Məhkəmə qərarları › İş №e-2(090)-50/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-50/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-50/2025 17.02.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Bağırov Səbuhi Məhiyəddin oğlunun mirası qəbul etmiş vərəsələri Cavabdeh4, X2 (qanuni nümayəndəsi Cavabdeh4 vasitəsilə), Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh4 vasitəsilə), Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh4 vasitəsilə) "xxxx" ASC-ninxeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********09 saylı nağd kredit müqaviləsi üzrə ödənilməmiş 2404.78 manat əsas borcu və BPM**********09 saylı tam kart müqaviləsi üzrə ödənilməmiş 233.1 manat əsas borc vəsaitinin, ödənilmiş 46.38 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Bağırov Səbuhi Məhiyəddin oğlu arasında xx.xx.2023-cü il tarixli, BPM**********09 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bağırov Səbuhi Məhiyəddin oğluna 48 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. X7 Məhiyəddin oğluna xx.xx.2023-cü il tarixli, BPM**********09 saylı tam kart müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bağırov Səbuhi Məhiyəddin oğluna 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 296333 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Bağırov Səbuhi Məhiyəddin oğluxx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şahbuz rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli, 105 saylı məktubuna əsasən Bağırov Səbuhi Məhiyəddin oğlunun mirası qəbul etmiş vərəsələri Cavabdeh4, X2, Cavabdeh1, Cavabdeh2 Şahbuz rayon notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsələrə xx.xx.2024-cü il tarixli 2V-22 nömrəli vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Bankın Naxçıvan filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bağırov Səbuhi Məhiyəddin oğlunun xx.xx.2024-cü ilədək BPM**********09 nömrəli nağd kredit müqaviləsi üzrə Banka ödənilməmiş 2404.78 manat əsas borcu və BPM**********09 nömrəli tam kart müqaviləsi üzrə Banka ödənilməmiş 233.1 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum Bağırov Səbuhi Məhiyəddin oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraqonlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2- 22/2-41871/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli BPM**********09 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 233.1 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 233.1 manat borcu, xx.xx.2023-cü il tarixli BPM**********09 nömrəli kredit müqaviləsinə əsasən 2404.78 manat əsas borcu, 0 manat faiz borcu olmaqla, cəmi 2637.88 manat kredit borcu tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, "xxxx" ASC ilə Bağırov Səbuhi Məhiyəddin oğlu arasında kredit müqaviləsinin bağlanmış olması, "xxxx" ASC tərəfindən borcalana gündəlik tələbat kreditinin verilməsi, cavabdehə öhdəliyin icrası tələbi ilə xəbərdarlıq edildiyi aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, BPM**********09 saylı tərəflərin imzaladığı müqavilədən "xxxx" ASC ilə Bağırov Səbuhi Məhiyəddin oğlu arasında tam kart çərçivə müqaviləsinin bağlanmış olması, Bank tərəfindən borcalana 60 ay müddətinə 500 (beş yüz) manat məbləğində illik 24% faiz dərəcəsi ilə kredit xəttinin açılması barədə razılıq əldə olunması aydın olur. İş materiallarına əlavə olunmuş tam kart çərçivə müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci bəndlərinə əsasən tam kartın müddətinin 60 (altmış) ay olması, tam kartın kredit hissəsinə bağlı hesabın nömrəsinin ******************** olması, tam kartın debet və ya əmək haqqı kart hissəsinə bağlı hesabın nömrəsinin ******************** olması, tam kart hesabının valyutasının AZN olması, tam kart üzrə kredit limitinin məbləğinin 15000 (on beş min) manat olması müəyyən olunur; - müqavilənin 6-cı, 7-ci, 8-ci və 9-cu bəndlərinə əsasən kredit xəttinin məbləğinin 500 (beş yüz) manat olması, kredit xəttinin müddətinin 36 (otuz altı) ay olması, kredit xətti üzrə illik faiz dərəcəsinin 24% olması, kredit xətti üzrə faktiki illik faiz dərəcəsinin 24.76% olması müəyyən olunur; - müqavilənin 10-cu maddəsinə əsasən tam kartın təyinatının şəxsi ehtiycların ödənilməsi/istehlak məqsədləri olması müəyyən olunur. Mülki iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli BPM**********09 nömrəli tərəflərin imzaladığı müqavilədən "xxxx" ASC ilə Bağırov Səbuhi Məhiyəddin oğlu arasında kredit müqaviləsinin bağlanmış olması, Bank tərəfindən borcalana 48 ay müddətinə 4000 (dörd min) manat məbləğində, kreditdən istifadəyə görə illik 18% faiz dərəcəsi ilə kredit verilməsi barədə razılıq əldə olunması aydın olur. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci bəndlərinə əsasən kredit məbləğinin 4000 (dörd min) manat olması, 48 (qırx səkkiz) ay müddətinə, güzəşt müddəti olmadan, illik 18% (on səkkiz) faiz dərəcəsi ilə (FİFD 18%) verilməsi müəyyən olunur; - müqavilənin 6-cı, 7-ci, 8-ci və 9-cu bəndlərinə əsasən kreditin təyinatının şəxsi istehlak məqsədləri olması, kreditin verilməsinə/rəsmiləşdirilməsinə görə komisyon haqqının 0% olması, ödəniş qaydasının bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan Annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməsi, təminatın olmaması müəyyən olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 262PTL********** nömrəli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixədək əsas borc üzrə 2404.78 (iki min dörd yüz dörd manat, yetmiş səkkiz qəpik) manat, faiz borcu üzrə 0 (sıfır) manat, bank tərəfindən ödənilmiş dövlət rüsumu 46.38 (qırx altı manat, otuz səkkiz qəpik) manat, bank tərəfindən ödənilmiş komisyon haqqı 0,40 (qırx qəpik), borc üzrə cəmi tələb edilən məbləğ 2404.78 (iki min dörd yüz dörd manat, yetmiş səkkiz qəpik) manat, rüsum üzrə cəmi tələb edilən məbləğ 46.78 (qırx altı manat, yetmiş səkkiz qəpik) manatdır. İş materiallarında olan kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən edilir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Bağırov Səbuhi Məhiyəddin oğlu kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, kredit xətti üzrə müqaviləyə dair maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixədək əsas borc üzrə 233.1 (iki yüz otuz üç manat, on qəpik) manat, faiz borcu üzrə 0 (sıfır) manat, cəmi kredit üzrə borc 233.1 (iki yüz otuz üç manat, on qəpik) manat, rüsum üzrə tələb edilən məbləğ 0 (sıfır) manatdır. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 296333 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Bağırov Səbuhi Məhiyəddin oğlu xx.xx.2023-cü il tarixdə Şahbuz rayonunda vəfat etmişdir. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubunda xx.xx.2023-cü il tarixdə vəfat etmiş Bağırov Səbuhi Məhiyəddin oğluna Şahbuz Rayon Notariat Ofisində xx.xx.2024-cü il tarixli, 2V-22 nömrəli reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi müəyyən olunur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bağırov Səbuhi Məhiyəddin oğlunun qanun üzrə vərəsəsi Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanuni vərəsənin əvəzindən mirası qəbul etməsi müəyyən edilir. Cavabdeh4 miras əmlakdan 5/8, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 isə 1/8 hissə almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli BD353067 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SB1KC20E80F024684, mühərrəkin nömrəsi ******* və buraxılış ili 2005-ci il olan TOYOTA COROLLA MİNİK markalı 71BD150 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AE046980 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 330200Y0053376, mühərrəkin nömrəsi 02740260FY**********3 və buraxılış ili 2000-ci il olan QAZ 33021 YÜK markalı 71BB387 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 göndərilmiş xəbərdarlıq məktublarından cavabdehin müqavilədən irəli gələn öhdəliyi icra etməməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə cavabdehlərdən Cavabdeh4 Şahbuz rayonu, Şahbuzkənd kəndində, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında, X1 isə ünvan 3 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, iddaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Bağırov Səbuhi Məhiyəddin oğlu arasında bağlanmış kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı təşkilat S.Bağırovun sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, lakin mərhum S.Bağırovun ölümu ilə əlaqədar öhdəliyin icrası mümkün olmamışdır. Mərhum S.Bağırovun ölümündən sonra vərəsə olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 miras qoyan S.Bağırovdan qalmış mirası qəbul etmiş, bu əsasla da iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı öhdəliyin icrası tələbi irəli sürmüşdür. İddiaçı cavabdehlərə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, BPM**********09 saylı tam kart müqaviləsi üzrə 233.1 (iki yüz otuz üç manat, on qəpik) manat əsas borc, 0 (sıfır) manat, cəmi 233.1 (iki yüz otuz üç manat, on qəpik) manat, xx.xx.2023-cü il tarixli, BPM**********09 saylı kredit müqaviləsi üzrə 2404.78 (iki min dörd yüz dörd manat, yetmiş səkkiz qəpik) manat, faiz borcu üzrə 0 (sıfır) manat, cərimə borcu 0 (sıfır) manat, bank tərəfindən ödənilmiş dövlət rüsumu 46.38 (qırx altı manat, otuz səkkiz qəpik) manat, borc üzrə cəmi tələb edilən məbləğ 2404.78 (iki min dörd yüz dörd manat, yetmiş səkkiz qəpik) manat, cəmi iki müqavilə üzrə tələb edilən məbləğin 2637.88 (iki min altı yüz otuz yeddi manat, səksən səkkiz qəpik) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iddiaçı tərəfindən iddia üzrə ödənilmiş dövlət rüsumu ilə əlaqədar ödənilmiş 0,4 manat bank xidmət haqqının tutulması barədə tələbi ilə bağlı qeyd edir ki, MPM-in 107-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçının 0,40 (qırx) manat bank xidmət haqqı ödəməsi onun məhkəməyə iddia tələbi ilə müraciət etməsi ilə bağlı yarandığından məhkəmə bunu işə baxılması ilə əlaqədar zəruri hesab edilən digər xərclərə aid olduğunu hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 233.1 (iki yüz otuz üç manat, on qəpik) manat əsas borcun Cavabdeh4 mirasın qəbul edilmiş 5/8 hissəsinə müvafiq olaraq 145.68 (bir yüz qırx beş manat, altmış səkkiz qəpik) manat, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mirasın qəbul edilmiş 1/8 hissəsinə müvafiq olaraq hər birindən 29.13 (iyirmi doqquz manat, on üç qəpik) manat, xx.xx.2023-cü il tarixli, BPM**********09 saylı kredit müqaviləsi üzrə 2404.78 (iki min dörd yüz dörd manat, yetmiş səkkiz qəpik) manat borcun Cavabdeh4 mirasın qəbul edilmiş 5/8 hissəsinə müvafiq olaraq 1502.98 (bir min beş yüz iki manat, doxsan səkkiz qəpik) manat, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mirasın qəbul edilmiş 1/8 hissəsinə müvafiq olaraq hər birindən 300.59 (üç yüz manat, əlli doqquz qəpik) manat olmaqla tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 46.38 (qırx altı manat, otuz səkkiz qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh4 mirasın qəbul edilmiş 5/8 hissəsinə müvafiq olaraq 28.98 (iyirmi səkkiz manat, doxsan səkkiz qəpik) manat, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mirasın qəbul edilmiş 1/8 hissəsinə müvafiq olaraq hər birindən 5.97 (beş manat, doxsan yeddi qəpik) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin 0,40 (qırx) manat bank xidmət haqqı Cavabdeh4 mirasın qəbul edilmiş 5/8 hissəsinə müvafiq olaraq 0.25 (sıfır manat, iyirmi beş qəpik) manat, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mirasın qəbul edilmiş 1/8 hissəsinə müvafiq olaraq hər birindən 0.05 (sıfır manat, beş qəpik) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh4 tamkart üzrə əsas borcun Cavabdeh4 miras payına uyğun 5/8 hissəsi olan 145.68 (bir yüz qırx beş manat, altmış səkkiz qəpik) manat hissəsi, qanunu nümayəndəsi olduğu Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 miras paylarına uyğun 1/8 hissəsi olan 87.42 (səksən yeddi manat, qırx iki qəpik) manat, cəmi 233.1 (iki yüz otuz üç manat, on qəpik) manat məbləğində pul, xx.xx.2023-cü il tarixli, BPM**********09 saylı kredit müqaviləsi üzrə əsas borcun Cavabdeh4 mirasın qəbul edilmiş 5/8 hissəsinə müvafiq olaraq 1502.98 (bir min beş yüz iki manat, doxsan səkkiz qəpik) manat hissəsi, qanuni nümayəndəsi olduğu Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mirasın qəbul edilmiş 1/8 hissəsinə müvafiq olaraq 901.80 (doqquz yüz bir manat, səksən qəpik) manat, cəmi 2404.78 (iki min dörd yüz dörd manat, yetmiş səkkiz qəpik) manat olmaqla, ümumilikdə 2637.88 (iki min altı yüz otuz yeddi manat, səksən səkkiz qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 46.38 (qırx altı manat, otuz səkkiz qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh4 mirasın qəbul edilmiş 5/8 hissəsinə müvafiq olaraq 28.98 (iyirmi səkkiz manat, doxsan səkkiz qəpik) manat hissəsi, qanunu nümayəndəsi olduğu Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 miras paylarına uyğun 1/8 hissəsinə müvafiq olaraq 17.4 (on yeddi manat, qırx qəpik) manat, cəmi 46.38 (qırx altı manat, otuz səkkiz qəpik) manat, həmçinin 0,40 (qırx) manat bank xidmət haqqı Cavabdeh4 mirasın qəbul edilmiş 5/8 hissəsinə müvafiq olaraq 0.25 (sıfır manat, iyirmi beş qəpik) manat, qanunu nümayəndəsi olduğu Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 miras paylarına uyğun 1/8 hissəsinə müvafiq olaraq 0.15 (sıfır manat, on beş qəpik) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar