Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-140/2020 26.10.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən X2 İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçıxx xxxxxxxx 2020-ci ildə Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 297,63 (iki yüz doxsan yeddi manat, altmış üç qəpik) manat əsas borc, 57,09 (əlli yeddi manat, doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 354,72 (üç yüz əlli dörd manat, yetmiş iki qəpik) manat borc, 20 manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdi . İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2019-cu ildə bağlanmış 120554 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən, İddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 411,9 (dörd yüz on bir manat, doqquz qəpik) manata nisyə mobil telefon satmışdır. Müqavilə bağlanarkən alıcı 15 (on beş) manat ilkin ödəniş həyata keçirmiş, qalan 396,9 (üç yüz doxsan altı manat, doqquz qəpik) manat məbləğində pulu hər ay 33,08 (otuz üç manat, səkkiz qəpik) manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 21-dək ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra Cavabdeh ödəniş cədvəli üzrə 3 ay ərzində 99,26 (doxsan doqquz manat, iyirmi altı qəpik) manat ödəniş etmiş və 297,63 (iki yüz doxsan yeddi manat, altmış üç qəpik) manat borcunu ödəməkdən yayınmışdır. Müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1 faiz həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xx xxxx 2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 297,63 (iki yüz doxsan yeddi manat, altmış üç qəpik) manat əsas, həmin gün üçün hesablanmış 31,68 (otuz bir manat, altmış səkkiz qəpik) manat (33,08 x 1%=0,33 x 96gün=31,68) cərimə, 329,31 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 297,63 (iki yüz doxsan yeddi manat, altmış üç qəpik) manat əsas, xx xxxxxxxx 2020-ci il tarixədək hesablanmış 57,09 (33,0 x 1%=0,33x 173gün = 57,09) manat cərimə borcu, cəmi 354,72 (üç yüz əlli dörd manat, yetmiş iki qəpik) manat borcu yaranmışdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti iki min manatdan aşağı olduğundan və iddiaçı işə məhkəməyə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılması ilə bağlı müraciət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə həmin icraat formasında baxılmışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020ci il tarixli arayışından və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan aydın olur ki, cavabdeh Şahbuz rayonu, Badamlı kəndində rəsmi qeydiyyatdadır. Həmçinin iddiaçının ərizəsində cavabdehin faktiki yaşayış yeri kimi ünvanıBakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsi, 24-cü keçid qeyd edilmişdi. Cavabdeh mülki iş üzrə məhkəmə sənədləri, yəni iddiaçının ərizəsinin, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 2(090)-140/2020 nömrəli qərardadının surəti və eyni tarixli, nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdir. Məhkəmə onu da bildirir ki, qeyd edilən məhkəmə sənədləri cavabdehin hər iki ünvanına göndərilmişdi. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Eyni zamanda ona göndərilmiş xx xxxxxxxx 2020-ci il tarixli 2(090)-140/2020 nömrəli qərardadda da Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinin tələbi də izah olunmuşdur. Cavabdehin Şahbuz rayonu, Badamlı kəndinə göndərilmiş məhkəmə sənədləri rabitə orqanı tərəfindən onun həmin ünvanda yaşaması səbəbindən geri qaytarılmışdı. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsaslanmaqla məhkəmə sənədlərini Şahbuz Rayon İcra Hakimiyyətinin Badamlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərmişdir. Məhkəmə iş üzrə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən yuxarıda qeyd edilən sonuncu hal məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri, alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2019-cu ildə, 120554 nömrəli alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -müqavilənin predmeti adlanan 1-ci bəndinə əsasən satıcı özünə məxsus olan əşyanı, yəni Samsung A10 2019 32GB DS markalı, **********13588 İMEİ kodlu mobil mobil telefonu alıcıya müqavilənin 2.1-ci bənddə göstərilən şərtlərlə nisyə satır. Alıcı isə əşyanı həminşərtlərlə alır; - müqavilənin 2.1-2.4-cü bəndlərinə görə satıcıəşyanı 411,90 (dörd yüz on bir manat,doxsan qəpik) manata 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə də alıcıya" satır. Alıcı müqavilə bağlandıqdan sonra 15 (on beş) manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan borc məbləğini isə hər ay33,08 (otuz üç manat, səkkiz qəpik) manat olmaqla 12 aymüddətinə hər təqvim ayının 21-dək ödəmək şərti ilə alır.Alıcı ödənişləri bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq əşyanı aldığı mağazaya və ya həmin mağazanın istənilən filialına ödəyir. Əşyanın satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Satılmış əşyanın qiymətinin sonradan dəyişməsi yenidən hesablaşmaya səbəb olmur. Ödənişlər yalnız Azərbaycan manatı ilə həyata keçirilir. - müqavilənin 3.1-3.4-cü bəndlərində qeyd edilir ki, alıcı müqavilənin 2.1-ci bəndində göstərilən ilkin ödənişi ödədiyi halda satıcı əşyanı ona təqdim edir. Alıcı əşyanı qəbul edir və həmin andan yalnız əşyaya dair istifadə hüququ əldə edir. Müqavilənin 2-ci bəndində göstərilən bütün şərtlər tam və vaxtında icra edilənədək əşya satıcının əmlakı hesab olunur və alıcı tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə və ya şəxslərə verə bilməz. Alıcı tərəfindən tam və vaxtında yerinə yetirildiyitəqdirdə əşyaya dair mülkiyyət hüququ tam olaraq alıcya keçir; -müqavilənin 4.4-cü bəndinə görə alıcıdan əmlakın dəyərinin vaxtı-vaxtında ödənilməsini tələb etmək, bu məqsədlə ödənişlərin icra olunmasına müntəzəm olaraq nəzarət etmək, ödəniş gecikdirildikdə bu barədə alıcıya şifahivə ya yazılı xəbərdarlıq etmək İddiaçı hüququdur; -müqavilənin 5.1 və 5.3-cü bəndləri ilə müəyyən edilir ki, müqavilə predmeti olan əşyanı müqavilə imzalandıqdan sonra satıcıdan akt əsasında qəbul etmək Cavabdeh hüququ və əşyanın dəyərini bu müqavilə üzrə müəyyən edilmiş müddətdə və qaydada vaxtı-vaxtında ödəmək onun vəzifəsidir; - müqavilənin 6.2 və 6.2.1-ci bəndlərinə əsasən alıcı müqavilə üzrə ödəniş cədvəlinə əsasən ödənişləri ardıcıl olaraq 2 (iki) ay ödəmədikdə satıcı müqaviləyə xitam verərək əşyanın dəyərinin tam ödənilməsini tələb edə bilər; -qeyd edilənin müqavilənin 9.1 və 9.2-ci bəndlərində qeyd edilir ki, müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış bütün mübahisələr danışıqlar yolu ilə həll edilir. Tərəflər arasında yaranmış mübahisələrin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda buməsələlərin həlli üçün məhkəməyə müraciət edilir; -müqavilənin qüvvəyə minmə vaxtı isə həmin müqavilənin 10.4-cü bəndi ilə müəyyən edilir ki, həmin bəndə görə müqavilə imzalandığı andan qüvvəyə minir. Tərəflər arasında olan razılaşmadan da aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilədən məlum olur ki, onlar arasında olan razılaşma üzrə İddiaçı Cavabdeh tərəfindən ilkin ödənişi həyata keçirdikdən sonra müqavilədə göstərilən əşyanı yoxlayaraq saz vəziyyətdə akt əsasında ona verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş ilkin ödənişi və əşyanın dəyərini hissəhissə ödəməsi tərəflərin müqavilədən irəli gələn əsas öhdəliyidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflərə bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İddia ərizəsinə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 486691 nömrəli qəbzdən Cavabdeh müqavilə üzrə 15 manat məbləğində ilkin ödənişi həyata keçirməsi və xx xxxxxx 2019-cu il tarixli təhvil-təslim aktından iddiaçının müqavilədən irəli gələn əsas öhdəliklərini icra etməsi aydın olur. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 952 nömrəli maliyyə arayışından aydın olur ki, Cavabdeh qeyd edilən müqavilə üzrə əsas borcu 297,63 (iki yüz doxsan yeddi manat, altmış üç qəpik) manat təşkil edir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, 120554 nömrəli müqavilələrin 6-cı bəndindən aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. İddiaçının cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndi ilə müəyyən edilir ki, alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş iş gün üçün aylıq ödəniş məbləğinin 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimə borcunun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 952 nömrəli maliyyə arayışından aydın olur ki, Cavabdeh qeyd edilən müqavilə üzrə cərimə borcu 57,09 (əlli yeddi manat, doqquz qəpik) manat təşkil edir. Məhkəmə tərəfindən iddiaçının tələbi əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - xx xxxxxx 2019-cu il tarixli, 120554 nömrəli müqavilə üzrə 297,63 (iki yüz doxsan yeddi manat, altmış üç qəpik) manat əsas, 57,09 (əlli yeddi manat, doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 354,72 (üç yüz əlli dörd manat, yetmiş iki qəpik) manat məbləğində borc Cavabdeh alınaraqİddiaçınə verilməli; - həmçinin Cavabdeh 20 (iyirmi) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli, 120554 nömrəli müqavilə üzrə 297,63 (iki yüz doxsan yeddi manat, altmış üç qəpik) manat əsas, 57,09 (əlli yeddi manat, doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 354,72 (üç yüz əlli dörd manat, yetmiş iki qəpik) manat məbləğində borc Cavabdeh alınaraqİddiaçınə verilsin. Həmçinin Cavabdeh 20 (iyirmi) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(090)-140/2020
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-140/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver