Məhkəmə qərarları › İş №e-2(090)-158/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-158/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-158/2022 28.09.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “22” iyul 2022-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 oktyabr 2021-ci il tarixli, 332558-CNS-27361 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən 22 iyun 2022-ci il tarixə cavabdehin banka 6.329,08 (altı min üç yüz iyirmi doqquz manat, sıfır səkkiz qəpik) manat məbləğində əsas borc, 423,69 (dörd yüz iyirmi üç manat, altmış doqquz qəpik) manat məbləğində faiz borcu, 209,65 (iki yüz doqquz manat, altmış beş qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 6.962,42 (altı min doqquz yüz altmış iki manat, qırx iki qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 89,62 (səksən doqquz manat, altmış iki qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 oktyabr 2021-ci il tarixli, 332558- CNS-27361 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən istehlak məqsədilə illik 18,9% (on səkkiz tam onda doqquz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 6.500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2022ci il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 6.329,08 (altı min üç yüz iyirmi doqquz manat, sıfır səkkiz qəpik) manat məbləğində əsas borc, 423,69 (dörd yüz iyirmi üç manat, altmış doqquz qəpik) manat məbləğində faiz borcu, 209,65 (iki yüz doqquz manat, altmış beş qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 6.962,42 (altı min doqquz yüz altmış iki manat, qırx iki qəpik) manat məbləğində borcu qalmışdır. Borclu Cavabdeh xx.xx.2022-ci il tarixinə yaranmış borcu barədə xx.xx.2022-ci il tarixli, 4260 P saylı pretenziya məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh 6.500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2022ci il tarixli maps arayışına əsasən borclu Cavabdeh Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatdadır. İddiaçı təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin “21” sentyabr 2022-ci il tarixdə daxil olmuş ərizəsində məhkəmənin icraatında Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbinə dair e-2(090)-158/2022 saylı mülki işin olduğunu, həmin mülki iş üzrə məhkəmə iclasının 28 sentyabr 2022-ci il tarixə saat 12:00-a təyin edildiyini, həmin günə Bakı şəhərində məhkəmə prosesləri təyin edildiyini, bu səbəbdən də göstərilən tarixdə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, hazırkı işə onların iştirakı olmadan baxılaraq iddia tələblərinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarında olan 01 oktyabr 2021-ci il tarixli, 332558-CNS-27361 nömrəli “Nağd Krediti Müqaviləsi”-dən görünür ki, həqiqətən də Cavabdeh ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 2-ci fəslinə görə müqavilənin şərtlərinə əsasən kreditor borcalana 60 (altmış) ay müddətinə, illik 18.90% ödəmək şərtilə, 6.500 (altı min beş yüz) manat məbləğində kredit verir. Müqavilənin 9-cu fəslinə görə bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə AR qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 manat üçün 0.05 manat məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 01 oktyabr 2021-ci il tarixli, 332558-CNS-27361 nömrəli kredit müqaviləsinə Əlavə № 1-dən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Cavabdeh banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 11 may 2022-ci il tarixdə pretenziya məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 22 iyun 2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə banka 6.329,08 (altı min üç yüz iyirmi doqquz manat, sıfır səkkiz qəpik) manat məbləğində əsas, 423,69 (dörd yüz iyirmi üç manat, altmış doqquz qəpik) manat məbləğində faiz, 209,65 (iki yüz doqquz manat, altmış beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6.962,42 (altı min doqquz yüz altmış iki manat, qırx iki qəpik) manat məbləğində borcu mövcuddur və müqavilə üzrə öhdəliyini xx.xx.2022-ci il tarixdən icra etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı cavabdehə faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq əsas borc üzrə 6.329,08 (altı min üç yüz iyirmi doqquz manat, sıfır səkkiz qəpik) manat, faiz borcu üzrə 423,69 (dörd yüz iyirmi üç manat, altmış doqquz qəpik) manat, cərimə borcu üzrə 209,65 (iki yüz doqquz manat, altmış beş qəpik) manat, ümumilikdə isə 6.962,42 (altı min doqquz yüz altmış iki manat, qırx iki qəpik) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 449.1-ci maddəsinin məzmununa əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulmasına dair iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 01 oktyabr 2021-ci il tarixli, 332558-CNS-27361 nömrəli “Nağd pul krediti müqaviləsi” üzrə 6.329,08 (altı min üç yüz iyirmi doqquz manat, sıfır səkkiz qəpik) manat əsas, 423,69 (dörd yüz iyirmi üç manat, altmış doqquz qəpik) manat faiz və 209,65 (iki yüz doqquz manat, altmış beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6.962,42 (altı min doqquz yüz altmış iki manat, qırx iki qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 vasitəsilə 01 iyul 2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 89,62 (səksən doqquz manat, altmış iki qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətedi: İddia təmin edilsin. Cavabdeh 01 oktyabr 2021-ci il tarixli, 332558-CNS-27361 nömrəli “Nağd pul krediti müqaviləsi” üzrə 6.329,08 (altı min üç yüz iyirmi doqquz manat, sıfır səkkiz qəpik) manat əsas, 423,69 (dörd yüz iyirmi üç manat, altmış doqquz qəpik) manat faiz və 209,65 (iki yüz doqquz manat, altmış beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6.962,42 (altı min doqquz yüz altmış iki manat, qırx iki qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 vasitəsilə 01 iyul 2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 89,62 (səksən doqquz manat, altmış iki qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar