Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-139/2024 21.06.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, nağd kredit üzrə 1.106,62 (bir min bir yüz altı manat, altmış iki qəpik) manat əsas borc olmaqla, cəmi 1.106,62 (bir min bir yüz altı manat, altmış iki qəpik) manat borcun, ödənilmiş 31,07 (otuz bir manat, sıfır yeddi qəpik) manat dövlət rüsumunun və 0,40 (sıfır manat, qırx qəpik) manat xidmət haqqının Eyvazov Süleyman Eyvaz oğlunun vərəsəsi Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Naxçıvan filialı ilə Eyvazov Süleyman Eyvaz oğlu arasında bağlanmış 427xx.xx.2018-002926 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Eyvazov Süleyman Eyvaz oğluna illik 27 faizlə 18 ay müddətinə 1500 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 598019 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Eyvazov Süleyman Eyvaz oğlu xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Şahbuz rayon notariat ofisi tərəfindən təqdim edilmiş 07 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh Eyvazov Süleyman Eyvaz oğlunun vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan pay almışdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AD101078 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 1362319, mühərrikin nömrəsi 143481 və buraxılış ili 1990 olan QAZ 2411 MİNİK markalı 71BC267 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. Bankın Naxçıvan filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Eyvazov Süleyman Eyvaz oğlunun xx.xx.2024-cü ilədək banka ödənilməmiş nağd kredit üzrə 1106.62 manat əsas borc olmaqla, cəmi 1106.62 manat borcu qalmışdır. Cavabdeh mərhum Eyvazov Süleyman Eyvaz oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-5567/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəfin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan 14 fevral 2018-ci il tarixli, 427-xx.xx.2018-002926 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Eyvazov Süleyman Eyvaz oğlu arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 2-ci bəndinə görə bu müqavilənin predmeti Azərbaycan manatı ilə ifadə edilən pul öhdəliyidir. Borc verən borc alana istehlak məqsədləri üçün 1.500 (bir min beş yüz) manat məbləğində kredit verməyi öhdəsinə götürür. Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.3 və 5.4-cü bəndlərinə görə borcalana kredit 18 (on səkkiz) ay müddətinə verilir. Kreditin müddəti 14 avqust 2019-cu il tarixdə bitir. Müqavilənin 6.6-cı bəndinə əsasən kredit üzrə faktiki faiz dərəcəsi 28.39 faiz təşkil edir. Müqavilənin 17.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir. İş materiallarında olan kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 114 fevral 2018-ci il tarixli, 427-xx.xx.2018-002926 nömrəli kredit müqaviləsinə Əlavə №.1-dən müəyyən edilir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Eyvazov Süleyman Eyvaz oğlu kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarında olan 25 aprel 2024-cü il tarixli maliyyə arayışından məlum olur ki, 14 fevral 2018-ci il tarixli kredit müqaviləsi üzrə Eyvazov Süleyman Eyvaz oğlunun 25 aprel 2024-cü il tarixə banka cəmi 1.106,62 (bir min bir yüz altı manat, altmış iki qəpik) manat məbləğində borcu yaranmış, Eyvazov Süleyman Eyvaz oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şahbuz Rayon Notariat Ofisi tərəfindən verilmiş 27 iyul 2018ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Eyvazov Süleyman Eyvaz oğlunun vərəsəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AD101078 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 1362319, mühərrikin nömrəsi 143481 və buraxılış ili 1990 olan QAZ 2411 MİNİK markalı 71BC267 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Külüs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən AZ-İ seriyalı, 598019 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Eyvazov Süleyman Eyvaz oğlu 19 may 2018-ci ildə ölmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Eyvazov Süleyman Eyvaz oğlunun vərəsəsi Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan cavabdehin müqavilədən irəli gələn öhdəliyi icra etməməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh Şahbuz rayonu, Külüs kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Eyvazov Süleyman Eyvaz oğlu arasında 14 fevral 2018-ci il tarixli, 427xx.xx.2018-002926 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən S.Eyvazova 1.500 (bir min beş yüz) manat məbləğində kredit verilmiş, lakin S.Eyvazov xx.xx.2018-ci il tarixdə vəfat etmiş, bu səbəbdən də kredit müqaviləsi üzrə yaranmış pul borcu vaxtında və lazımi qaydada icra edilməmiş, 27 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh mərhum S.Eyvazovdan miras qalmış Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AD101078 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 1362319, mühərrikin nömrəsi 143481 və buraxılış ili 1990 olan QAZ 2411 MİNİK markalı 71BC267 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsinin ½ hissəsini qəbul etmiş, borcun qaytarılması ilə bağlı Eyvazov Süleyman Eyvaz oğlunun vərəsəsi Cavabdeh xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin Cavabdeh tərəfindən borc öhdəliyi icra edilməmiş, nəticədə cavabdehin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1.106,62 (bir min bir yüz altı manat, altmış iki qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Eyvazov Süleyman Eyvaz oğlu arasında bağlanmış kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı təşkilat S.Eyvazovun sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, lakin mərhum S.Eyvazovun ölümü ilə əlaqədar öhdəliyin icrası mümkün olmamışdır. Mərhum S.Eyvazovun ölümündən sonra ilk növbə vərəsə olan Cavabdeh miras qoyan S.Eyvazovdan qalmış mirası qəbul etmiş, bu əsasla da iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı öhdəliyin icrası tələbi irəli sürmüşdür. İddiaçı cavabdehə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq 1.106,62 (bir min bir yüz altı manat, altmış iki qəpik) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 14 fevral 2018-ci il tarixli, 427-xx.xx.2018-002926 nömrəli kredit müqaviləsi üzrə 1.106,62 (bir min bir yüz altı manat, altmış iki qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 31,07 (otuz bir manat, sıfır yeddi qəpik) manat miqdarında dövlət rüsumu və 0,40 (sıfır manat, qırx qəpik) manat bank xidmət haqqı, cəmi 31,47 (otuz bir manat, qırx yeddi qəpik) manat məhkəmə xərcləri Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 14 fevral 2018-ci il tarixli, 427-xx.xx.2018-002926 nömrəli kredit müqaviləsi üzrə 1.106,62 (bir min bir yüz altı manat, altmış iki qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 31,07 (otuz bir manat, sıfır yeddi qəpik) manat miqdarında dövlət rüsumu və 0,40 (sıfır manat, qırx qəpik) manat bank xidmət haqqı, cəmi 31,47 (otuz bir manat, qırx yeddi qəpik) manat məhkəmə xərcləri Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-139/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-139/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver