Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-154/2022 10.08.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Ərizənin baxılmamış saxlanması haqqında Şahbuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" X3 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: "xxxx" X6 “15” iyul 2022-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" X4 vurulmuş maddi ziyandan qalıq qalan 1432 (bir min dörd yüz otuz iki) manat məbləğində pul vəsaitinin cavabdeh X2 tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, 22 noyabr 2019-cu il tarixdə X5 idarə etdiyi “Opel Vecrta minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində (Dövlət Neft fondu binası yaxınlığında) idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus bir ədəd “klassik” tipli işıq dirəyinin tumba hissəsini sıradan çıxararaq müəssisəyə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Nizami RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı 02 dekabr 2019-cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara, Nizami rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP seriyalı ******* saylı İnzibati xəta haqqında protokola və 22 noyabr 2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Opel Vecrta minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən mütənasib qaydada Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X3 bank hesabına 1068 (bir min altmış səkkiz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddiamızı qanuni və əsaslı sayaraq hesab edirik ki, 22 noyabr 2019ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəmizə dəymiş 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyandan qalıq olarq qalan 1432 (bir min dörd yüz otuz iki) manat hissəsi cavabdehdən tutularaq "xxxx" X7 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəmizə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Qeyd olunan iddia ərizəsi Şahbuz Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 10 avqust 2022-ci il tarixə, saat 1100-a Şahbuz Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə 15 iyul 2022-ci il tarixli məhkəmə bildirişi və eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə SMS xəbərdarlığı göndərilməsə də, onlar məhkəmə hazırlıq iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən məhkəmə bildirişlərinin "xxxx" X4 25 iyul 2022-ci ildə və Cavabdeh 21 iyul 2022-ci ildə təqdim edilməsi müəyyən edilir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanan məhkəmə tərəflərə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrinin tələbinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli, 3 nömrəli qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və "xxxx" X3 verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edilsə də, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1 və 9.1.14-cü maddəslərinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı məhkəmə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olduğundan və bu səbbdən o rüsum ödəmədiyindən hazırki vəziyyətdə onun geri qaytarılmasının hüquqi həllinə ehtiyac qalmır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i: "xxxx" X3 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(090)-154/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-154/2022
10.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver