Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-15/2024 20.02.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə vasitəsi ilə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onunla İddiaçı ilə Cavabdeh arasında 14 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, 19 saylı notariat ofisində bağlanmış öhdəlik müqaviləsinin ləğv edilməsi, müqavilə şərtlərini pozması nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 10504 (on min beş yüz dörd) manat vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 14 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində öhdəlik müqaviləsi bağlamışlar, həmin müqavilə ilə onlar onun mülkiyyətində olan TOYOTA PRİUS(HİBRİD) markalı, **-HA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 30 (otuz) ay müddətinə, cavabdehin hər ay 600 (altı yüz) manat ödəməsi şərti ilə istifadəsinə verilməsi, vəsait tam ödənildikdən sonra, müqavilə başa çatdığı vaxt nəqliyyat vasitəsinin cavabdehin mülkiyyətinə keçməsi barədə razılığa gəlmişlər. Cavabdeh 2023-cü ilin yanvar ayından başlayaraq aylıq ödənişləri ödəməyə başlamışdır. Lakin cavabdeh ona ödəməli olduğu borcu tam ödəməmiş və axırıncı ödənişi 8 iyul 2023-cü ildə ödəmişdir. Cavabdeh həmin dövrə qədər ona 4800 (dörd min səkkiz yüz) manat ödəməli olduğu halda, cəmi 3296 (üç min iki yüz doxsan altı) manat ödəmiş və 1504 (min beş yüz dörd) manat ona borclu qalmışdır. Cavabdeh 12 iyul 2023-cü il tarixdə onun mülkiyyətində olan, həmin zaman idarə etdiyi TOYOTA PRİUS(HİBRİD) markalı, **-HA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə qəza törətmişdir. AR DİN DYP əməkdaşlarının tərtib etdiyi protokola əsasən qəzanın təqsirkarı Cavabdeh olmuşdur. Avtoqəzadan sonra nəqliyyat vasitəsi AR DİN DYP əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Qəza barədə məlumat aldıqdan sonra bir müddət Cavabdeh məlumat ala bilmədiyindən, polis əməkdaşlarına müraciət edərək özünə məxsus TOYOTA PRİUS(HİBRİD) markalı, **-HA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini cərimə meydançasından çıxarmışdır. Cavabdeh 2023-cü ilin iyul ayından bu günkü günə qədər ona ödəməli olduğu 3 aylıq pulu, 1800 (min səkkiz yüz) manat vəsaiti də ödəməmişdir. Maşının təmir xərci 7200 (yeddi min iki yüz ) manat təşkil edir, cavabdeh tərəfindən ona iyul 2023-cü il tarixədək ödənilməmiş 1504 (min beş yüz dörd) manat, iyul-oktyabr aylarında ödəməli olduğun üç aylıq ödəniş 1800 (min səkkiz yüz) manat və maşına dəymiş zərərin əvəzi olaraq 7200 (yeddi min iki yüz) manat, cəmi 10.504 (on min beş yüz dörd) manat vəsait ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişlər, lakin İddiaçı vəkili-nümayəndəsi Nümayəndə 19 fevral 2024-cü ildə elektron ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək İddiaçı Şahbuz Rayon Məhkəməsində Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, borc məbləğinin və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia qaldırdığnı, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən İddiaçı Cavabdeh ilə 14 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində öhdəlik müqaviləsi bağlandığını, həmin müqavilə ilə İddiaçı öz mülkiyyətində olan TOYOTA PRİUS (HİBRİD) markalı, **-HA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 30 (otuz) ay müddətinə, cavabdehin hər ay 600 (altı yüz) manat ödəməsi şərti ilə istifadəsinə verilməsi, vəsait tam ödənildikdən sonra, müqavilə başa çatdığı vaxt nəqliyyat vasitəsinin cavabdehin mülkiyyətinə keçməsi barədə razılığa gəldiklərini, cavabdeh 2023-cü ilin yanvar ayından başlayaraq aylıq ödənişləri ödəməyə başladığını, lakin cavabdeh ödəməli olduğu borcunu tam ödəmədiyini və axırıncı ödənişi 8 iyul 2023-cü ildə ödədiyini, cavabdeh həmin dövrə qədər iddiaçıya 4800 (dörd min səkkiz yüz) manat ödəməli olduğu halda, cəmi 3296 (üç min iki yüz doxsan altı) manat ödədiyini və 1504 (min beş yüz dörd) manat borclu qaldığını, Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından Cavabdeh 12 iyul 2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan, etibarnamə əsasında idarə etdiyi TOYOTA PRİUS(HİBRİD) markalı, **-HA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi törətdiyi göründüyünü, yol nəqliyyat hadisəsi nəticəsində digər nəqliyyat vasitəsinin sürücüsü X2 az ağır dərəcəli xəsarətlər aldığını, Cavabdeh əməlində AR CM-nin 263.1-ci maddəsinin tərkibi yarandığını lakin xəsarət almış X2 Cavabdeh ilə barışdığını və ondan heç bir şikayəti və tələbinin olmadığı nəzərə alınaraq material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, Cavabdeh 2023cü ilin iyul ayından oktyabr ayınadək iddiaçıya ödəməli olduğu 3 aylıq pulu, 1800 (min səkkiz yüz) manat vəsaiti də ödəmədiyini, iş materiallarına əlavə edilmiş arayışdan İddiaçı mülkiyyətində olan, cavabdehin etibarnamə əsasında idarə etdiyi TOYOTA PRİUS(HİBRİD) markalı, **-HA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin təmir xərcinin 7200 (yeddi min iki yüz ) manat təşkil etdiyini, işdə olan sübutlardan iddiaçının 10.504 (on min beş yüz dörd) manat zərərə düşməsi Cavabdeh təqsirindən olduğu müəyyən edildiyini göstərərək, mülki işə baxılması Şahbuz rayon məhkəməsinin inzibati binasında 20 fevral 2024-cü il tarixdə saat 15:00-a təyin edildiyini, məhkəmənin hazırlıq iclaslarında iştirak edərək iş üzrə geniş izahat və suallara cavab verdiyini, iş üzrə zəruri hesab edilən sübutları məhkəməyə təqdim etdiklərini nəzərə alaraq məhkəmə baxış iclasını iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, borc məbləğinin və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixli öhdəlik müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında qeyd olunan öhdəlik müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 1.1-ci bəndinə görə birinci tərəf İddiaçı xx.xx.2022-ci il tarixli BB294146 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməinə əsasən ona məxsus olan 2005-ci il buraxılışı JTDKB20U953045512 ban nömrəli 77HA964 dövlət qeydiyyat nömrə nişanlı TOYOTA PRİUS (HİBRİD) Minik markalı avtomobilin 18000 (on səkkiz min) manata satılması barəsində Cavabdeh ilə razılığa gələrək, razılığa əsasən ikinci tərəf avtomobilin pulun 30 (otuz) ay müddətində hər ay-ayda 600 (altı yüz) manat olmaqla tam şəkildə ödənildikdən sonra həmin avtomobil müvafiq olaraq QİS-də Cavabdeh adına nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında keçirməyi qanun qarşısında öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə görə ikinci tərəf Cavabdeh xx.xx.2022-ci il tarixli, BB294146 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməinə əsasən ona məxsus olan 2005-ci il buraxılışı JTDKB20U953045512 ban nömrəli 77HA964 dövlət qeydiyyat nömrə nişanlı TOYOTA PRİUS (HİBRİD) Minik markalı avtomobilin 18000 (on səkkiz min) manata alınması barədə İddiaçı ilə razılığa gələrək, razılığa əsasən avtomobilin pulunu 30 (otuz) ay müddətində hər ay ayda 600 (altı yüz) manat olmaqla tam şəkildə ödəməyi qanun qarşısında öz öhdəsinə götürür. Həmin Müqavilənin 2-ci bəndinə görə ödəniş göstərilən tarixə kimi ödənilməzsə əvvəlcədən olunan ödənişlər geri qaytarlmamaq çərti ilə avtomobil geri qaytarılır. Həmin Müqavilənin 2.2-ci bəndinə görə ikinci tərəf yuxarıda göstərilən avtomobili texniki saz vəziyyətdə əldə etdiyini təsdiqləyir və avtomobilin müqavilənin müddəti bitən tarixə kimi texniki saz vəziyyətdə saxlamağı və hər hansı qəza hadisəsi baş verərsə təmiri ilə bağlı bütün xərcləri ödəməyi öz öhdəsinə götürü. Həmin Müqavilənin 3-cü bəndlərinə görə bu müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli xəbərdarlıq məktubundan Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməməsi və bununla bağlı İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq göndərməsi aydın olur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 07 noyabr 2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatdadır. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərəfindən işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında 14 dekabr 2022-ci il tarixli öhdəlik müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə İddiaçı xx.xx.2022-ci il tarixli BB294146 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinə əsasən ona məxsus olan 2005-ci il buraxılışı JTDKB20U953045512 ban nömrəli 77HA964 dövlət qeydiyyat nömrə nişanlı TOYOTA PRİUS (HİBRİD) Minik markalı avtomobilin 30 (otuz) ay müddətində hər ay-ayda 600 (altı yüz) manat olmaqla 18000 (on səkkiz min) manata Cavabdeh satmış, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər Cavabdeh tərəfindən tam edilməmiş, o, müqavilə üzrə ödənişləri xx.xx.2023-cü il tarixədək, iyul ayı üzrə ödəniş daxil olmaqla, ödəməli olduğu 4200 manat (7ay*600=4200) puldan 3296 manat ödəniş etmiş, yəni öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun İddiaçı qarşısında aylıq ödənişlər üzrə (iyul ayı daxil omaqla) 904 (doqquz yüz dörd) manat və əldən çıxmış fayda olaraq 2023-cü ilin avqust-oktyabr ayları üçün 1800 manat olmaqla (3ay*600=1800), ümumilikdə 2704 (iki min yeddi yüz dörd) manat məbləğində borcu yaranmışdır. Belə ki, iddiaçı tərəf istər iddia ərizəsində, istərsə də iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında cavabdehin axırıncı ödənişi 8 iyul 2023-cü ildə ödədiyni, cavabdehin həmin dövrə qədər ona 4800 (dörd min səkkiz yüz) manat ödəməli olduğunu göstərsə də, iş materialları tərəflər arasında müqavilənin 14 dekabr 2022-ci il tarixdə bağlanması və aylıq ödənişlər, hər ay üçün 600 manat olmaqla cavabdehin etibarnamə ilə istifadəsində olan 77HA964 dövlət qeydiyyat nişanlı, TOYOTA PRİUS (HİBRİD) Minik markalı avtomobilə görə 7 (yeddi) aylıq ödəniş üzrə 4200 manat öhdəliyi yaranması, həmin aylıq ödənişlərdən cavabdeh 3296 manat ödəməsi, cavabdehin aylıq ödənişlər üzrə 904 (doqquz yüz dörd) manat borcu olması müəyyən edilir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 2023-cü ilin iyul ayından oktyabr ayınadək iddiaçıya ödəməli olduğu 3 aylıq (avqust-oktyabr aylar üzrə əldən çıxmış fayda olaraq) 1800 (min səkkiz yüz) manat pulun tutulması barədə tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh 12 iyul 2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan, etibarnamə əsasında idarə etdiyi TOYOTA PRİUS(HİBRİD) markalı, **-HA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi törətmişdir, yəni həmin tarixdən sonrakı daha dəqiq 2023-cü ilin avqust, sentyabr və oktyabr ayları üzrə İddiaçı əldə çıxmış faydaya görə cavabdehdən tələb hüququ yaranmışdır. Həmçinin iş materiallarında olan “Rally Avto” Servis tərəfindən verilmiş arayışla 77HA964 dövlət qeydiyyat nişanlı, TOYOTA PRİUS (HİBRİD) Minik markalı avtomobilin təmirdə olma müddəti xx.xx.2023-xx.xx.2023 tarixlərdə olması müəyyən edilir. Belə olan halda məhkə hesab edir ki, cavabdeh İ.Səfərlidən əldən çıxmış fayda olaraq razılaşmaya əsasən aylıq ödənişə uyğun, yəni 600 manat olmaqla, avqust, sentyabr və oktyab ayları üzrə (3*600=1800) 1800 manat məbləğində pul tutularaq iddiaçı İ.Əsgəova ödənilməlidir. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən olur ki, 77HA964 dövlət qeydiyyat nişanlı, TOYOTA PRİUS (HİBRİD) Minik markalı avtomobilin İddiaçı mülkiyyətindədir. İddiaçı 77HA964 dövlət qeydiyyat nişanlı, TOYOTA PRİUS (HİBRİD) Minik avtomobil ilə bağlı bütün hüquq və vəzifələri 14 dekabr 2022-ci il tarixli öhdəlik müqaviləsinə əsasən Cavabdeh vermişdir. Cavabdeh müqavilə əsasında həmin 77HA964 dövlət qeydiyyat nişanlı, TOYOTA PRİUS (HİBRİD) Minik markalı avtomobili xx.xx.2023-ci il tarixdə idarə edərkən qəza törətmiş və qəza nəticəsində İddiaçı mülkiyyətində olan 77HA964 dövlət qeydiyyat nişanlı, TOYOTA PRİUS (HİBRİD) Minik markalı avtomobilə 7200 (yeddi iki yüz) manat məbləğində maddi ziyan dəymişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Cavabdeh tərəfindən iddianı təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 14 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, 19 saylı notariat ofisində bağlanmış öhdəlik müqaviləsinin ləğv edilməli, Cavabdeh 77HA964 dövlət qeydiyyat nişanlı, TOYOTA PRİUS (HİBRİD) Minik markalı avtomobilə dəymiş zərər görə 7200 (yeddi min iki yüz) manat, öhdəlik müqaviləsi üzrə aylıq ödənişlər üzrə qalıq borc olan 904 (doqquz yüz dörd) manat və əldən çıxmış faydaya görə 1800 (bir min səkkiz yüz) manat, cəmi 9904 (doqquz min doqquz yüz dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən ödənilmiş 122 (bir yüz iyirmi iki) manat miqdarında dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 115 (bir yüz on beş) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 14 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, 19 saylı notariat ofisində bağlanmış öhdəlik müqaviləsi ləğv edilsin. Cavabdeh 77HA964 dövlət qeydiyyat nişanlı, TOYOTA PRİUS (HİBRİD) Minik markalı avtomobilə dəymiş zərər görə 7200 (yeddi min iki yüz) manat, öhdəlik müqaviləsi üzrə aylıq ödənişlər üzrə qalıq borc olan 904 (doqquz yüz dörd) manat və əldən çıxmış faydaya görə 1800 (bir min səkkiz yüz) manat, cəmi 9904 (doqquz min doqquz yüz dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 122 (bir yüz iyirmi iki) manat miqdarında dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 115 (bir yüz on beş) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-15/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-15/2024
20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver