Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-21/2025 18.02.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək x vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borca görə 147.43 AZN, faiz borcuna görə 13.32 AZN olmaqla, cəmi 160.75 AZN borcun, BPM**********39 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 5954.72 AZN, faiz borcuna görə 57.53 AZN olmaqla, cəmi 6012.25 AZN borcun, ümumilikdə 6173 AZN borcun o cümlədən iddia ərizəsi üçün ödənilmiş 81.73 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə x arasında bağlanmış BPM**********39 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən xna illik 24 faizlə 36 ay müddətinə 300 (üç yüz manat) AZN kredit xətti ayrılmışdır. BPM**********39 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xna illik 22 faizlə 48 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. AZ-İ № 943809 saylı ölüm haqqında şəhadətnaməyə əsasən x xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Naxçıvan regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 1437 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən xx.xx.2023-cü il tarixli, 2/V-159 nömrəli reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qeydə alındığı müəyyən edilmişdir. “Elektron notariat” X1 çıxarışa əsasən Cavabdeh xnun vərəsəsi olduğu müəyyən edilmişdir. Yuxarıda adı çəkilən BPM**********39 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən cavabdehin əsas borca görə 147.43 AZN, faiz borcuna görə 13.32 AZN olmaqla, cəmi 160.75 AZN borcu, BPM**********39 nömrəli xx.xx.2022-ci tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 5954.72 AZN, faiz borcuna görə 57.53 AZN olmaqla, cəmi 6012.25 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 81.73 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-38682/2024 və 6-2-22/2- 38683/2024 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə2 “13” fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə baxışı iclasının 18 fevral 2025-ci il tarixinə təyin edildiyini, e-2(090)- 21/2025 nömrəli mülki iş üzrə mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli BPM**********39 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 147.43 manat əsas, 13.32 manat faiz borcu olmaqla, cəmi 160.75 manat borcu, xx.xx.2022-ci il tarixli BPM**********39 nömrəli kredit müqaviləsinə əsasən 5954.72 manat əsas borcu, 57.53 manat faiz borcu olmaqla, cəmi 6012.25 manat borcu, ümumilikdə 6173 manat kredit borcu tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, "xxxx" ASC ilə x arasında kredit müqaviləsinin bağlanmış olması, "xxxx" ASC tərəfindən borcalana gündəlik tələbat kreditinin verilməsi, cavabdehə öhdəliyin icrası tələbi ilə xəbərdarlıq edildiyi aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, BPM**********39 saylı tərəflərin imzaladığı müqavilədən "xxxx" ASC ilə x arasında tam kart çərçivə müqaviləsinin bağlanmış olması, Bank tərəfindən borcalana 36 ay müddətinə 300 (üç yüz) manat məbləğində illik 24% faiz dərəcəsi ilə kredit xəttinin açılması barədə razılıq əldə olunması aydın olur. İş materiallarına əlavə olunmuş tam kart çərçivə müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci bəndlərinə əsasən tam kartın müddətinin 60 (altmış) ay olması, tam kartın kredit hissəsinə bağlı hesabın nömrəsinin ******************** olması, tam kartın debet və ya əmək haqqı kart hissəsinə bağlı hesabın nömrəsinin ******************** olması, tam kart hesabının valyutasının AZN olması, tam kart üzrə kredit limitinin məbləğinin 15000 (on beş min) manat olması müəyyən olunur; - müqavilənin 6-cı, 7-ci, 8-ci və 9-cu bəndlərinə əsasən kredit xəttinin məbləğinin 300 (üç yüz) manat olması, kredit xəttinin müddətinin 36 (otuz altı) ay olması, kredit xətti üzrə illik faiz dərəcəsinin 24% olması, kredit xətti üzrə faktiki illik faiz dərəcəsinin 24.76% olması müəyyən olunur; - müqavilənin 10-cu maddəsinə əsasən tam kartın təyinatının şəxsi ehtiycların ödənilməsi/istehlak məqsədləri olması müəyyən olunur. Mülki iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli BPM**********39 nömrəli tərəflərin imzaladığı müqavilədən "xxxx" ASC ilə x arasında kredit müqaviləsinin bağlanmış olması, Bank tərəfindən borcalana 48 ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində, kreditdən istifadəyə görə illik 22% faiz dərəcəsi ilə kredit verilməsi barədə razılıq əldə olunması aydın olur. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci bəndlərinə əsasən kredit məbləğinin 6500 (altı min beş yüz) manat olması, 48 (qırx səkkiz) ay müddətinə, güzəşt müddəti olmadan, illik 22% (iyirmi iki) faiz dərəcəsi ilə (FİFD 22%) verilməsi müəyyən olunur; - müqavilənin 6-cı, 7-ci, 8-ci və 9-cu bəndlərinə əsasən kreditin təyinatının şəxsi istehlak məqsədləri olması, kreditin verilməsinə/rəsmiləşdirilməsinə görə komisyon haqqının 0% olması, ödəniş qaydasının bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan Annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməsi, təminatın olmaması müəyyən olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 262RPT********** nömrəli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixədək əsas borc üzrə 5954.72 (beş min doqquz yüz əlli dörd manat, yetmiş iki qəpik) manat, faiz borcu üzrə 57.53 (əlli yeddi manat, əlli üç qəpik) manat, cərimə borcu 0 (sıfır) manat, bank tərəfindən ödənilmiş dövlət rüsumu 81.73 (səksən bir manat, yetmiş üç qəpik) manat, bank tərəfindən ödənilmiş komisyon haqqı 0,40 (qırx qəpik), borc üzrə cəmi tələb edilən məbləğ 6012.25 (altı min on iki manat, iyirmi beş qəpik) manat, rüsum üzrə cəmi tələb edilən məbləğ 82.13 (səksən iki manat, on üç qəpik) manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, BPM**********39 nömrəli məxaric orderinin surətindən məlum olur ki, x 4975.28 (dörd min doqquz yüz yetmiş beş manat, iyirmi səkkiz qəpik) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarında olan kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli, BPM**********39 nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən edilir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və x kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, kredit xətti üzrə müqaviləyə dair maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixədək əsas borc üzrə 147.43 (bir yüz qırx yeddi manat, qırx üç qəpik) manat, faiz borcu üzrə 13.32 (on üç manat, otuz iki qəpik) manat, cəmi kredit üzrə borc 160.75 (bir yüz altmış manat, yetmiş beş qəpik) manat, rüsum üzrə tələb edilən məbləğ 0 (sıfır) manatdır. İş materiallarında olan Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ seriyalı, 943809 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x xx.xx.2023-cü il tarixdə, dəqiqləşdirilməmiş ürək çatışmamazlığı səbəbindən, Naxçıvan şəhərində vəfat etmişdir. İş materiallarında olan Naxçıvan Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubunda xx.xx.2023-cü il tarixdə vəfat etmiş xna Naxçıvan Asan Xidmət mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixli, 2/V-159 nömrəli reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi müəyyən olunur. “Elektron notariat” X1 çıxarışa əsasən xnun qanun üzrə vərəsəsi Cavabdeh etibarnamə ilə nümayəndəsi X3 vasitəsi ilə mirası qəbul etməsi müəyyən edilir. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2023-cü il tarixdə xna verilmiş **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Naxçıvan şəhəri, 58-ci məhəllə, 3/29A ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktublarından cavabdehin müqavilədən irəli gələn öhdəliyi icra etməməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatdadır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, iddaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum x arasında bağlanmış kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı təşkilat M.Haqverdiyevin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, lakin mərhum M.Haqverdiyevin ölümu ilə əlaqədar öhdəliyin icrası mümkün olmamışdır. Mərhum M.Haqverdiyevin ölümündən sonra ilk növbə vərəsə olan Cavabdeh miras qoyan M.Haqverdiyevdən qalmış mirası qəbul etmiş, bu əsasla da iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı öhdəliyin icrası tələbi irəli sürmüşdür. İddiaçı cavabdehə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq xx.xx.2022ci il tarixli, BPM**********39 saylı tam kart müqaviləsi üzrə 147.43 (bir yüz qırx yeddi manat, qırx üç qəpik) manat əsas borc, 13.32 (on üç manat, otuz iki qəpik) manat, cəmi 160.75 (bir yüz altmış manat, yetmiş beş qəpik) manat, xx.xx.2022-ci il tarixli, BPM**********39 saylı kredit müqaviləsi üzrə 5954.72 (beş min doqquz yüz əlli dörd manat, yetmiş iki qəpik) manat, faiz borcu üzrə 57.53 (əlli yeddi manat, əlli üç qəpik) manat, cərimə borcu 0 (sıfır) manat, bank tərəfindən ödənilmiş dövlət rüsumu 81.73 (səksən bir manat, yetmiş üç qəpik) manat, borc üzrə cəmi tələb edilən məbləğ 6012.25 (altı min on iki manat, iyirmi beş qəpik) manat, cəmi iki müqavilə üzrə tələb edilən məbləğin 6173 (altı min bir yüz yetmiş üç) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iddiaçı tərəfindən iddia üzrə ödənilmiş dövlət rüsumu ilə əlaqədar ödənilmiş 0,4 manat bank xidmət haqqının tutulması barədə tələbi ilə bağlı qeyd edir ki, MPM-in 107-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçının 0,40 (qırx) manat bank xidmət haqqı ödəməsi onun məhkəməyə iddia tələbi ilə müraciət etməsi ilə bağlı yarandığından məhkəmə bunu işə baxılması ilə əlaqədar zəruri hesab edilən digər xərclərə aid olduğunu hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 147.43 (bir yüz qırx yeddi manat, qırx üç qəpik) manat əsas borc, 13.32 (on üç manat, otuz iki qəpik) manat, cəmi 160.75 (bir yüz altmış manat, yetmiş beş qəpik) manat, xx.xx.2022-ci il tarixli, BPM**********39 saylı kredit müqaviləsi üzrə 5954.72 (beş min doqquz yüz əlli dörd manat, yetmiş iki qəpik) manat, faiz borcu üzrə 57.53 (əlli yeddi manat, əlli üç qəpik) manat, cərimə borcu 0 (sıfır) manat, bank tərəfindən ödənilmiş dövlət rüsumu 81.73 (səksən bir manat, yetmiş üç qəpik) manat, borc üzrə cəmi tələb edilən məbləğ 6012.25 (altı min on iki manat, iyirmi beş qəpik) manat, cəmi iki müqavilə üzrə tələb edilən məbləğin 6173 (altı min bir yüz yetmiş üç) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 81.73 (səksən bir manat, yetmiş üç qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Həmçinin 0,40 (qırx) manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 147.43 (bir yüz qırx yeddi manat, qırx üç qəpik) manat əsas borc, 13.32 (on üç manat, otuz iki qəpik) manat, cəmi 160.75 (bir yüz altmış manat, yetmiş beş qəpik) manat, xx.xx.2022-ci il tarixli, BPM**********39 saylı kredit müqaviləsi üzrə 5954.72 (beş min doqquz yüz əlli dörd manat, yetmiş iki qəpik) manat, faiz borcu üzrə 57.53 (əlli yeddi manat, əlli üç qəpik) manat, cərimə borcu 0 (sıfır) manat, bank tərəfindən ödənilmiş dövlət rüsumu 81.73 (səksən bir manat, yetmiş üç qəpik) manat, borc üzrə cəmi tələb edilən məbləğ 6012.25 (altı min on iki manat, iyirmi beş qəpik) manat, ümumilikdə 6173 (altı min bir yüz yetmiş üç) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə xərci olaon ödənilmiş 81.73 (səksən bir manat, yetmiş üç qəpik) manat miqdarında dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı olmaqla cəmi 82.13 (səksən iki manat, on üç qəpik) Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-21/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-21/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver