Məhkəmə qərarları › İş №e-2(090)-156/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-156/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-156/2025 12.08.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank olmayan Kredı̇ t Təşkı̇ latı Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 29 dekabr 2020- ci il tarixli 14 saylı Restrukturizasiya müqaviləsi üzrə əsas borc 6245,47 manat, faiz borcu 170,88 manat olmaqla, cəmi 6416,35 manat ( altı min dörd yüz on altı manat otuz beş qəpik) manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması; borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 50,9 kv.metr, yaşayış sahəsi 44,4 kv. metr, yardımçı sahəsi 6,5 kv. metr olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi; ipoteka predmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 11319,0( on bir min üç yüz on doqquz) manat müəyyən edilməsi; ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan cəmi borc 6416,35 manat kredit borcunun və ödənilmiş 84,16 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank olmayan Kredı̇ t Təşkı̇ latı elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində iddiaçı "xxxx" QSC tərəfindən cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə bağlı bildiririk ki, borcun ödənilməsi ilə bağlı mübahisə aramızda həll olunduğundan, həmin borcla bağlı cavabdehə qarşı verilmiş iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin və ödənilmiş dövlət rüsumunun iddiaçıya geri qaytarılmasına dair müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizəyə heçbir münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank olmayan Kredı̇ t Təşkı̇ latının vəsatəti təmin edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmiçinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, saylı qırarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. MPM-in 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank olmayan Kredı̇ t Təşkı̇ latı tərəfindən 12 iyun 2025ci il tarixli, ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 84.16 (səksən dörd manat, on altı qəpik) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank olmayan Kredı̇ t Təşkı̇ latı tərəfindən 12 iyun 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 84.16 (səksən dörd manat, on altı qəpik) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar