Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-303/2023 30.11.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Dadaşov Ramı̇ n Allahverdi oğlu və Ağəlı̇ yev Vüqar Əvəz oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti “06” noyabr 2023-cü ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 09 dekabr 2021-ci il tarixli, İK1008515 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 8.951,36 (səkkiz min doqquz yüz əlli bir manat, otuz altı qəpik) manat əsas, 225,56 (iki yüz iyirmi beş manat, əlli altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 9.176,92 (doqquz min bir yüz yetmiş altı manat, doxsan iki qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 111,76 (bir yüz on bir manat, yetmiş altı qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə Şahbuz Rayon Məhkəməsinin ünvanına 15 noyabr 2023-cü il tarixdə daxil olmuş ərizəsində iddiaçı "xxxx" ASC-nin cavabdehlər Dadaşov Ramı̇ n Allahverdi oğlu və Ağəlı̇ yev Vüqar Əvəz oğluna qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən X2 vasitəsilə 04 noyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 111,76 (bir yüz on bir manat, yetmiş altı qəpik) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçı təşkilata geri qaytarılmasına zərurət yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Dadaşov Ramı̇ n Allahverdi oğlu və Ağəlı̇ yev Vüqar Əvəz oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən X2 vasitəsilə 04 noyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 111,76 (bir yüz on bir manat, yetmiş altı qəpik) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-303/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-303/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver