Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-197/2022 16.11.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 iyun 2020-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə olan 7.608,33 (yeddi min altı yüz səkkiz manat, otuz üç qəpik) manat əsas, 395,91 (üç yüz doxsan beş manat, doxsan bir qəpik) manat faiz və 232,89 (iki yüz otuz iki manat, səksən doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8.237,13 (səkkiz min iki yüz otuz yeddi manat, on üç qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 102,37 (bir yüz iki manat, otuz yeddi qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən Şahbuz Rayon Məhkəməsinin ünvanına 15 noyabr 2022-ci il tarixdə daxil olmuş elektron ərizəsində iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi üzrə tələbinə e-2(090)-197/2022 saylı iş üzrə cavabdeh tərəfindən kredit borcu üzrə ödəniş olunduğunu, bu səbəbdən də kreditin restrukturizasiya olunması ilə bağlı qərar qəbul edildiyini, qeyd olunanlara əsasən işin baxılmamış saxlanılmasını, eyni zamanda 16 noyabr 2022-ci il tarixli elektron ərizə ilə müraciət edərək işin çoxluğu ilə əlaqədar məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 vasitəsilə 15 sentyabr 2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 102,37 (bir yüz iki manat, otuz yeddi qəpik) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizə təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 vasitəsilə 15 sentyabr 2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 102,37 (bir yüz iki manat, otuz yeddi qəpik) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-197/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-197/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver