Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-266/2023 23.10.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 345.91 manat məbləğinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində “Kartmane-debit kart” müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə bank kartı verilmiş və **********6944-126863 saylı kart hesabı açılmışdır. Müştərilər xx.xx.2022-ci il tarixində sistemdə olan texniki nasazlıq üzündən vəsaitlər artıq oturmuşdur. xx.xx.2022-ci il tarixində isə artıq oturmuş 367 manat vəsait silinmişdir. Müştəri artıq vəsaiti istifadə etdiyindən 345.91 manat overdraft borcu yaranmışdır. Bankın “Nizami” filialı tərəfindən cavabdehə bu barədə xx.xx.2023-cü il tarixli, xx-xx/2237 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan 345.91 manat pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurmuşdur. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. İş materiallarında olan müqavilədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilə imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə görə bu müqavilə bank tərəfindən emissiya edilən kartların və PİN-kod olan zərfin müştəriyə şəxsən və ya etibarnamə əsasında müvəkkil edilən nümayəndəsinə verilməsi və onlardan istifadə edilməsi ilə bağlı bank və müştəri arasında hüquq münasibətlərinin əmələ gəlməsini, onların hüquq və vəzifələrini, məsuliyyət dairəsini, kartlardan istifadənin əsas şərtlərini və qaydalarını, tərəflər arasında bu sahədə yarana bilən digər münasibətləri müəyyən edir və tənzimlənir. Müqavilənin 3.2 və 4.2-ci bəndlərinə görə müştərinin hər hansı şəkildə banka verdiyi təminat kartdan bu müqaviləyə uyğun istifadə ilə bağlı yarana bilən borcların qaytarılması üçündür. Müştəri kartdan və kart hesabından istifadə ilə bağlı yaranan borcu, həmçinin kartlar üzrə bankın tariflərində göstərilmiş faiz, komisyon haqqı və digər ödəmələri banka ödəməyi öhdəsinə götürür. Müqavilənin 6.3-cü bəndinə əsasən kart vasitəsilə bu müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız kart hesabında olan pul vəsaitinin məbləği həddində əməliyyat aparıla, ödəniş edilə bilər. Müqavilənin 8.2-8.5-ci bəndlərinə görə bank müştərinin kart hesabına əsassız olaraq, səhvən daxil edilmiş pul vəsaitini, artıq ödənilən məbləği və ya digər texniki overdraft məbləğini, həmçinin bu müqavilədə nəzərdə tutulmayan hallarda səhvən kart hesabına köçürülmüş müştəriyə məxsus olmayan istənilən digər vəsaiti, müştərinin sərəncamı olmadan bankdakı istənilən hesabından akseptsiz qaydada silir. Müştəri bank tərəfindən əsassız olaraq və ya səhvən daxil edilmiş pul vəsaitindən, habelə digər texniki overdraft məbləğindən istifadə edərsə, həmin vəsaiti banka bu müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada geri ödəməlidir. Əks təqdirdə bankın həmin məbləği müştərinin bankda olan istənilən hesabından (cari, depozit və.s) akseptsiz qaydada silmək hüququ yaranır və bu müqaviləni imzalamaqla müştəri buna öz razılığını bildirir. Müştəri, kart hesabı üzrə yaranan overdraft borcunu, bu haqda bankdan məlumat alan tarixdən etibarən 30 təqvim günü müddətində banka ödəməyi öhdəsinə götürür. Kart hesabı üzrə overdraft yarandığı təqdirdə, bu haqda müştəriyə telefon, e-mail və ya SMS vasitəsilə məlumat verilir. Müştəri overdraft üzrə yaranan borcu banka overdraftın yarandığı gündən etibarən 30 təqvim günü ərzində ödəməzsə, bu halda bankın overdraft borcu məbləğinə tətbiq etdiyi illik 2 (iki) faiz dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu banka ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və müqavilə üzrə verilmiş kartın istifadə müddəti bitənədək və ya xitam verilməsi ilə bağlı bu müqavilədə nəzərdə tutulmuş hallardan hər hansı biri baş verənədək qüvvədə qalır. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli, xx-xx/2224 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli kartname +debit kart müqaviləsinə əsasən verilmiş 5261…..6828 saylı kart və **********6944-126863 hesabı üzrə olan borcu xx.xx.2022-ci ildə sistemdə olan texniki nasazlıqdan vəsaitlərin artıq oturması səbəbindən yaranmışdır. xx.xx.2022-ci il tarixində isə artıq oturmuş 367 manat vəsait silinmişdir. Müştəri artıq vəsaiti istifadə etdiyindən overdraft borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixinə overdraft borcu 345.91 azn-dir. Cavabdeh banka olan borcun (overdraft) ödənilməsi ilə bağlı 28 iyul 2023cü il tarixli, xx-xx/2237 nömrəli bildiriş məktubu göndərilməsinə baxmayaraq, həmin borc (overdraft) cavabdeh tərəfindən ödənilməmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh Şahbuz rayonu, Mahmudoba kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1092.1-ci maddəsinin tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, Cavabdeh hesabına bank tərəfindən (texniki problem səbəbindən) köçürülmüş vəsait cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan istifadə edildiyindən onun üzərində həmin vəsaiti qaytarılması öhdəliyi yaranmışdır. Belə ki, iddiaçı bank 345.91 manat məbləği (texniki problem səbəbindən) Cavabdeh verməklə və cavabdeh tərəfindən həmin məbləğ qaytarılmayaraq həmin məbləği hüquqi əsası olmadan istifadə etməklə cavabdehin müvafiq məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 345,91 (üç yüz qırx beş manat, doxsan bir qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 345,91 (üç yüz qırx beş manat, doxsan bir qəpik) manat məbləğində borc və 30 (otuz) manat miqdarında dövlət rüsumu olmaqla, cəmi 375,91 (üç yüz yetmiş beş manat, doxsan bir qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-266/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-266/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver