Məhkəmə qərarları › İş №e-2(090)-51/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-51/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-51/2023 15.03.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 01 iyul 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023cü il tarixə olan 4.447,51 (dörd min dörd yüz qırx yeddi manat, əlli bir qəpik) manat əsas, 939,56 (doqquz yüz otuz doqquz manat, əlli altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5.387,07 (beş min üç yüz səksən yeddi manat, sıfır yeddi qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 73,87 (yetmiş üç manat, səksən yeddi qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi məhkəməyə 23 yanvar 2023-cü il tarixdə daxil olmuş və həmin tarixli mülki işin məhkəmə baxılmağa hazırlamaq haqqında qərardadla məhkəmənin icraatına qəbul edilərək, məhkəmə hazırlıq iclası 21 fevral 2023-cü il tarixə saat 1200-a Şahbuz Rayon Məhkəməsinin inzibati binasına təyin olunmuşdur. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tərəflər həmin tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmiş və 21 fevral 2023-cü il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş və mülki iş üzrə məhkəmə hazırlıq iclası şifahi icraat qaydasında baxılmaqla təxirə salınaraq 15 mart 2023-cü il tarixə saat 1000-a Şahbuz Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Tərəflərə təxirə salınmış hazırlıq iclasının yeri və vaxtı və yeri barədə 21 fevral 2023-cü il tarixli, e-2(090)-51/2023 nömrəli məhkəmə bildirişi ilə məlumat verilsə də onlar 15 mart 2023-cu il tarixdə keçirilən məhkəmə iclasında da iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə görə tərəflər məhkəməyə gəlmədikdə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 73,87 (yetmiş üç manat, səksən yeddi qəpik) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 73,87 (yetmiş üç manat, səksən yeddi qəpik) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar