Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-140/2025 12.09.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X9 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC ilə X8 arasında bağlanmış 05 iyul 2022-ci il tarixli, RK 0507/01 saylı Kredit borcunun resturukzasiyasına dair müqaviləsinə əsasən cavabdehin faktiki vərəsəsi Cavabdeh19 fevral 2025-ci il tarixə 3878.99 (üç min səkkiz yüz yetmiş səkkiz manat doxsan doqquz qəpik) manat əsas, 211.71 (iki yüz on bir manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə borcu 4 090.7 (dörd min doxsan manat yetmiş qəpik) manat kredit borcu, məhkəməyə müraciət üçün ödənilmiş 60.91 (altmış manat doxsan bir qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç manat) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmasını, borc tələbi qeyd olunan kreditin təminatı kimi Naxçıvan MR, ünvan 1 kəndi ünvanında yerləşən, 0.26 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 138.03 kv.m, yaşayış sahəsi 56.82 kv.m, yardımçı sahəsi 81.21 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlak açıq hərracdan satılsın, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehin faktiki vərəsəsi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı 11 sentyabr 2025-ci il tarixli ərizəsində İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyini, hazırda yaranmış zərurətlə əlaqədar olaraq işin baxılmamış saxlanılması zərurəti yarandığını, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə işin baxılmamış saxlanıldığını, məhkəmədən işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh, cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5, X4, X1, X2, X6, X10 və X7 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin məcəllənin 260.3.-cü maddəsinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, mülki iş üzrə ipoteka predmetinin qiymətləndirməsi ilə bağlı məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat miqdarında məhkəmə xərci Cavabdeh alınaraq "X3” MMС-nin AZ98NABZ**********000042944 nömrəli hesabına ödənilməlidir. Həmçinin MPM-in 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi X20 Portalı vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 60.91 (altmış manat, doxsan bir qəpik) manat iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat miqdarında məhkəmə xərci Cavabdeh alınaraq "X3” MMС-nin AZ98NABZ**********000042944 nömrəli hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi X20 Portalı vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 60.91 (altmış manat, doxsan bir qəpik) manat iddiaçıya qaytarılsın. Məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat miqdarında məhkəmə xərci Cavabdeh alınaraq "X3” MMС-nin AZ98NABZ**********000042944 nömrəli hesabına ödənilsin. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron məhkəmə informasiya sistemində olan elektron kabinet vasitəsilə) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-140/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-140/2025
12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver