Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-134/2022 13.07.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “13” iyun 2022-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 26 oktyabr 2020-ci il tarixli, GTKR3207146A115 saylı kredit müqaviləsinə əsasən 1.948,3 (bir min doqquz yüz qırx səkkiz manat, otuz qəpik) manat əsas və 316,31 (üç yüz on altı manat, otuz bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2.264,61 (iki min iki yüz altmış dörd manat, altmış bir qəpik) manat məbləğində borcun, 26 iyul 2019-cu il tarixli, BRED0879827A116 saylı kredit kartına dair müqaviləyə əsasən 118,89 (bir yüz on səkkiz manat, səksən doqquz qəpik) manat əsas, 27,7 (iyirmi yeddi manat, yetmiş qəpik) manat faiz, cəmi 146,59 (bir yüz qırx altı manat, əlli doqquz qəpik) manat borcun və ödənilmiş 44,11 (qırx dörd manat, on bir qəpik) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 26 oktyabr 2020-ci il tarixli, GTKR3207146A115 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2.400 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2019-cu il tarixli, BRED0879827A116 saylı kredit kartına dair müqaviləyə əsasən ona 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 26 oktyabr 2020-ci il tarixli, GTKR3207146A115 saylı kredit müqaviləsinə əsasən 1.948,3 (bir min doqquz yüz qırx səkkiz manat, otuz qəpik) manat əsas, 316,31 (üç yüz on altı manat, otuz bir qəpik) manat faiz, cəmi 2.264,61 (iki min iki yüz altmış dörd manat, altmış bir qəpik) manat borcu, 26 iyul 2019-cu il tarixli, BRED0879827A116 saylı kredit kartına dair müqaviləyə əsasən 118,89 (bir yüz on səkkiz manat, səksən doqquz qəpik) manat əsas, 27,7 (iyirmi yeddi manat, yetmiş qəpik) manat faiz, cəmi 146,59 (bir yüz qırx altı manat, əlli doqquz qəpik) manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 26 oktyabr 2020-ci il tarixli, GTKR3207146A115 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 1-ci fəslinə əsasən bu müqaviləyə görə bank müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikinə əsasən, müştəriyə şəxsi istehlak məqsədilə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2.400 (iki min dörd yüz) manat məbləğində kredit verir, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Həmin müqavilənin 2.1-ci maddəsinə görə bank, kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına 410100C**********115 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır. Həmin müqavilənin 2.8 və 2.8.1-ci bəndlərinə görə bank müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən bu müqavilə tərəflərin şəxsi imzası ilə imzalandıqda və ya bankın texnoloji vasitələrindən istifadə edilməklə müştəri tərəfindən şəxsi imzanın başqa analoqu (imzanın faksimilesi, SMS, klik edilmə, müvafiq xananın seçilməsi, məlumatların doldurulması və.s) ilə təsdiq edilməklə qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Müqavilənin imzalanma qaydası ilə bağlı müddəa həm bu müqavilə bağlanarkən imzalanan, həm də bu müqavilə üzrə gələcəkdə imzalanacaq digər əlaqəli sənədlərə (əqdlər) də tətbiq olunur. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi 26 oktyabr 2020-ci il tarixli, GTKR3207146A115 nömrəli ödəniş qrafikindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 26 oktyabr 2020-ci il tarixli kassa məxaric orderinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh 2.400 (iki min dörd yüz) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 26 iyul 2019-cu il tarixli, BRED0879827A116 nömrəli kredit kartına dair müqavilədən aydın olur ki, həqiqətən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. İş materiallarına əlavə olunmuş 26 iyul 2019-cu il tarixli, BRED0879827A116 nömrəli kredit kartına dair müqavilənin:
1. Bu müqavilədə qeyd edilənlərə əsasən bank müştəriyə bu müqavilə, habelə müştəri və bank arasında bağlanan karta dair müqavilə əsasında “Birkart” verir, həmin “Birkart”a bağlı bu müqavilədə qeyd edilən bütün istisnalar nəzərə alınmaqla təyinatı şəxsi istehlak olan bərpaolunan kredit xətti ayırır. Müştəri isə kredit xətti üzrə borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu) ödəyir, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Bu müqavilədə borclar üzrə müddətlər borcun verildiyi gündən hesablanır.
3. “Birkart”-dan son istifadə tarixi 30 iyun 2022-ci il tarixədəkdir. Müddət bitdikdən sonra bankın daxili qayda və şərtlərində qeyd edilənlər yol verərsə, müştəriyə bu müqavilə əsasında onun istəyi ilə yeni “Birkart” təqdim oluna bilər.
4. “Birkart” üzrə hesabın nömrəsi: ******************** “Birkart” üzrə hesaba müştəri tərəfindən pul vəsaitləri mədaxil oluna bilər.
8. “Birkart” üzrə hesaba bu müqaviləyə əsasən kredit xətti ayırır. Müştəri ayrılmış kredit xətti ilə taksit və qeyri-taksit əməliyyatları həyata keçirə bilər.
9. Taksit və qeyri-taksit əməliyyatları çərçivəsində pul vəsaitinin silinməsi “Birkart” üzrə hesaba müştəri tərəfindən mədaxil olunmuş pul vəsaitləri və “Birkart” üzrə hesaba ayrılmış kredit xətti üzrə pul vəsaitləri ardıcıllığı ilə müəyyən olunur. 11.1 Güzəşt müddəti nağdsız ödənişlər üzrə (nağdsız kredit ödənişləri istisna olunur) istifadə edilmiş məbləğin istifadə edilmə tarixindən sonrakı ayın 10-dək (son tarix daxil, son tarix qeyri-iş gününə düşərsə, əvvəlki iş günü əsas götürülür) olan müddətdir. 11.3 Kartın istifadə müddəti ərzində qeyri-taksit əməliyyatları üzrə əsas borcdan minimal aylıq ödəniş 5%-dir. 11.5 Qeyri-taksit əməliyyatları üzrə kredit xəttinin illik faiz dərəcəsi 25% (maksimal FİFD 26.29%). Taksit əməliyyatları üzrə kredit xətti illik 0%-dir. 11.17.2 Müştəri Bank bu müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 5 (beş) iş günü müddətində qaytarmalıdır. 11.17.3 Müştəri bu müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri bu müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu müştərinin bankda olan hesab(lar)ından silinir). 11.18 və 11.18.1 Bank müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. İş materiallarına əlavə olunmuş 26 iyul 2019-cu il tarixli, TT**********012300 nömrəli balansdankənar məxaric orderinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh **********974252 nömrəli kartı iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 25 noyabr 2021-ci il tarixli bildiriş məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş maliyyə arayışından məlum olur ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2022-ci il tarixə 26 oktyabr 2020-ci il tarixli, GTKR3207146A115 saylı kredit müqaviləsinə əsasən 1.948,3 (bir min doqquz yüz qırx səkkiz manat, otuz qəpik) manat əsas və 316,31 (üç yüz on altı manat, otuz bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2.264,61 (iki min iki yüz altmış dörd manat, altmış bir qəpik) manat borc, 26 iyul 2019-cu il tarixli, BRED0879827A116 saylı kredit kartına dair müqaviləyə əsasən 118,89 (bir yüz on səkkiz manat, səksən doqquz qəpik) manat əsas, 27,7 (iyirmi yeddi manat, yetmiş qəpik) manat faiz borcu olmaqla, cəmi 146,59 (bir yüz qırx altı manat, əlli doqquz qəpik) manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh Şahbuz rayonu Sələsüz kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 26 oktyabr 2020-ci il tarixli, GTKR3207146A115 saylı kredit müqaviləsi və 26 iyul 2019-cu il tarixli, BRED0879827A116 saylı kredit kartına dair müqavilə bağlanmış, müqavilələrin şərtlərinə görə Cavabdeh kredit verilmiş və tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlər Cavabdeh tərəfindən edilməmiş, o, yaranmış pul borcunun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında 26 oktyabr 2020-ci il tarixli, GTKR3207146A115 saylı kredit müqaviləsinə əsasən 1.948,3 (bir min doqquz yüz qırx səkkiz manat, otuz qəpik) manat əsas və 316,31 (üç yüz on altı manat, otuz bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2.264,61 (iki min iki yüz altmış dörd manat, altmış bir qəpik) manat borc, 26 iyul 2019-cu il tarixli, BRED0879827A116 saylı kredit kartına dair müqaviləyə əsasən 118,89 (bir yüz on səkkiz manat, səksən doqquz qəpik) manat əsas, 27,7 (iyirmi yeddi manat, yetmiş qəpik) manat faiz borcu olmaqla, cəmi 146,59 (bir yüz qırx altı manat, əlli doqquz qəpik) manat borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh istifadə etdiyi kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə və komisyon haqlarının iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 26 oktyabr 2020-ci il tarixli, GTKR3207146A115 saylı kredit müqaviləsinə əsasən 1.948,3 (bir min doqquz yüz qırx səkkiz manat, otuz qəpik) manat əsas və 316,31 (üç yüz on altı manat, otuz bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2.264,61 (iki min iki yüz altmış dörd manat, altmış bir qəpik) manat borc, 26 iyul 2019-cu il tarixli, BRED0879827A116 saylı kredit kartına dair müqaviləyə əsasən 118,89 (bir yüz on səkkiz manat, səksən doqquz qəpik) manat əsas və 27,7 (iyirmi yeddi manat, yetmiş qəpik) manat faiz borcu olmaqla, cəmi 146,59 (bir yüz qırx altı manat, əlli doqquz qəpik) manat borc, ümumilikdə 2.411,2 (iki min dörd yüz on bir manat, iyirmi qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 vasitəsilə 08 iyun 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 44,11 (qırx dörd manat, on bir qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 26 oktyabr 2020-ci il tarixli, GTKR3207146A115 saylı kredit müqaviləsinə əsasən 1.948,3 (bir min doqquz yüz qırx səkkiz manat, otuz qəpik) manat əsas və 316,31 (üç yüz on altı manat, otuz bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2.264,61 (iki min iki yüz altmış dörd manat, altmış bir qəpik) manat borc, 26 iyul 2019-cu il tarixli, BRED0879827A116 saylı kredit kartına dair müqaviləyə əsasən 118,89 (bir yüz on səkkiz manat, səksən doqquz qəpik) manat əsas və 27,7 (iyirmi yeddi manat, yetmiş qəpik) manat faiz borcu olmaqla, cəmi 146,59 (bir yüz qırx altı manat, əlli doqquz qəpik) manat borc, ümumilikdə 2.411,2 (iki min dörd yüz on bir manat, iyirmi qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 vasitəsilə 08 iyun 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 44,11 (qırx dörd manat, on bir qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Daşqın Səfərov.