Məhkəmə qərarları › İş №e-2(090)-37/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-37/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-37/2023 24.01.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “28” dekabr 2022-ci ildə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 26 fevral 2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 497,11 (dörd yüz doxsan yeddi manat, on bir qəpik) manat əsas, 108,59 (bir yüz səkkiz manat, əlli doqquz qəpik) manat faiz, 26 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 3.290,36 (üç min iki yüz doxsan manat, otuz altı qəpik) manat əsas, 567,94 (beş yüz altmış yeddi manat, doxsan dörd qəpik) manat faiz borcunun və 64,46 (altmış dörd manat, qırx altı qəpik) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 26 fevral 2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən ona illik 25 faiz dərəcəsi ilə 600 manat kredit xətti ayrılmış, 26 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 3.350 manat kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 26 fevral 2022-ci il tarixli müqaviləyə əsasən 3.290,36 (üç min iki yüz doxsan manat, otuz altı qəpik) manat əsas, 567,94 (beş yüz altmış yeddi manat, doxsan dörd qəpik) manat faiz, 26 fevral 2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 497,11 (dörd yüz doxsan yeddi manat, on bir qəpik) manat əsas, 108,59 (bir yüz səkkiz manat, əlli doqquz qəpik) manat faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş 26 fevral 2022-ci il tarixli, BRED4858326A500 nömrəli kredit kartına dair müqavilədən aydın olur ki, həqiqətən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 2-ci fəslinə əsasən bu müqaviləyə görə bank müştəriyə “Birkart” ödəniş kartı verir, həmin karta bağlı bu müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra – kredit xətti) ayırır və xəttin istifadəsilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kredit xəttindən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Müqavilənin 3.1-ci bəndinə görə bank kredit xəttindən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına və karta bağlı AZN valyutasında 410100D**********500 saylı cari hesab (bundan sonra – Birkart hesabı və ya hesab) və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır. Müştəri ayrılmış kredit xətti ilə Taksit və Qeyri-taksit əməliyyatları həyata keçirə bilər. Hesaba müştəri tərəfindən pul vəsaiti mədaxil oluna bilər. Müqavilənin 4.1-4.5.2-ci bəndlərinə görə müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ bank tərəfindən 600 manat müəyyən olunur. Bank müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi nəticəsində ödəmə qabiliyyətinin aşağı düşməsi hallarında (biri və bir neçəsi baş verdikdə) kredit xəttinin məbləğini müştərinin razılığı olmadan birtərəfli qaydada azalda, bloklaşdıra və ya bu müqaviləyə xitam verə bilər. Kredit xətti üzrə kartın son istifadə müddəti xx.xx.2025-ci il tarixədəkdir. Kredit xəttinin illik faiz dərəcəsi Qeyri-taksit əməliyyatları üzrə 25% (maksimal FİFD 26,29%), taksit əməliyyatları üzrə isə 0% təşkil edir. Müqavilənin 9.1 və 9.1.1-ci bəndlərinə görə bank müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər və bu müqaviləyə xitam verə bilər. Müqavilənin 10.1-ci bəndinə görə bu müqavilə tərəflərin şəxsi imzası ilə imzalandıqda və bankın texnoloji vasitələrindən istifadə edilməklə müştəri tərəfindən şəxsi imzanın başqa analoqu (imzanın faksimilesi, SMS, klik edilmə, müvafiq xananın seçilməsi, məlumatların doldurulması və.s) ilə təsdiq edildikdə qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Müqavilənin imzalanma qaydası ilə bağlı müddəa həm bu müqavilə bağlanarkən imzalanan, həm də bu müqavilə üzrə gələcəkdə imzalanacaq digər əlaqəli sənədlərə (əqdlər) də tətbiq olunur. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İş materiallarına əlavə olunmuş 26 fevral 2022-ci il tarixli, 500TT**********2511 nömrəli balansdankənar məxaric orderinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh 416973******9849 nömrəli plastik kartı iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 26 fevral 2022-ci il tarixli, GTKR4858325A500 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 1-ci fəslinə əsasən bu müqaviləyə görə bank müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikinə əsasən, müştəriyə şəxsi istehlak məqsədilə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 3.350 (üç min üç yüz əlli) manat məbləğində kredit verir, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Həmin müqavilənin 2.1-ci maddəsinə görə bank, kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına 410100D**********500 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır. Həmin müqavilənin 2.8 və 2.8.1-ci bəndlərinə görə bank müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən bu müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi 26 fevral 2022-ci il tarixli, GTKR4858325A500 nömrəli ödəniş qrafikindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 26 fevral 2022-ci il tarixli, 500TT**********2511 nömrəli kassa məxaric orderinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh 3.350 (üç min üç yüz əlli) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 31 oktyabr 2022-ci il tarixli sonuncu bildiriş məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş maliyyə arayışından məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2022-ci il tarixli kredit kartına dair müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 600 manat kredit xətti ayrılmış, 26 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 3.350 manat kredit verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 26 fevral 2022-ci il tarixli müqaviləyə əsasən 3.290,36 (üç min iki yüz doxsan manat, otuz altı qəpik) manat əsas, 567,94 (beş yüz altmış yeddi manat, doxsan dörd qəpik) manat faiz, 26 fevral 2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən isə 497,11 (dörd yüz doxsan yeddi manat, on bir qəpik) manat əsas, 108,59 (bir yüz səkkiz manat, əlli doqquz qəpik) manat faiz borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 26 fevral 2022-ci il tarixli, BRED4858326A500 nömrəli kredit kartına dair müqavilə və 26 fevral 2022-ci il tarixli, GTKR4858325A500 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilələrin şərtlərinə görə Cavabdeh kredit verilmiş və tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlər Cavabdeh tərəfindən edilməmiş, o, yaranmış pul borcunun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında 26 fevral 2022-ci il tarixli, BRED4858326A500 nömrəli kredit kartına dair müqaviləyə əsasən isə 497,11 (dörd yüz doxsan yeddi manat, on bir qəpik) manat əsas, 108,59 (bir yüz səkkiz manat, əlli doqquz qəpik) manat faiz, 26 fevral 2022-ci il tarixli, GTKR4858325A500 nömrəli müqaviləyə əsasən 3.290,36 (üç min iki yüz doxsan manat, otuz altı qəpik) manat əsas, 567,94 (beş yüz altmış yeddi manat, doxsan dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 4.464 (dörd min dörd yüz altmış dörd) manat məbləğində kredit borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh istifadə etdiyi kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə və komisyon haqlarının iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 26 fevral 2022-ci il tarixli, BRED4858326A500 nömrəli kredit kartına dair müqaviləyə əsasən isə 497,11 (dörd yüz doxsan yeddi manat, on bir qəpik) manat əsas, 108,59 (bir yüz səkkiz manat, əlli doqquz qəpik) manat faiz və 26 fevral 2022-ci il tarixli, GTKR4858325A500 nömrəli müqaviləyə əsasən 3.290,36 (üç min iki yüz doxsan manat, otuz altı qəpik) manat əsas, 567,94 (beş yüz altmış yeddi manat, doxsan dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 4.464 (dörd min dörd yüz altmış dörd) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 vasitəsilə 23 dekabr 2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbz ilə ödənilmiş 64,46 (altmış dörd manat, qırx altı qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 26 fevral 2022-ci il tarixli, BRED4858326A500 nömrəli kredit kartına dair müqaviləyə əsasən isə 497,11 (dörd yüz doxsan yeddi manat, on bir qəpik) manat əsas, 108,59 (bir yüz səkkiz manat, əlli doqquz qəpik) manat faiz və 26 fevral 2022-ci il tarixli, GTKR4858325A500 nömrəli müqaviləyə əsasən 3.290,36 (üç min iki yüz doxsan manat, otuz altı qəpik) manat əsas, 567,94 (beş yüz altmış yeddi manat, doxsan dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 4.464 (dörd min dörd yüz altmış dörd) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 vasitəsilə 23 dekabr 2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbz ilə ödənilmiş 64,46 (altmış dörd manat, qırx altı qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar