Cavabdeh sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq iddiaçı İNTERNET-2007" Məhdud Məsulıyyətli Cəmıyyətinin nümayəndəsi Nümayəndə borclu olduğu 453 (dörd yüz əlli üç) manat pulu iki ay ərzində, borcun bir qismini yəni 200 (iki yüz) manat pulu 25 iyun 2023-cü il tarixdə, qalmış borcu isə yəni 253 (iki yüz əlli üç) manat pulu 25 iyul 2023-cü il tarixdə ödəməyi öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. İddiaçının və cavabdehin ərizələrindən aydın oldu ki, tərəflər artıq barışmışlar, barışıq sazişinin nəticəsi onlara aydındır. Buna görə də barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Belə ki, tərəflərin barışmaları ilə əlaqədar olaraq, iddia məhkəmədə baxılması üçün müdafiə olunmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Həmin məcəllənin 191.2-1-ci maddəsinə görə tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı İNTERNET-2007” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfinən xx.xx.2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İNTERNET-2007" Məhdud Məsulıyyətli Cəmıyyətinin Cavabdeh qarşı pul tələbinə dair 2(090)-127/2023 nömrəli mülki iş üzrə aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı İNTERNET-2007" Məhdud Məsulıyyətli Cəmıyyətinin nümayəndəsi Nümayəndə Cavabdeh ümumilikdə 453 (dörd yüz əlli üç) manat pulu iki ay ərzində, borcun bir qismini yəni 200 (iki yüz) manat pulu 25 iyun 2023-cü il tarixdə, qalmış borcu isə yəni 253 (iki yüz əlli üç) manat pulu 25 iyul 2023-cü il tarixdə ödəməyi öhdəsinə götürdüyündən hazırki barışıq mövqeyini qəbul edir və bu barədə ərizə verməklə tələb üzrə iddiaya xitam verilməsinə öz razılığını bildirir.
2. Cavabdeh sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq iddiaçı İNTERNET-2007" Məhdud Məsulıyyətli Cəmıyyətinin nümayəndəsi Nümayəndə borclu olduğu 453 (dörd yüz əlli üç) manat pulu iki ay ərzində, borcun bir qismini yəni 200 (iki yüz) manat pulu 25 iyun 2023-cü il tarixdə, qalmış borcu isə yəni 253 (iki yüz əlli üç) manat pulu 25 iyul 2023-cü il tarixdə ödəməyi öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. Mülki işin icraatına xitam verilsin. İddiaçı İNTERNET-2007” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfinən xx.xx.2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şahbuz Rayon Məhkəməsinə verilə bilər.
Sədrlik edən: Daşqın Səfərov.