Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-130/2024 20.06.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı Aqrarkredı̇ t Qapalı Səhmdar Cəmı̇ yyəti Bank olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər İ̇srafı̇ lov Sənan Vüqar oğlu və İ̇srafı̇ lova Nərmı̇ n İ̇smayıl qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 4626,15 manat, faiz borcu 1555,81 manat olmaqla, cəmi borc 6181,96 (altı min bir yüz səksən bir manat, 96 qəpik) manat borc məbləğinin və ödənilmiş 81,81 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi Şahbuz Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş, məhkəmə hazırlıq iclası 11 iyun 2024-cü il tarixə saat 1030-a təyin olunub, məhkəmə iclasının vaxtı və yeri barəsində (elektron kabinet, poçt vasitəsilə) rəsmi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Tərəflər 11 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak etmədiyindən hazırlıq iclası təxirə salınaraq 20 iyun 2024-cü il tarixə saat 0930-a Şahbuz Rayon Məhkəməsinin inzibati binasına təyin olunmuş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində (elektron kabinet, poçt vasitəsilə) rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və iddiaçı Aqrarkredı̇ t Qapalı Səhmdar Cəmı̇ yyəti Bank olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər İ̇srafı̇ lov Sənan Vüqar oğlu və İ̇srafı̇ lova Nərmı̇ n İ̇smayıl qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə görə tərəflər məhkəməyə gəlmədikdə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı Aqrarkredı̇ t Qapalı Səhmdar Cəmı̇ yyəti Bank olmayan Kredı̇ t Təşkı̇ latı tərəfindən 08 may 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 82 (səksən iki) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Aqrarkredı̇ t Qapalı Səhmdar Cəmı̇ yyəti Bank olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər İ̇srafı̇ lov Sənan Vüqar oğlu və İ̇srafı̇ lova Nərmı̇ n İ̇smayıl qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Aqrarkredı̇ t Qapalı Səhmdar Cəmı̇ yyəti Bank olmayan Kredı̇ t Təşkı̇ latı tərəfindən 08 may 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 82 (səksən iki) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-130/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-130/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver