Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-155/2023 22.05.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələrə dair iddia ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2.010,33 (iki min on manat, otuz üç qəpik) manat borcun, həmçinin ödənilmiş 40,51 (qırx manat əlli bir qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1.-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə görə kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinin tələbinə görə ərizənin bu Məcəllənin 284- 3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələblərinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşayış yerlərini Naxçıvan MR, Culfa rayonu, Kırna kəndi göstərmiş, həmçinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatlara (verilmə tarixi xx.xx.2021) əsasən Cavabdeh2 və (verilmə tarixi xx.xx.2023) əsasən Cavabdeh1 rəsmi qeydiyyatda olduqları ünvan ünvan 1qqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdehlərin qeydiyyatda olmadığı yer üzrə verildiyi üçün ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya aidiyyəti üzrə cavabdehlərin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 40,11 (qırx manat, on bir qəpik) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından qeyd edilən sənədlərin iddiaçı təşkilata geri qaytarılmasına zərurət yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə cavabdehlərin qeydiyyatda olduqları yer üzrə məhkəməyə iddia vermək hüququ izah edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 40,11 (qırx manat, on bir qəpik) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-155/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-155/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver