Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-249/2023 12.10.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4.987 (dörd min doqquz yüz səksən yeddi) manat, faiz borcuna görə 1.151,5 (bir min bir yüz əlli bir manat, əlli qəpik) manat, cərimə borcuna görə 64,57 (altmış dörd manat, əlli yeddi qəpik) manat, cəmi 6.203,07 (altı min iki yüz üç manat, sıfır yeddi qəpik) manat məbləğində borcun və 82,04 (səksən iki manat, sıfır dörd qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" Qeyri- Bank Kredit Təşkilatı X1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 nümayəndəsi Nümayəndə tərəfindən Şahbuz Rayon Məhkəməsinin ünvanına 02 oktyabr 2023-cü il tarixdə daxil olmuş işin baxılmamış saxlanılmasına dair elektron ərizəsində "xxxx" MM QBKT-nin cavabdehlər Cavabdeh3 və qeyrisinə qarşı borc tələbinə dair iddia ərizəsi üzrə 2(090)-249/2023 saylı mülki işin Şahbuz Rayon Məhkəməsinin icraatında olduğunu, cavabdeh tərəfindən gecikmə borcunun ödənilməsi səbəbindən icraatda olan mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 nümayəndəsinin, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 nümayəndəsi Nümayəndə ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 tərəfindən X4 vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 82,04 (səksən iki manat, sıfır dörd qəpik) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçı təşkilata geri qaytarılmasına zərurət yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 tərəfindən X4 vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 82,04 (səksən iki manat, sıfır dörd qəpik) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-249/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-249/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver