Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-18/2023 10.01.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" X2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" X5 iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" X4 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 1.432 (bir min dörd yüz otuz iki) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “Opel Vecrta minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində (X10 binası yaxınlığında) idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus 1 ədəd “Klassik” tipli işıq dirəyinin tumba hissəsini sıradan çıxararaq müəssisəyə 2.500 (iki min beş yüz) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Nizami RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı 02 dekabr 2019-cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara, Nizami rayon DYPŞnin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2019-cu il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Opel Vecrta minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən mütənasib qaydada Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 bank hesabına 1.068 (bir min altmış səkkiz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisələrinə dəymiş 2.500 (iki min beş yüz) manat məbləğində maddi ziyandan qalıq olarq qalan 1.432 (bir min dörd yüz otuz iki) manat hissəsi cavabdehdən tutularaq "xxxx" X6 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı "xxxx" X4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Rüslan Hüseynov “10” yanvar 2023-cü il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştiraklarının mümkün olmayacağını, iddia tələblərini müdafiə etdiklərini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Nizami TİR-nun rəisi N.Ələkbərov, iş icraçısı X.Vəliyev, elektrik montyorları "xxxx" X2 baş mühəndisi M.Babayev tərəfindən təsdiq edilmiş 25 noyabr 2019-cu il tarixli Nizami TİR-da əsas vəsaitlərin ləğv edilməsi haqqında aktın məzmunundan görünür ki, Cavabdeh tərəfindən "xxxx" X4 məxsus “Klassik” tipli dirəyin tumbasına 2.500 (iki min beş yüz) manat məbləğində ziyan vurulmuş və dirəyin tumbası tam yararsız hala salınmışdır. İş materiallarında olan Nizami rayonu, Heydər Əliyev prospektində (X10 binası yaxınlığında) “Opel” markalı, **-VT-*** nömrəli dövlət nömrə nişanlı avtomaşınla vurulmuş dirəyin bərpasına səfr olunan xərclərin smetası cədvəlindən görünür ki, “Klassik” tipli dirəyin tumbasının ümumi dəyəri 2.500 (iki min beş yüz) manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri, Nizami rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən Cavabdeh tərəfindən maddi zərər yetirilməsi qeyd olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" X2 bank hesabına 1.068,25 (bir min altmış səkkiz manat, iyirmi beş qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Şada kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə tərəfindən işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın olur ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-VT-*** dövlət qeydiyyat nömrəli, “Opel Vectra” markalı avtomobili xx.xx.2019-cu il tarixdə saat təxminən 10:00 radələrində idarə edərkən idarəetməni itirmiş və avtomobil yolun kənarında Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində əsas yolda hava limanı istiqamətində hərəkət olan zaman X3 etibarnamə ilə sahibliyində olan “Ravon” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, alınan zərbədən “Ravon” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil irəli hərəkət edərək hərəkət hissəsinin sol tərəfindəki səkini adlayaraq işıq dirəyinə çırpılmış, nəticədə Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" EŞM-nin balansında olan işıq dirəyinin tumbasını sıradan çıxarmışdır. Bakı şəhəri, Nizami rayon DYPİ tərəfindən cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" EŞM-nin xx.xx.2019-cu il tarixli akt ilə işıq dirəyinin sıradan çıxaması nəticəsində müəssisəyə dəymiş maddi ziyan 2.500 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən mütənasib olaraq Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" EŞM-nin bank hesabına 1.068 (bir min altmış səkkiz) manat məbləğində sığorta ödənişi edilibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə aşağıdakılara görə hesab edir ki, iddiaçı "xxxx" X2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barədə iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" EŞM 2.500 manat maddi ziyan dəymiş, həmin məbləğin 1.068 (bir min altmış səkkiz) manatı sığorta şirkəti ödəmiş, Cavabdeh müəssisəyə dəymiş ziyanın qalıq olan 1.432 (bir min dörd yüz otuz iki) manat hissəsini müəssisəyə ödəməmişdir. Cavabdeh tərəfindən iddianı təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.432 (bir min dörd yüz otuz iki) manat məbləğində pul alınaraq "xxxx" X4 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Cavabdeh 34,32 (otuz dörd manat, otuz iki qəpik) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.432 (bir min dörd yüz otuz iki) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" X4 ödənilsin. Cavabdeh 34,32 (otuz dörd manat, otuz iki qəpik) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-18/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-18/2023
10.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver