Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-176/2022 02.11.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti "25" avqust 2022-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 09 iyul 2020-ci il tarixli, İK0907/23 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 5254.03 (beş min iki yüz əlli dörd manat 03 qəpik) manat əsas borc, 157,75 (bir yüz əlli yeddi manat 75 qəpik) manat faiz borcu, 92,79 (doxsan iki manat 79 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5 504.57 (beş min beş yüz dörd manat 57 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 75.05 (yetmiş beş manat 05 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilatın nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsilə 02 noyabr 2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə vəsatət göndərərək iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair ərizəsinin Şahbuz Rayon Məhkəməsində e-2(090)- 176/2022 saylı mülki iş üzrə baxılması üçün qəbul edildiyini, borcalanın kreditinin restrukturizasiya olunması ilə bağlı müsbət qərar qəbul edildiyini, bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə vəsatəti təmin edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər iddiaçı təşkilata qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 vasitəsilə 25 avqust 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 75,05 (yetmiş beş manat, sıfır beş qəpik) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron Məhkəmə” Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçı təşkilata geri qaytarılmasına zərurət yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 vasitəsilə 25 avqust 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 75,05 (yetmiş beş manat, sıfır beş qəpik) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-176/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-176/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver