Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-50/2022 03.02.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 307,5 manat olan 72 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbinə dair elektron ərizəni və ona əlavə edilmiş sənədləri Şahbuz Rayon Məhkəməsinin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi 24 dekabr 2021-ci il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 307,5 manat olan 72 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 11.01.2022-ci il tarixli, 2-2(123)-3/2022 saylı qərardadı ilə iddiaçı ilə cavabdeh arasında yaranan mübahisə fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gəlməsi əsası ilə ümumi məhkəmədə baxılmalı olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən baxılması üçün ərazi aidiyyətı üzrə Şahbuz rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin mülki işin aidiyyətlə baxılması üçün Şahbuz rayon məhkəməsinə göndərməsi aidiyyətlə bağlı fikir ayrılığı yaratdığından işin hansı məhkəmədə baxılmasına qiymət verilməsi üçün mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmənin elektron məhkəmə informasiya sistemində olan vergi ödəyicilərinin məlumatından görünür ki, Cavabdeh 23.06.2021-ci il tarixdə VÖEN ********** almış, vergi ödəyicisidir. Göründüyü kimi, iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti hüquqi şəxsdir, Cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İddiaçı ilə cavabdeh arasında yaranan mübahisə isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir. Belə ki, iş materialları ilə cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən köşkdə operativ vergi nəzarəti tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan aksiz markalı ilə markalanmamış satış dəyəri 307.5 manat olan 72 qutu tütün məmulatı aşkar edilməsi müəyyən olunur. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 11.01.2022-ci il tarixli, 2-2(123)-3/2022 nömrəli qərardadında göstərmişdir ki, 29.12.2019-cu il tarixli Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan, 29.12.2019-cu il tarixli, 000180 seriya saylı Vergi Məcəlləsinin 33.4cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə aktdan, 29.12.2019-cu il tarixli, 000074 seriya saylı markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair aktdan, 29.12.2019-cu il tarixli, 000074 seriya saylı markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə aktdan, 29.12.2019-cu il tarixli, 000074 seriya saylı markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə protokoldan, həmçinin malların götürülməsi barədə tərtib olunmuş siyahıdan cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən köşkdə operativ vergi nəzarəti zamanı həyata keçirilən bütün tədbirlər 29.12.2019-cu ilə aiddir. Lakin, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış Cavabdeh 23.06.2021-ci il tarixdə Şahbuz Rayon Vergilər Şöbəsində qeydiyyata alınması və ona ********** VÖEN-nin verilməsi barədə sənədə əsasən Cavabdeh 23.06.2021ci il tarixdən vergi ödəyicisi olduğundan, cavabdehə məxsus mallara dair operativ vergi nəzarəti ilə bağlı tədbirlər 29.12.2019-cu ildə, yəni cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyi vaxtda həyata keçirildiyindən, iştirak edən şəxslərin subyektiv tərkibi müəyyən edilərkən Cavabdeh ona məxsus mallara dair operativ vergi nəzarəti ilə bağlı tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisi olmaması səbəbindən işə aidiyyəti üzrə ümumi məhkəmə tərəfindən baxılması üçün əsas verilməsi qənaətinə gəlmişdir. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, Cavabdeh məxsus köşkdə operativ vergi nəzarəti 29.12.2019-cu il tarixdə həyata keçirilən zaman o vergi ödəyicisi kimi qeydiyyatdan keçməsə də, onun fəaliyyəti faktiki olaraq sahibkarlıq fəaliyyəti olmuşdur. Belə ki, iş materiallarında olan Cavabdeh 29 dekabr 2019-cu il tarixli izahatı ilə 15.12.2019-cu il tarixdən ünvan 3 ünvanında yerləşən köşkdə sahibkarlıq fəaliyyəti göstərməsi müəyyən olunur. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin hazırki iddia tələbi Cavabdeh məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markalı ilə markalanmamış tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədi ilə müsadirə edilməsi barədə tələbdir. Yəni hazırki iddia tələbi 29.12.2019-cu il tarixdə Cavabdeh məxsus köşkdə operativ vergi nəzarətinin həyata keçirilən zaman görülən tədbirlər barədə deyil, həmin tədbirdən irəli gələn cavabdehə məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markalı ilə markalanmamış tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədi ilə qaldırılan iddiadır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi 24.12.2021-ci il tarixdə hazırki iddia tələbi ilə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət etmişdir, yəni hazırki iddia qaldırılan zaman artıq cavabdeh vergi ödəyicisi kimi 23.06.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Eyni zamanda iş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 24.12.2021-ci il tarixli, 2-2(123)- 74/2021 nömrəli qərardadından görünür ki, verilmiş tələbi təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməsi, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməsi, aidiyyət qaydalarının pozulmaması, iddianın baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina hallarının müəyyən olunmaması və iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması tələbi irəli sürülməməsi əsası ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 307,5 manat olan 72 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 24.2-ci mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinin tələbinə görə məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 307,5 manat olan 72 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan, mülki işə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilən qanunvericilik normalarına əsasən hesab edirəm ki, aidiyyət üzrə hansı məhkəmədə baxılması ilə əlaqədar fikir ayrılığı olduğundan mülki işin aidiyyətı üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 32.7, 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 307,5 manat olan 72 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-50/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-50/2022
03.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver