Məhkəmə qərarları › İş №e-2(090)-307/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-307/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-307/2023 06.11.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 18 iyul 2022-ci il tarixli, İK1014315 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 12 397.19 (on iki min üç yüz doxsan yeddi manat 19 qəpik) manat əsas borc, 825.60 (səkkiz yüz iyirmi beş manat 60 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 13 222.79 (on üç min iki yüz iyirmi iki manat 79 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 129.67 (bir yüz iyirmi doqquz manat 67 qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti iddia ərizəsində Cavabdeh yaşayış yerini Şahbuz şəhəri, M.Araz küçəsi, ev 22 göstərilsə də, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumata (verilmə tarixi xx.xx.2014) əsasən Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvanı ünvan 1ğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdehin qeydiyyatda olmadığı yer üzrə verildiyi üçün ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən X1 vasitəsilə xx.xx.2023cü il tarixdə ********** nömrəli mədaxil qəbz ilə ödənilmiş 129,67 (bir yüz iyirmi doqquz manat, altmış yeddi qəpik) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından qeyd edilən sənədlərin iddiaçı təşkilata geri qaytarılmasına zərurət yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə iddia vermək hüququ izah edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən X1 vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbz ilə ödənilmiş 129,67 (bir yüz iyirmi doqquz manat, altmış yeddi qəpik) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar