Məhkəmə qərarları › İş №e-2(090)-296/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-296/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-296/2023 24.11.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Ramı̇ z oğlunun Cavabdeh Sahı̇ b oğluna qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ramı̇ z oğlu vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə aralarında 25 iyun 2023-cü il tarixdə Bakı şəhəri 36 saylı notariat ofisində bağlanmış 3M-175 reyestr nömrəli kredit müqaviləsinin ləğv edilməsini, (müqaviləyə xitam verilməsini), müqaviləyə əsasən tərəfindən notariusun bankda açılan depozit hesabı vasitəsilə Cavabdeh ödədiyi 9.525 (doqquz min beş yüz iyirmi beş) manat manat məbləğində borc pulun, dövlət rüsumu kimi ödədiyi 115,25 (bir yüz iyirmi beş manat, iyirmi beş qəpik) manat pulun, cəmi 9.640,25 (doqquz min altı yüz qırx manat, iyirmi beş qəpik) manat məbləğində olan pulun Cavabdeh tutularaq ona ödənilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ramı̇ z oğlunun vəkili və nümayəndəsi Vəkil Şahbuz Rayon Məhkəməsinin ünvanına 24 noyabr 2023-cü il tarixdə daxil olmuş vəsatətində iş üzrə cavabdeh olan Cavabdeh 25 iyun 2023-cü il tarixdə Bakı şəhəri 36 saylı notariat ofisində bağlanmış 3M- 175 reyestr nömrəli kredit müqaviləsi üzrə borclu olduğunu, müqavilə şərtlərinə görə bu günədək ona ödəniləcək puldan 2.000 manat pulu 23 noyabr 2023-cü il tarixdə ona ödədiyini, cavabdehin müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında həyata keçirəcəyinə dair söz verdiyini, bu səbəbdən də aralarında razılıq əldə edildiyini, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini, həmçinin məhkəməyə iddia ərizəsi verdiyinə görə 31 oktyabr 2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödədiyi dövlət rüsumunun ona qaytarılması haqqında məsələnin həll edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Ramı̇ z oğlunun vəkili və nümayəndəsi Vəkil vəsatəti təmin edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı Ramı̇ z oğlu tərəfindən X2 vasitəsilə 31 oktyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 115,25 (bir yüz on beş manat, iyirmi beş qəpik) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, İddiaçı Ramı̇ z oğlu “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Ramı̇ z oğlunun Cavabdeh Sahı̇ b oğluna qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Ramı̇ z oğlu tərəfindən X2 vasitəsilə 31 oktyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 115,25 (bir yüz on beş manat, iyirmi beş qəpik) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar