Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-27/2025 18.02.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3279,41 manat əsas borc, 842,36 manat faiz borcu olmaqla, cəmi 4121,77 manat (dörd bir yüz iyirmi bir manat 77 qəpik) borcun və ödənilmiş 61,21 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Naxçıvan filialı ilə Cavabdeh1 Cəmi oğlu arasında 16 mart 2022-ci il tarixli 4854 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 24 %-lə 5000,0 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 16 mart 2022-ci il tarixli 19/22-KKK-01 saylızaminlik müqaviləsinə əsasən Cavabdeh2 və 16 mart 2022- cü il tarixli 19/22-KKK-02 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 həmin borca zamin durmuşdur. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməli idi. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh1 tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış faizlərin qaytarılması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtləriniəhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh1 iddiaçıya olan borcu 3279,41 manat əsas borc, 842,36 manat faiz borcu olmaqla, cəmi borcu 4121,77 (dörd min bir yüziyirmi bir manat, yetmiş bir qəpik) təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlər Cavabdeh1, onun zaminləri Cavabdeh2 və Cavabdeh3 dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini təmin etməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə «11» fevral 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 18 fevral 2025-ci il tarixə təyin olunmuş məhkəmə baxış iclasında nümayəndələrinin iştirak edə bilməyəcəyini, mülki işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın ərizəsini, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 16 mart 2022-ci il tarixli, 4854 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 2-ci bəndinə əsasən borcverən borcalana heyvandarlıq məqsədilə, xırda buynuzlu heyvanların alınması və saxlanılması təyinatı ilə 24 ay müddətinə, illik 24% olmaqla 5000 manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 6.7-ci bəndinə əsasən Borcalan kreditin və ona hesablanmış faizin qaytarılması ilə bağlı Borcverən qarşısında öz öhdəliyini yerinə yetirmədikdə, hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0.1%-i həcmində, cəmi 5%-dən çox olmamaq şərti ilə cərimə ödəməlidir. Həmin Müqavilənin 7.2-ci bəndinə görə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılması bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə uyğun olaraq həyata keçirilməlidir, bu zaman borcverən tərəfindən tərtib olunmuş hesablamalar əsas götürülür. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən hazırki müqavilə kredit borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh1 24 ay müddətinə və illik 24.00% hesablanması şərti ilə 5000 (beş min) manat məbləğində kredit verir və Cavabdeh1 14 aprel 2022-ci il tarixdən başlamaqla İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 13 mart 2024-cü il tarixədək hər ay 264.36 (iki yüz altmış dörd manat, otuz altı qəpik) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 16 mart 2022-ci il tarixli xəzinə məxaric orderindən məlum olur ki, iş üzrə Cavabdeh1 0 (sıfır) manat komisyon haqqı tutulmaqla, 5000 (beş min) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş kredit borcunun xx.xx.2024-cü il tarixə ödənilmə vəziyyəti barədə məlumat cədvəlinə əsasən əsas borc üzrə 3279.41 (üç min iki yüz yetmiş doqquz manat, qırx bir qəpik), faiz borcu üzrə 842.36 (səkkiz yüz qırx iki manat, otuz altı qəpik) manat təşkil etdiyi müəyyən olunur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 19/22-KKK-01 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında qeyd edilən zaminlik müqaviləsi bağlamişlar. Qeyd edilən Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən Kredit təşkilatı ilə Cavabdeh1 arasında 16 mart 2022-ci il tarixdə bağlanmış 4854 nömrəli kredit müqaviləsi əsasında 5000 (beş min) manat kreditlə əlaqədar olaraq borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinin müvafiq yarımbəndinə əsasən bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası 16 mart 2022-ci il tarixdə bağlanmış 4854 saylı kredit müqaviləsidir, təmin olunmuş müqavilənin predmeti: borcalana veriləcək 5000 (beş min) manat kreditdir, bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin icrası müddəti: Borcalanın Kredit Təşkilatı qarşısında 16 mart 2022-ci il tarixdə bağlanmış 4854 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Zamin Kredit Təşkilatı qarşısında Borcalanın 16 mart 2022-ci il tarixdə bağlanmış 4854 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və faizləri məbləğində həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 6-cı bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borcalanın 16 mart 2022-ci il tarixdə bağlanmış 4854 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 19/22-KKK-02 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh3 arasında qeyd edilən zaminlik müqaviləsi bağlamişlar. Qeyd edilən Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən Kredit təşkilatı ilə Cavabdeh1 arasında 16 mart 2022-ci il tarixdə bağlanmış 4854 nömrəli kredit müqaviləsi əsasında 5000 (beş min) manat kreditlə əlaqədar olaraq borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinin müvafiq yarımbəndinə əsasən bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası 16 mart 2022-ci il tarixdə bağlanmış 4854 saylı kredit müqaviləsidir, təmin olunmuş müqavilənin predmeti: borcalana veriləcək 5000 (beş min) manat kreditdir, bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin icrası müddəti: Borcalanın Kredit Təşkilatı qarşısında 16 mart 2022-ci il tarixdə bağlanmış 4854 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Zamin Kredit Təşkilatı qarşısında Borcalanın 16 mart 2022-ci il tarixdə bağlanmış 4854 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və faizləri məbləğində həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Zaminlik müqavilənin 6-cı bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borcalanın 16 mart 2022-ci il tarixdə bağlanmış 4854 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» İnformasiya Sistemində olan məlumata əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Şahbuz rayonu, Kolanı kəndində, Cavabdeh2 İsmayıl rayonu, Kürdmaşı kəndində qeydiyyatdadırlar. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərilərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı əsas borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməsinə və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. İddiaçı cavabdehlərə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq 3279.41 (üç min iki yüz yetmiş doqquz manat, qırx bir qəpik) manat əsas borc, 842.36 (səkkiz yüz qırx iki manat, otuz altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4121.77 manat (dörd bir yüz iyirmi bir manat, yetmiş yeddi qəpik) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3279.41 (üç min iki yüz yetmiş doqquz manat, qırx bir qəpik) manat əsas borc, 842.36 (səkkiz yüz qırx iki manat, otuz altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4121.77 manat (dörd bir yüz iyirmi bir manat, yetmiş yeddi qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən ödənilmiş 61.21 (altmış bir manat, iyirmi bir qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3279.41 (üç min iki yüz yetmiş doqquz manat, qırx bir qəpik) manat əsas, 842.36 (səkkiz yüz qırx iki manat, otuz altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6181.96 (altı min bir yüz səksən bir manat, doxsan altı qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən ödənilmiş 61.21 (altmış bir manat, iyirmi bir qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-27/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-27/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver