Məhkəmə qərarları › İş №e-2(090)-249/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-249/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-249/2024 01.11.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi üzrə kiçik iddiaya dair ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1140 manat məbləğində əsas borcun və məhkəməyə ödədiyi dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, aşağıda göstərilənlərə görə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarını nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Belə ki, Elektron Məhkəmə Sistemində olan “ödənişin yoxlanılması” məlumatları ilə iddia ərizəsinə əlavə edilmiş qəbzdən xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun e-2(090)-138/2024 saylı mülki iş üzrə istifadə edilməsi müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı borcun qaytarılması tələbinə dair iş üzrə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. İş materiallarını nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinin tələbinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı 20 may 2024-cü il tarixdə məhkəmənin ünvanına daxil olmuş iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzlə iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməsi müəyyən olunur. Yəni, İddiaçı iddia ərizəsi verən zaman 31.40 (otuz bir manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 2 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsinə xəbərdarlıq məktubu və xəbərdarlıq məktubunun cavabdehə rəsmi qaydada verilməsini və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yekunda məhkəmə onu da qeyd edir ki, İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.2, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar