Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-169/2024 16.08.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc: 2784.06 (iki min yeddi yüz səksən dörd manat 06 qəpik), faiz borcu: 203.32 AZN (iki yüz üç manat 32 qəpik), cərimə borcu: 91.18 AZN (doxsan bir manat 18 qəpik), cəmi borc: 3078.56 AZN (üç min yetmiş səkkiz manat 56 qəpik ) məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 50.78 manat məbləğində dövlət rüsumunun «X2 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə «X2 Azərbaycan» QSC və Cavabdeh arasında 283225 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 5000 (beş min) manat məbləğində pul ayrılmışdır və о, 36 (otuz altı) ay müddətində illik 15 % (on beş) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X2 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X2 Azərbaycan» QSC-yə olan borcu: əsas məbləğ üzrə borc: 2784.06 (iki min yeddi yüz səksən dörd manat 06 qəpik); faiz borcu: 203.32 AZN (iki yüz üç manat 32 qəpik); cərimə borcu: 91.18 AZN (doxsan bir manat 18 qəpik); cəmi borc: 3078.56 AZN (üç min yetmiş səkkiz manat 56 qəpik ) məbləğində təşkil edir. Məhkəmə iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 13 iyun 2022-ci il tarixli, 283225 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 1-ci bəndinin müvafiq yarım bəndlərinə görə bu müqavilənin predmetinə və s. dair şərtlər müqavilənin müvafiq hissələrindəki müddəalarla tənzimlənir. Borcverən borcaİana bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə istehlak yönümlü kredit verir, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmasını öhdəsinə götürür. Kreditin məbləği 5.000 (beş min) manat təşkil edir. Kredit borcalana 36 ay müddətinə və istifadəsinə görə illik 15% dərəcəsini ödəmək şərti ilə verilir. Faizlər kreditin borcalana verildiyi gündən hesablanır və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən kreditin qaytarılma cədvəlində müəyyən edilmiş qaydada və məbləğlərdə ödənilir. Kredit üzrə faizlər bu müqavilənin şərtlərinə əsasən kredit borcalana verildiyi gündən borcun tam qaytarılması anınadək hesablanır. Kredit məbləği borcalana “X2 Azərbaycan” QSC-də açdığı müvafiq cari hesaba köçürülməklə verilir. Borcalan borcverənə kredit reyestri üzrə 0 (sıfir) manat məbləğində komisyon haqqını ödəyir. Borcalan borcverənə nağd çəkdiyi kredit məbləğinin 0.00 məbləğində nağd çəkmə və 1.65 % miqdarında kredit verilmə üzrə komisyon haqqını ödəyir və ya borcverən borcalana verilən kredit məbləğinin 1.65 % miqdarında komisyon haqqını borcalanın hesabından tutur. Kredit üzrə faktiki illik faiz dərəcəsi (komisyon xərclər daxil olmaqla) 16.25 faiz təşkil edir. Bu müqavilə üzrə alınmış kredit borcalan tərəfindən fərdi ehtiyac (məqsəd və təyinat) üçün istifadə ediləcəkdir. Borcalan götürdüyü krediti təyinatı üzrə istifadə edə bilmədiyi təqdirdə, bu barədə borcverənə məlumat verməklə kreditin əsas məbləğini və ona hesablanmış faizləri dərhal borcverənə qaytarmalıdır. Bu halda borcverən bu müqavilə ilə müəyyən olunmuş kredit müddəti üçün tam faiz məbləğini tələb etmək hüququnu özündə saxlayır. Müqavilənin 4.1-ci bəndinə görə borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir. Müqavilənin 5.2-ci bəndinə əsasən kreditor, borcalan tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə, kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və/və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesablanan cərimə məbləğlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi/çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi/çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini borcalandan tələb etmək hüququna malikdir. Müqavilənin 8-ci bəndinə görə müqavilə imzalandığı gündən qüvvəyə minir və borcalan tərəfindən öhdəlikləri tam yerinə yetirilənədək qüvvədə olur. İş materiallarına olan 13 iyun 2022-ci il tarixli, 283225 nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh 15 iyul 2022-ci il tarixdən başlamaqla iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə 16 iyun 2025-ci il tarixədək hər ay əsas və faiz borcundan ibarət 173.33 (bir yüz yetmiş üç manat, otuz üç qəpik) manat, sonuncu ay isə 181.11 (bir yüz səksən bir manat, on bir qəpik) manat ödəməyi öhdəsinə götürüb. Cavabdeh banka olan kredit borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 29 noyabr 2023-cü il tarixli bildiriş-xəbərdarlıq məktubundan və 430922 nömrəli yol qaiməsindən onun müqavilədən irəli gələn öhdəliyi lazımınca icra etməməsi müəyyən olunur. İş materiallarına əlavə olunmuş 11 iyul 2024-cü il tarixli maliyyə arayışından məlum olur ki, “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh (borcalan) arasında bağlanmış 13 iyun 2022-ci il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehə 5.000 (beş min) manat məbləğində kredit verilmiş və onun müqavilə üzrə 2784.06 (iki min yeddi yüz səksən dörd manat, altı qəpik) manat əsas, 91.18 (doxsan bir manat, on səkkiz qəpik) manat cərimə və 203.32 (iki yüz üç manat, otuz iki qəpik) manat faiz borcu olmaqla, cəmi 3078.56 (üç min yetmiş səkkiz manat, əlli altı qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh Şahbuz rayonu, Türkeş kəndində qeydiyyatdadır. İddiaçı təşkilatın ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh istifadə etdiyi kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 449.1-ci maddəsinin məzmununa əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir; Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı cavabdehə faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmişlər və buna görə də cavabdehin kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 13 iyun 2022-ci il tarixli, 283225 nömrəli kredit müqaviləsi üzrə 2784.06 (iki min yeddi yüz səksən dörd manat, altı qəpik) manat əsas, 91.18 (doxsan bir manat, on səkkiz qəpik) manat cərimə və 203.32 (iki yüz üç manat, otuz iki qəpik) manat faiz borcu olmaqla, cəmi 3078.56 (üç min yetmiş səkkiz manat, əlli altı qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 50.78 (əlli manat, yetmiş səkkiz qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13 iyun 2022-ci il tarixli, 283225 nömrəli kredit müqaviləsi üzrə 2784.06 (iki min yeddi yüz səksən dörd manat, altı qəpik) manat əsas, 91.18 (doxsan bir manat, on səkkiz qəpik) manat cərimə və 203.32 (iki yüz üç manat, otuz iki qəpik) manat faiz borcu olmaqla, cəmi 3078.56 (üç min yetmiş səkkiz manat, əlli altı qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 50.78 (əlli manat, yetmiş səkkiz qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-169/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-169/2024
16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver